Bu il İran polisi 530 ton narkotik vasitə müsadirə edib

  • 13 noy 2019, 12:23

Cari ildə İran polisinin həyata keçirdiyi əməliyyatlar nəticəsində 530 ton narkotik vasitə müsadirə edilib.

AZƏRTAC xəbər verir ki, bu barədə İran polisinin narkotik maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə idarəsinin rəisi, general Məhəmməd Zahedian mətbuata məlumat verib.

O bildirib ki, təkcə ötən həftə Sarvan şəhərində 6, Mərcəva şəhərində isə 3 ton narkotik vasitə ələ keçirilib. Narkotik maddələr əsasən qaçaqmalçılıq yolu ilə Əfqanıstandan İrana gətirilir.

General bildirib ki, İranın bu istiqamətdə gördüyü kəsərli tədbirlərə baxmayaraq, narkotik qaçaqmalçılığının qarşısını almaq mümkün olmur. Bunun səbəbi Əfqanistanda narkotik maddələrin istehsalının artırılmasıdır.

Qara bazara çıxarılan narkotik vasitələrin 79 faizi Əfqanistanda isehsal olunur. Qaçaqmalçılar isə İran ərazisindən tranzit kimi istifadə edərək narkotikləri Avropaya və Körfəz ölkələrinə daşıyırlar.

Oxşar xəbərlər