Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

09:39 - 13.11.2019  
Niyə Qərb hər zaman ermənilərin və kürdlərin yanındadır - TƏHLİL
Tarix: 3-11-2019, 22:19 | Bölmə: Xəbərlər » Dünyada

Türkiyənin təklənməsində xristian amili son dərəcə qabarıqdır

Niyə Qərb hər zaman ermənilərin və kürdlərin yanındadır - TƏHLİLABŞ-da "erməni soyqırımı tanınmalıdır!" təbliğatını aparan Amerika Yəhudi Komitəsinin icraçı direktoru David Harrisə 2012-ci ildə Azərbaycanın "Dostluq” ordeni verilib. Azərbaycan iqtidarını ittiham edirlər ki, erməni yanlısı olan birisinə gərəksiz yerə ehtiram göstərilib. Amma orası da var ki, ABŞ-ın siyasi elitasının 99 faizi ermənilərin yanındadır. Amerikada Azərbaycanın və ya Türkiyənin yanında dayanan bir nəfər konqresmen, senator tapa bilməzsiz. Hə, ola bilər ki, kimsə maddi maraqlarına görə müəyyən müddət bizə sərf edən fikirlər səsləndirsin. Adətən belə şeylər epizodik xarakter daşıyır. Özü də bu, təkcə ABŞ-da belə deyil. Kanadada Türkiyə və ya Azərbaycana hər hansı simpatiya elementi görmüsüzmü? Avstraliyada necə? Bəs bu məsələyə Avropa Birliyinin münasibəti necədir? Eyni mənzərəni biz Avropa Birliyində də görürük. Latın Amerikası ölkələri necə? Təəssüf ki, sadaladığım ölkələrin hamısında eyni tendensiyanın şahidi olacağıq.

Niyə ABŞ-da az qala hər kəs erməni aşiqidir, niyə PKK-ya bağlı kürdlərə Amerika bu qədər dəstək verir? Vurğuladığımız kimi, bu dəstəyi təkcə ABŞ vermir, bütün Qərb bu məsələdə ortaq məxrəcdən çıxış edir.

Hər şeyin səbəbi var. Səbəb isə odur ki, Qərbə güclü Türkiyə lazım deyil. Vaşinqton da, Brüssel də istəyir ki, Türkiyə əvvəllər olduğu kimi, Qərbin dediyi ilə oturub, dursun. Ancaq güclənmək və dünya siyasi arenasında ciddi söz sahibinə çevrilmək istəyən Türkiyə daha sözəbaxan ölkə olmaq istəmir. Problemin kökü bundan qaynaqlanır.

ABŞ-la Türkiyə arasında münasibətlər hal-hazırda kritik nöqtəyə qədər pisləşib. Heç şübhəsiz ki, bunun əsas səbəbi 2016-cı il 15 iyul tarixində Türkiyədə dövlət çevrilişinə cəhd ilə bağlıdır. İstanbul və Ankaranı qarışdıran, Türkiyə Böyük Millət Məclisini havadan atəşə tutanlar birmənalı şəkildə ABŞ və Avropa Birliyinin sifarişi əsasında hərbi çevrilişə cəhdi həyata keçirmişdirlər. Bu məqam ABŞ-Türkiyə münasibətlərində sınma nöqtəsi hesab oluna bilər.

ABŞ 1962, 1963, 1969 və 1971-də də Türkiyədə hərbi çevriliş etmişdi. Ancaq 2016-cı ildə ortaya çıxan bu cəhd uğursuz olan 5-ci müdaxilə kimi tarixə keçdi.

Bu günü daha aydın başa düşmək üçün tarixə qısa bir ekskurs edək.

Sevr müqaviləsi-"Müttəfiq Dövlətlər və Türkiyə arasında sülh müqaviləsi" kimi tanınır. 14 dövlətlə Türkiyə arasında bağlanmış bu müqavilə həyata keçsəydi hazırda dünyada Türkiyə adlı dövlət yox idi. Bugünkü Türkiyə hissə-hissə ermənilərə, yunanlara, kürdlərə, farnsızlara, italiyanlara... verilirdi. Ancaq Atatürk Qərbin bu arzusunu gözündə qoydu. Silahlanmış türk xalqının qəzəbi ilə üzləşən Qərb 1923-cü il iyulun 24-də tarixi "Lozanna" müqaviləsi bağladı. Şübhəsiz ki, bu müqavilədə də Türkiyənin maraqlarına zidd olan çox şey var. Ancaq Sevr müqaviləsi ilə müqayisədə bu, türk millətinin böyük uğuru sayılmalıdır.

1919-cu il Paris Sülh konfransında Fransa, İngiltərə və Birləşmiş Ştatların liderləri «Avropanın xəstə adamı» adlandırdıqları Osmanlı imperiyasını siyasi xəritədən tamamilə silmək üçün min oyundan çıxırdılar. Müqavilə rəsmi olaraq de-yure Osmanlı imperiyasının bölüşdürülməsini təmin, de-fakto isə onun suverenliyini ləğv edirdi. Və bu prosesdə ABŞ prezidenti Vudro Vilsonun təklifinə əsasən Türkiyənin önəmli bir hissəsi Ermənistana verilirdi. Tarixdə həmin ərazi indi də «Vilson Ermənistanı» adlandırılır.

Ancaq siz elə düşünməyin ki, ABŞ Osmanlı imperiyasında olan ermənilərə XX əsrin əvvəllərindən etibarən dəstək verib. Hələ 1850-cı illərdən ABŞ və Britaniya Osmanlı dövlətinə minlərlə xristian (evangelist) missioner göndərib. Məhz onlar qriqoriyan ermənilər arasında anti-osmanlı və anti-islam təbliğatı aparırdılar. Digər Avropa dövlətləri də Osmanlı imperiyasına qarşı eyni siyasət yeridirdi.

Bir məqama da toxunum. Hələ Napoleon Bonapart XIX əsrin ilk illərində ermənilərdən Osmanlı dövlətini parçalamaq üçün istifadə etməyə cəhd göstərmişdi. Ancaq o vaxt Osmanlı dövləti kifayət qədər güclü idi. Ermənilər də öz yaşayışlarından xeyli məmnun görünürdü. Bu səbəbdən də Napoleon Bonapartın arzusu həyata keçmədi. Ancaq ondan sonra gələnlər erməni amilindən Osmanlıya qarşı uğurla istifadə etdilər.

Картинки по запросу Napaleon Bonapart

Bəli, Qərblə Türkiyə arasında bir ara isti münasibətlər də olub. O da səbəbsiz deyil. Ortada SSRİ təhlükəsi vardı. Qərb üçün real olan bu təhlükədən yayınmaq üçün NATO Türkiyəyə ilə sıx ilişki içində idi. Eyni zamanda, çəkinmədən Türkiyədəki siyasi proseslərə hərbi çevrilişlərlə müdaxilə də edirdi. İndi isə bunu edə bilmir.

Hər şey ortadadır. Erməni soyqırımından danışmaqdan bezməyən Qərb heç bir dəfə də olsun ermənilərin Azərbaycan torpaqlarını işğal etməsindən söhbət açmaz. Əksinə, bəzi hallarda birbaşa, daha çox isə dolayısı ilə bu işğalçılığa görə Ermənistanı müdafiə edirlər.

Bir anlığa düşünün ki, Azərbaycan Ermənistan ərazisinin 20 faizini işğal edib. Xristian dünyası bu məsələyə neçə reaksiya verərdi? Roma Papasından tutmuş Boliviyanın hansısa köyündəki xristiana qədər, hamı "türklərin divan tutduğu fağır ermənilərin" müdafiəsinə qalxardı.

Ermənistana münasibətdə ABŞ, Avropa Birliyi, Rusiya, hətta şiəlikdən dəm vuran İran da eyni mövqedədir. Dünyanın reallığı budur. Və biz bu reallıqlar daxilində öz maraqlarımızı qorumağa məhkumuq.

Bəzi analitiklər iddia edir ki, Qərblə Türkiyə arasında münasibətlərin pozulmasının əsas səbəbi AKP-nin ifrat islamçı olması ilə bağlıdır. Bu amilin də məsələyə müəyyən təsiri var. Ancaq o təsir həlledici deyil. Bir də biz diqqətlə baxsaq görərik ki, Qərbdə, xüsusən ABŞ-da dini radikallar faktiki olaraq iqtidardadır. Bilirəm, bu iddiaya ciddi şübhə ilə yanaşanlar olacaq. Çünki bizdə Amerika heyranları kifayət qədər çoxdur. Ona görə də Amerika mediasına istinadən bunun məhz belə olduğunu arqumentlərlə sübut etməyə çalışacağam.

Öncə onu vurğulamaqda fayda var ki, ABŞ bütün dünyada "evangelist imperiyası” kimi tanınır. Zatən Amerikanı da dövlət kimi protestantlar inşa edib. O səbəbdən də protestant düşüncəsi Amerikada dominantdır. Donald Tramp və administrasiyası qatı evangelistdir. Məhz elə bu səbəbdən də Donald Tramp Qüdsi İsrailin paytaxtı kimi tanıdı və ABŞ səfirliyini bu şəhərə köçürtdürdü.

Bu addımın səbəbi nədir? ABŞ mətbuatı da yazır ki, bu qərar sionistlərin və evangelistlərin təsiri altında verilib. Sionistləri başa düşdük, bəs evangelistlər nədən Qüdsi yəhudi torpağı sayır? Bu şəhər katoliklər və ortodokslar üçün də müqəddəsdir. Ancaq onlar bu şəhərin yəhudilərə məxsus olması düşüncəsində deyillər. Yəni dini baxımdan onlar belə düşünmürlər. Protestantlarda isə vəziyyət tam başqa. Onların dini inancına görə, Qüds məhz yəhudi torpağıdır və həmin torpaqları Allah yəhudilərə verib.

Donald Tramp Qüdsi yəhudi ərazisi kimi tanıdı. Bunla məsələ bitdimi? Bitmədi, artıq İsrail tərəfindən işğal olunmuş Suriya torpağı-Holland təpələri kimi tanınan ərazinin də İsrailin ərazisi kimi tanınması istiqamətində addımlar atılır. Elə Donald Tramp İsrailin Baş Naziri Benyamin Netanyahu ilə söhbətində bu məsələyə də toxundu və qeyri-rəsmi şəkildə bu ərazilərin də İsrailə aid olduğunu bildirdi. Tezliklə İordan çayının Qərb sahilinin də (The West Bank) İsrail ərazisi kimi tanınanacağı gözlənilir. Bu iddia ilə "The Nyu York Times” çıxış edib. Təbii ki, onlar nə dediklərinin fərqindədirlər.

Attachment


Ona da əminəm ki, Donald Tramp bu addımı da atacaq. Sosial sorğular da göstərir ki, Amerikada evangelist düşüncəsində olan insanlar arasında Donald Trampın reytinqi ən yüksək səviyyədədir...

Məhz elə buna görə də "The Nyu York Times” yazır:” İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahu evangelistlərin ona verdiyi dəstəkdən məmnundur. O, evangelistləri (ABŞ) Amerikanın liberal yəhudilərindən daha etibarlı müttəfiq sayır.”

Bu isə o deməkdir ki, amerikalı evangelistlər yəhudilərdən daha çox yəhudidirlər.

netanyahu.jpg (14 KB)

Başqa bir misal. 2016-cı ildə Maykl Pompeo atdığı Tweetdə Türkiyəni "İslamçı Diktatura” adlandırdı. Hansı ki, həmin vaxt o, senator idi. Ancaq ABŞ Dövlət Katibi təyin olunduqdan sonra həmin Tweet açıqlamasını silməli oldu. ABŞ-ın dünyaca ünlü "The National İnterest” dərgisi belə yazır...

Maykl Pompeonun Türkiyəyə neqativ münasibətinin səbəbi nədir? "The New York Times”da Mayk Pompeo ilə bağlı gedən yazıda belə bir məqam var. Dövlət katibi deyir: "Ofisimdə stolumun üstündə həmişə açıq olan İncil var. O kitab mənə həmişə Allahı, onun sözlərini və həqiqəti xatırladır.”

Evangelistlər üçün isə həqiqət odur ki, müsəlmanlar üçün də müqəddəs olan Qüds şəhəri, ümumiyyətlə, Ərəbistan yarmadasının böyük bir hissəsi yəhudi dövlətinə məxsus olmalıdır.

Maykl Pompeonun aşağıdakı fikri də maraqlıdır: "Dövlət katibi və xristian kimi qurur duyuram ki, İsrailin özünümüdafiə hüququna dəstək verən Amerika diplomatiyasına rəhbərlik edirəm.”

"The New York Times”da gedən açıqlamasında cənab Pompeonun daha bir önəmli açıqlaması isə belədir: "Evangelistlərin baxışına görə, həmin torpaqları Allah yəhudilərə verib. Həmin torpaqların kiməsə güzəşt edilməsindən söhbət belə gedə bilməz. Əgər belə bir düşüncə ortaya çıxarsa evangelistlər ona qarşı güclü müxalif mövqedən çıxış etməlidir.” Yəni, İsrail o torpaqları qaytarmaq fikrinə düşsə, biz İsrailə qarşı müxalif mövqedə olacağıq.


Gördüyünüz kimi, ABŞ-ın xarici siyasəti bütövlükdə evangelist düşüncəsinə köklənib. Amerikanın əvvəllər bütün dünyada təbliğ və təşviq etdiyi insan hüquqları kimi dəyərlər az qala yaddan çıxıb.

Attachment
Türkiyənin təklənməsində xristian amili son dərəcə qabarıqdır. ABŞ başda olmaqla, bütün Qərb ölkələrində ciddi şəkildə anti-Türkiyə təbliğatı gedir. Təbliğatın nəticəsi də ortadadır. Məsələn, Almaniyada keçirilmiş sosioloji sorğuya əsasən almanların yalnız 18 faizi Türkiyənin NATO-da qalmasının tərəfdarıdır. Halbuki Türkiyə ABŞ-dan sonra NATO-da ən güclü orduya malik ölkədir.


Kürdlərlə bağlı isə Qərb mediası sözün əsl mənasında şivən qoparır. Dedikləri odur ki, kürdlər dünyada öz dövləti olmayan ən böyük etnik qrupdur. Onların da dövləti olmalıdır. Üstəlik, cızdıqları xəritələrdə Türkiyə, Suriya, İraq və İranın bir hissəsin həvəslə onlara peşkəş edirlər.
"The National İnterest” yazır ki, nədən ABŞ Türkiyə kimi güclü dövlətin yox, heç bir dövləti olmayan kürdlərin yanındadır? Maraqlı sualdır, deyilmi? Məntiq bu məsələdə işləmir. Niyə? Çünki Qərbin planında Türkiyə, Suriya, İraq və İranla bağlı dağıdıcı amillər var və həmin planların məhz kürdlərin əli ilə həyata keçirilməsi nəzərdə tutulub. Amerika, bütövlükdə Qərb müsəlman dövlətlərində stabilliyin, inkişafın olmasında maraqlı deyil. Elə o səbəbdəndir ki, İslam Dünyası qan içindədir...


Kürdlər haqqından həvəslə danışan Amerika İspaniyada kataloniyalıların müstəqillik uğrunda apardığı mübarizəyə qətiyyən müdaxilə etmir. Çünki bu müdaxilə Avropa Birliyinin iflası olardı.


İspaniya və Fransa ərazisində yaşayan baskların mübarizəsini Qərb görmək istəmir. Britaniyada isə Şotlandiya problemi var. Bunun da üstündən sükutla keçirlər.


Filandriya (Flamandiya) Belçika federasiyasını təşkil edən üç regiondan biridir, ölkə əhalisinin 11 milyonu burada yaşayır və ÜDM-in yarısına qədərini onlar verir. İtaliyada iki böyük ərazi müstəqillik tələb edir...Onların da müstəqillik uğrunda mübarizəsinə heç bir Qərb ölkəsi dəstək vermir. Öz daxilində separatizmi rədd edən Qərb müsəlman dünyasında separatizmi açıq şəkildə dəstəkləyir. Təbii ki, kürd və erməni separatizmi bu sırada öndə gedir...

Картинки по запросу Francois Mauriac
Dünya yaranandan belədir. Hər şey maraqlara söykənir. Ancaq elə təəssürat yaranmasın ki, Qərb dövlətləri arasında problem mövcud deyil. Onların da arasında problem yetərincədir. Bir tarixi faktı deyim: 29 il əvvəl iki alman dövləti rəsmən birləşdi. O vaxt bu birliyə qarşı çıxan əsas ölkələr isə Böyük Britaniya və Fransa idi. Ancaq Marqaret Tetçer və Fransua Mitteran bu prosesin qarşısını ala bilmədilər. O vaxt fransız yazıçısı Francois Mauriac yazırdı: "Mən Almaniyanı o qədər çox sevirəm ki, onun bir yox, iki olmasını arzulayıram.”
Türklər güclü olmağa məhkumdurlar. Zəifləri həmişə tapdalayıb, keçirlər...


Elbəyi Həsənli, Sürix
Musavat.com

Xəbər 735 dəfə oxunub






Oxşar xəbərlər

Parlamentdə büdcə müzakirələri başladı
ADAU-dan yeni XƏBƏR var - Rektorun "333"ləri, villaları, mənzilləri və...
Prezident: "Biz hələ işin başlanğıc mərhələsindəyik"
Zakir Həsənov təcili müşavirə keçirib - VİDEO
Prezident: "Azərbaycanda siyasi və iqtisadi islahatlar vəhdət təşkil edir"
İsveçdə “Ağdam restoranı” açıldı
Patriarx Kirill Bakıya səfər edəcək
Bu gün Azərbaycanda Konstitusiya günüdür
Rəsmi Bakıdan Lavrova - CAVAB
Azərbaycan Ordusu miqyasında əməliyyat təlimi başlayıb
Ər-Riyadda aktyorlara silahlı hücum olunub
Xoşbəxt Yusifzadə: “Hələ 90 yaşım olsun, sonra baxarıq...”
Mübariz Mənsimov Araz Əlizadəni “siyasi təlxək” adlandırdı
Sabiq Baş prokurorun "GENERAL" bacısı oğluna 12 il iş verildi - HÖKM
Tərtərin Dəmirçilər kəndindən ŞİKAYƏT – “..son ümüd yerimiz mətbuatadır ki, bəlkə…”
Noyabrın 14-də NATO baş katibi Ağ Evə səfər edəcək
Azərbaycan Nayrobi Sammitində iştirak edəcək
Mehriban Əliyeva “Bayraq Günü"nü təbrik etdi
Ərdoğanla Putin Suriya məsələsini müzakirə ediblər
Göyçayda möhtəşəm Nar festivalı keçirilib
Bu gün Azərbaycan Dövlət Bayrağı günüdür
ADAU-nun müəllimləri TƏKZİB EDİR - "Yazılanlar yalan və böhtandır"
Alman şirkəti ərazimizi Ermənistan torpağı kimi təqdim edir - FOTO
Tanınmış yazıçının əri intihar etdi
"Azeri Light" nefti bahalaşıb
“Yeni Müsavat” qəzetinin 30 illik yubileyi qeyd olundu
Nəcməddin Sadıkovu da istefaya çağırdılar - 26 ildir ki...
"Qanunları tapdalayan Cavid Qurbanovdur, yoxsa onun işçiləri?" - VİDEO
İlham Əliyevin təşəbbüsü ilə bu qanunlar dəyişdirilir – Siyahı
İraq kəşfiyyatı iki İŞİD liderini saxlayıb
ADAU-nun "itkin düşmüş" avtobusu tapıldı - Fotolar
MTRŞ ANS ÇM-in tezliyini müsabiqəyə çıxarıb – Vahid Mustafayevin sözçüsündən REAKSİYA
Mehman Hüseynov da bələdiyyə sədri olmaq istəyir
Məşhur milyarder Göyçaya gəldi (FOTO)
Azərbaycan müharibəyə hazırlaşır?
Səfir: “Fransa və Azərbaycanın strateji maraqları üst-üstə düşür"
Qazaxda raket tapılıb
Ümumdünya Şahmat Olimpiadası Naxçıvanda keçirilə bilər
ABŞ Paşinyana əvəz axtarır
"Alışanov üçün 100 min “semiçka puludur"" - Qulu Məhərrəmli
Əli İnsanovun müxalifətlə bir araya gəlməsinə etirazlar
Gəncə sakini kanalizasiya quyusuna yıxılıb
Müsavatın mitinq məktubuna meriyadan cavab verildi
Nəcati Şaşmazın qardaşı barədə şok İDDİA
İnam Kərimov Vaşinqtonda - KT sahəsində əməkdaşlıq
9 nəfərə "Əməkdar jurnalist” adı verildi (SƏRƏNCAM)
Xaçmazın yeni icra başçısı niyə hoteldə qalır?
Oktay Gülalıyevin həyat yoldaşı Heydər Əliyev Fonduna təşəkkür etdi - VİDEO
Azərbaycanlı Rusiyada vəzifəyə seçilib
Həzi Aslanova yeni vəzifə verildi
Eldar Əzizov icra başçılarını yanına topladı
Müsavat Partiyasının mitinqlə bağlı müraciəti cavablandırılıb
Nardaranlı Mirseymuru öldürən Çeçenistanda gizlənir - İDDİA
Gülalıyevin həyat yoldaşı: "Oqtay komadadır"
Tacir gileyləndi: “Bacısı Fədayə ilə görüşməyimizə imkan vermir”
Vilayət Eyvazov Sumqayıtda şikayətçiləri qəbul edəcək
Avropa bankları “Visa” və “MasterCard”dan imtina edir
DİQQƏT İNAM KƏRİMOVA! Aqrar mütəxəssis hazırlığı bu naziri də maraqlandırmırsa nə etməli...?!
Gəncədə yarıtmaz baş həkimin izi və yolu hara uzanır? - Şok Detallar
Milli Şuranın üzvü olan generalla bağlı şok faktlar - İNTİM SƏS YAZISI
Sinaqoqda terror aktı planlaşdıran şəxs saxlanılıb
Prezident “Azərxalça”ya iki milyon manat ayırdı
Uzun illərdir icra başçısı postunda işləyənlər – SİYAHI
İngiltərə MN 500-dən çox zirehli transportyor alır
Teymur Rəcəbov Qran-Pri turnirinə heç-heçə ilə başlayıb
İran kanalında azərbaycanlılar təhqir olundu
Azərbaycanda qızıl və gümüş ucuzlaşıb
"SOCAR" Adnan Əhmədzadəyə yeni vəzifə verdi
Bürclər 5 noyabr
APOEL – “Qarabağ” matçı ona tapşırıldı

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.83632] initstartout [0.00030] initstartin [0.00151] calstart [0.03833] calend [0.00105] topnewsend [0.00643] rsssend [0.00000] ehgend [0.20960] tagsstart [0.00467] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.57438]