Tramp: "İŞİD tam nəzarət altındadır"

  • 18 okt 2019, 09:04

ABŞ prezidenti Donald Tramp bildirib ki, İŞİD ətrafında vəziyyət tam nəzarət altındadır.

Bu barədə "Report" RİA "Novosti"yə istinadən xəbər verir.

"İŞİD tam nəzarət altındadır", - deyə Ağ Ev rəhbəri bildirib.

Tramp həmçinin Türkiyə ilə sazişin nailiyyətini qeyd edib. Bununla əlaqədar olaraq o, Türkiyə prezidentinə əməkdaşlığına görə təşəkkür edib.

Daha əvvəl "New York Times" qəzeti Amerika məmurlarına istinadən bildirib ki, ABŞ hərbçiləri həbsxanalardan təxminən 50 "xüsusi əhəmiyyətli" İŞİD silahlılarını çıxarda bilməyib.

Oxşar xəbərlər