Azərbaycanlı vəkil Rusiyada partiya yaradır – SSSR

  • 07 okt 2019, 08:39

Gələn həftə, oktyabrın 9-da Moskva şəhərində "İnterfaks” agentliyinin ofisində "Rusiyanın ədalətli güclərinin ittifaqı” siyasi partiyasının yaradılması zamanın tələbidir” (rusça-"Создание новой политической партии Союз справедливых сил России (СССР) - веление времени") mövzusu ilə bağlı mətbuat konfransı keçiriləcək.

Mətbuat konfransında "Elman Qrup” beynəlxalq hüquq şirkətinin təsisçisi Elman Paşayev, politoloq, "PR-PRofi Group"un baş direktoru Aleksey Zolotuxin, müstəqil investisiya analitiki Rami Zaytsman, "Elman Qrup” beynəlxalq hüquq şirkətinin hüquqşünsı Yelena Paşayeva, Beynəlxalq islam biznesi assosiasiyasının Moskva və Moskva vilayəti üzrə nümayəndəliyinin rəhbəri Murat Gexov, Rusiyanın caz müğənnisi Aleksandra Şerlinq, Moskva şəhər 5 saylı vəkillər kollegiyasının vəkili Yelizaveta Şarqorodskaya iştirak edəcəklər.

Oxşar xəbərlər