Medvedev Kubada Raul Kastro ilə görüşüb

  • 04 okt 2019, 07:35

Kubaya səfər edən Rusiyanın Baş naziri Dmitri Medvedev, bu ölkənin kommunist partiyasının mərkəzi komitəsinin birinci katibi Raul Kastro ilə görüşüb.

Trend-in məlumatına görə, iclasda həmçinin Baş Nazirinin müavini Yuri Borisov iştirak edib. Rusiya hökumətinin başçısı Kubaya iki günlük səfərə gəlib. Artıq Kuba dövlət şurasının və Nazirlər şurasının sədri Migel Diaz Kanel ilə danışıqlar aparıb. Bu danışıqların nəticəsi olaraq bir sıra Rusiya-Kuba müqavilələri imzalanmışdır.

Oxşar xəbərlər