Demokratik TV
Xəbər lenti
Donald Tramp Rusiya və Ukraynanı təbrik edib
- 07 sen 2019, 21:18
ABŞ Prezidenti Donald Tramp Ukrayna və Rusiya arasında əsirlərin mübadiləsi münasibətilə hər iki dövləti təbrik edib.
APA-nın xəbərinə görə, bu barədə ABŞ Prezidenti "Twitter”də bildirib.
"Rusiya ilə Ukrayna arasında əsirlərin mübadiləsi zamanı böyük sayda insan azad olunub. Bu, çox yaxşı xəbərdir, sülhə doğru ilk iri addımdır. Hər iki ölkəni təbrik edirəm!”, - D. Tramp qeyd edib.
Qeyd edək ki, bu gün Ukrayna ilə Rusiya arasında əsir və girovların mübadiləsi çərçivəsində hər iki tərəfdən ümumilikdə 70 nəfər azad olunub.
Mübadilə 35-ə 35 düsturu ilə həyata keçirilib. Rusiya tərəfindən 35 və Ukrayna tərəfindən 35 nəfər sərbəst buraxılıb.
Paylaş:
Facebook
Twitter
Vkontakte
Ok.ru
Lavrov-Tramp görüşü başladı
Azərbaycan XİN Ukraynanın yeni xarici işlər nazirini təbrik edib
Tramp Putinlə görüşmək istəyir
Ukrayna Rusiya mallarının idxalını 31 faiz artırıb
Tramp “Rusiya işi” üzrə ifadə verməyə hazırdır
Rusiya mənə görə çoxlu pul xərcləyib - Tramp
İlham Əliyevin ad gününü təbrik etdilər
Ukrayna və İsrail azad iqtisadi zona yaradır
Savçenko həbs olundu
Demokratik TV
Gəncədə məktəb direktorunun intihar cəhdinin İZİ İLƏ... "Hadisə sübut edir ki, Anar Qədimalıyev.."
Xəbər lenti