Avropa Birliyi Ukraynadan meyvə və tərəvəz idxalını dayandırıb

  • 05 sen 2019, 10:09

Avropa Birliyi (AB) Ukraynadan alma, armud və bir sıra tərəvəz idxal etməkdən imtina edib.

APA "RİA Novosti”yə istinadla xəbər verir ki, bu barədə ölkənin meyvə-tərəvəz birliyinin saytında məlumat yerləşdirirlib.

Buna səbəb Avropa Birliyi ölkələrini zərərli karantin orqanizmlərindən qorumaq məqsədi daşıyan 2019/523 Direktivinin qüvvəyə minməsi olub. Direktiv alma, armud, pomidor, badımcan, bibər və digər tərəvəzlərin tədarükünü özündə əks etdirir.

Sentyabrın 1-dən etibarən AB-yə daxil olmayan bütün dövlətlər siyahıda zərərvericilərin olmadığını sübut etməlidirlər.

Qeyd edək ki, Ukrayna istehsalçıları tədarük məsələsini həll etməyə çalışırlar. Rəsmi Kiyev müvafiq sənədləri Avropa Komissiyasına göndərib, lakin hələ də cavab verilməyib.

Brüsseldən icazə almağın nə qədər vaxt olduğu bilinmir.

Oxşar xəbərlər