Məhəmməd Mursinin kiçik oğlu vəfat edib

  • 05 sen 2019, 10:07

Misirin mərhum prezidenti Məhəmməd Mursinin kiçik oğlu Abdullah, atası kimi infarktdan dünyasını dəyişib.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Misirin "Masravi" qəzeti mənbələrə istinadən məlumat yayıb.

Qahirədəki Əl-Vahat xəstəxanasındakı mənbənin məlumatına görə, 24 yaşlı Abdullah Mursi xəstəxanaya gətirilməmişdən ölüb.

Təhlükəsizlik orqanları hadisə barədə məlumatlandırılıb. Mursi ailəsinin vəkili Əbd əl-Manaam Əbd əl-Maksud, Misirin keçmiş prezidentinin ən kiçik oğlunun öldüyünü təsdiq edib.

Oxşar xəbərlər