Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

23:37 - 19.09.2019  
İŞİD-in yeni lideri türkmən Abdullah Qardaş kimdir?
Tarix: 30-08-2019, 09:42 | Bölmə: Xəbərlər » Dünyada

ABŞ hökuməti onun ələ keçirilməsi üçün lazımi informasiyanı verəcək şəxsə 5 milyon dollar mükafat təyin edib

İŞİD lideri Əbubəkr əl-Bağdadi öz yerinə xələfini təyin edib. Bəzi məlumatlara görə, Bağdadi 2018-ci ildə Suriyanın Deyr əz-Zor vilayətində hərbi əməliyyatlar zamanı ağır yaralanıb, bədəninin bir hissəsi iflic olub. Bu səbəbdən də İŞİD lideri öz xələfini müəyyən edib. Bu, İraq türkmənlərindən olan Abdullah Qardaşdır.

Bağdadinin fərmanına əsasən, İŞİD lideri ölərsə, o zaman Abdullah Qardaş avtomatik olaraq İŞİD-in yeni lideri olacaq. Mənbələrin bildirdiyinə görə, Qardaş "Əl-Qaidə”nin liderlərindən olub, həmçinin İraqda Buka həbsxanasında zindan həyatı yaşayıb.

Türkmən əsilli Abdullah Qardaş 1976-cı ildə İraqın Mosul vilayətinə bağlı türkmən şəhəri olan Telaferdə dünyaya gəlib. Əsl adı Əmir Məhəmməd Səid əl-Mövladır. Qardaş Mosul Universitetində ilahiyyat təhsili alıb. Din dərsləri deyib. Bu səbəbdən də "ustaz”, yəni ərəbcə müəllim kimi ləqəbi alıb. Daha sonra İraqda qurulan "Əl-Qaidə”nin yerli qanadına qoşulub və burada 2000-ci illərin əvvəllərində İŞİD-in gələcək lideri ilə həbsxanada tanış olub. Onun atasının Mosul məscidlərindən birinin imamı olduğu bildirilir.

"Əl Qaidə” terror təşkilatında fəaliyyət göstərmiş Qardaş sonralar İŞİD lideri Bağdadinin müavini Əbu Əlaa əl-Əfrinin adamı olub. İŞİD 2014-cü ildə İraqın Mosul şəhərini ələ keçirəndə Bağdadini təbrik edən ilk şəxs məhz Qardaş olub. 2016-cı ildə əl-Əfri həlak olduqdan sonra Abdulla Qardaş İŞİD liderinin "sağ əli”nə çevrilib.

İraq kəşfiyyatının rəsmiləri Qardaşı amansız terrorçu kimi xarakterizə edirlər. Eyni zamanda o da iddia olunur ki, bəzi İŞİD liderləri Qardaşı qorxaq, döyüş meydanından qaçan adam adlandırır. Ancaq ərəb mətbuatı Qardaşı küçə müharibələrinin əsas komandirlərindən biri adlandırır.

ABŞ hökuməti Abdullah Qardaşın ələ keçirilməsi üçün lazımi informasiyanı verəcək şəxsə 5 milyon dollar mükafat təyin edib. Abdullah Qardaş terrorçu fəaliyyətləri, eləcə də İraqda yezidi kürdlərə qarşı qətliamlara haqq qazandırmaq, İraq və Suriya bir sıra terror aktlarına rəhbərlik etməkdə ittiham edir.

Abdullah Qardaşın Məhəmməd Səid adlı oğlu və hazırda Türkiyədə yaşadığı güman edilən Adil Məhəmməd Səid adlı qardaşı var.

Bir sıra ekspertlərə görə isə Bağdadi Qardaşı özünə dəstək qazanmaq və ona qarşı olacaq tənqidləri azaltmaq üçün varis elan edib. Çünki 4 ildən çoxdur ardıcıl olaraq məğlubiyyət yaşayan İŞİD liderinin nüfuzu sürətlə azalır. Lakin Bağdadinin xələfinin səlahiyyətləri xeyli dərəcədə məhduddur. Belə ki, Bağdadi Qardaşa yalnız İraqda- hansı ki, İŞİD hazırda orada yalnız kiçik qruplarla itirilmiş ərazilərini geri almaq adına müqavimət göstərir - silahlı mübarizə, təhsil, kənd təsərrüfatı kimi sahələri tapşırıb. Digər tərəfdən, Qardaş yerli iraqlı olduğu üçün onun gəlmələrlə münasibətlərində ciddi soyuqluq var. Onun əsas dəstəkçiləri yerli iraqlılardır. Bəlkə də Bağdadi məhz ağır məğlubiyyət daşıyan iraqlı terrorçuları öz yanında saxlamaq üçün türkmən əsilli Abdullah Qardaşa "stavka” edib.

Xatırladaq ki, bu il aprelin 29-da İŞİD lideri Əbu Bəkr əl-Bağdadinin 5 illik fasilədən sonra videosu yayılıb. Bundan əvvəl Bağdadi sonuncu dəfə 2014-cü ilin iyulunda görünüb. 2014-cü il iyunun 29-da Mosulda qədim məsciddə xütbə oxuyaraq xilafət elan edən İŞİD lideri sonrakı illərdə görünməmişdi. Ötən müddətdə isə Bağdadinin 5 dəfə "öldü” xəbəri yayılıb.

İŞİD liderinin "Teleqram” şəbəkəsində yayılan 18 dəqiqəlik video çoxlu sayda mesajlar və əlbəttə ki, qruplaşma üzvləri və tərəfdarlarında ruh yüksəkliyi yaratmaq üçün xüsusi hazırlanıb. Eyni zamanda bu video bir sıra mesajları ilə yadda qalıb.

Ancaq bundan sonra internetdə Bağdadinin əllərini tərpətdiyi, sənədləri çeşidlədiyi, tək əlinin göstərdiyi barmağı ilə tövhid əlaməti təsvir etdiyi videolar ortaya çıxdı. Ancaq sonuncu videoda diqqət çəkən məqam İŞİD liderinin əvvəlki kimi hərəkət etməməsi, davamçıları qarşısında dayanmadığı, yerdə oturması idi. Analitiklər terrorçunun dəri rəngindəki bir dəyişikliyi də qeyd edirlər - onun çox qırmızı üzü var, lakin qeyri-adi ağ əlləri var. Buna görə də bir sıra terror ekspertləri Bağdadinin ağır yaralı olduğu, hətta ayaq üstə gəzmək imkanında olmadığını bildirirlər.

İraq kəşfiyyatının məlumatına görə, Bağdadi hazırda Suriyadadır. Hazırda İŞİD liderini ona sadiq qalan üzvləri qoruyurlar. Ekstremistlərin liderinin əsas vəzifəsi təşkilat sıralarında parçalanmanın qarşısını almaq, həmçinin casuslarla mübarizədir.

Xatırladaq ki, 2014-cü ildə İraqın ikinci böyük şəhəri Mosulu işğal etdikdən sonra İŞİD lideri Mosulun min ildən çox yaşı olan qədim məscidində xütbə oxuyaraq "İslam Dövləti”, xilafət elan edib. Bundan sonra isə o görünməyib. Ötən müddətdə 5 dəfə "öldü” xəbəri yayılan Bağdadi sağ qalmağı bacarıb. Bundan əvvəl isə onun öz yerinə iki dəfə "təyinat” olub.

Birinci dəfə 2014-cü ilin noyabrında İŞİD liderinin ölüm xəbərinin yayılmasından sonra Qərb mətbuatında Səddam Camal adlı İŞİD üzvünün qruplaşmanın yeni lideri seçilməsi haqqında xəbər yayılıb. Hətta mətbuatda Səddamın keçmiş narkotik alverçisi olduğu xəbərləri də yayılıb. Ancaq bu məlumat təsdiqini tapmayıb.

2015-ci ilin yayında isə növbəti dəfə İŞİD-in yeni liderinin seçilməsi xəbəri yayılıb. Həmin vaxt Əbu Ala əl-Afri ləqəbli, əsl adı isə Əbdürrəhman Mustafa əş-Şeyxlar olan şəxsin İŞİD-in yeni lideri elan olunduğu bildirilirdi.

Daha sonra məlum oldu ki, əl-Afri ləqəbli şəxsin əsl adı Mustafa Kaddodur. Mustafa Kaddo və ya əl-Afri Telafer şəhərində orta məktəbdə ilahiyyat dərsi deyib, eyni zamanda Telafer bazar meydanında məsciddə moizələr edib. Daha sonra "Əl-Qaidə”yə qoşulan əl-Afri sonradan İŞİD liderinin ən yaxın adamına çevrilmişdi. Ancaq əl-Afrinin İŞİD lideri seçilməsi xəbəri də təsdiqlənmədi, o, Bağdadinin əsas yardımçılarından biri kimi fəaliyyət göstərdi.

Bu mənada İŞİD liderinin yeni varisinin də diqqət yayındırmaq və təşkilat daxilində dəstək qazanmaq üçün seçildiyini demək olar.

Kənan RÖVŞƏNOĞLU,
"Yeni Müsavat”

Xəbər 488 dəfə oxunub






Oxşar xəbərlər

Prokuror "Qusqa"ya cəza istədi - məhkəmədə gərginlik yaşandı
Ermənistanın xarici işlər və müdafiə nazirləri istefa verəcək
Elinanı kimlər şantaj edirmiş? - Məhkəmədən
Fövqəlnazirimiz ABŞ səfiri ilə görüşdü
Quba polisi qızıl oğrusu tutub
MTRŞ-nın yeni Aparat rəhbəri kim olacaq?
Bank Respublikadan onlayn kreditlərə 10% endirim
Novella Cəfəroğlu: “Cəmiyyət sülhə hazır deyil”
Davudoğlunun “sağ qolu” AKP-dən istefa verib
“Eldar Mahmudov ölkədən çıxıb və qayıdıb” - iddialar və şok sirlər
İsrail seçkilərinin pərdəarxası - nələr dəyişəcək?
Cəmil Həsənli radikal müxalifətin əsl üzü - VİDEO
Ruhun şad olsun Üzeyir bəy!
Moskvada polis rüşvətə görə həmkarlarını güllələdi
Azərbaycanda xanım müğənni qəzada öldü
Tramp və Zelenski görüşü barədə xəbər təsdiqlənib
PSJ “Real”ı 3 qolla məğlub edib
Nazir direktoru işdən çıxardı
DTX Rəşad Atakişiyevin ailəsinin müraciətini araşdırır
Bu gün Milli Musiqi Günüdür
Səudiyyə hücumların qarşısında niyə ACİZ QALDI?
ABŞ İrana cavab zərbəsi endirməyi təklif edib!
Gülnarə Kərimova yoxa çıxıb
“Harya eydirsən, ayə”ni bəyənirdin axı, a bəy...
Müxalifətin bitməyən “ana” qovğası
Bakıda Fukusima kimi “qəza” - yaponlar Abutalıbova demişdilər ki...
TƏDBİR! Mətbuat Klubu öz işini bərpa edir - VİDEO
Vaqif Əsədov "1 manatlıq" taksilərdən danışdı
Azərbaycanda kredit təşkilatı satılıb
Nikol Paşinyan ABŞ-a səfərə gedir
Salyan-Şirvan yolunun yenidən qurulmasıyla bağlı prezidentə təşəkkür - VİDEO
Qabuniya Putini niyə söydüyünü açıqladı
Bakı sakini polis əməkdaşlarını da yandırmaq istədi
İTV-nin direktoru robota müsahibə verdi - Video
Zöhrə Abdullayeva oğlunun ölümündən sonra ilk dəfə efirdə belə danışdı
“Tək yatır, əri yoxdu…” - Hadisəyə söz atdı
Bakıda arvadını yandırmaq istədi - tutuldu
Pentaqon Trampı təkzib edib
Gənc Tamaşaçılar Teatrının tavanı çöküb
Milli Şuranın mitinq oyununun pərdəarxası - sensasion iddialar
BMT Baş Assambleyasının 74-cü sessiyası başlayır
Əflatun Amaşov ÜMŞA-nın sədrinin birinci müavini seçildi
Bakının xilas gününü işğal kimi qələmə verənlər var (?!)
Qubanın icra başçısı 700 bal toplayanlara maşın verəcək
Aytəkin Alxaslı "100 illik” medalı ilə təltif edilib
Rus məmur Naftalanda "şokolad"a girdiyi üçün işdən qovulacaq
Qəzet bir hərf səhvi ilə Stalinə “qavnokomanduyuşi” yazdı, güllələnmə aldı
Bədii gimnastika üzrə dünya çempionatı Bakıda keçirilir - Prezident və xanımı açılışda
Türkiyənin Vitse-prezidentinin Azərbaycana rəsmi səfəri başa çatıb
Ukrayna müdafiə xərclərini 10 milyard dollara çatdıracaq
Tramp İranı hədələyib
Vilayət Eyvazov: “..cinayətlərin sayı azalıb”
General Vaqif Axundovun AD GÜNÜNƏ - TƏBRİK!
Azərbaycan Ordusunun genişmiqyaslı təlimləri başlayıb
İlham Əliyev və xanımı 300 saylı məktəbin açılışda
Şumaxer müalicə kursundan sonra Fransanı tərk edib
Neftin dünya bazarında qiymətləri 19% bahalaşıb
Azərbaycanda yeni dərs ili başlayıb
Mübariz İbrahimovun ev muzeyi tamamlanmaq üzrədir - VİDEO
Ruhani Türkiyəyə getdi
Zakir Həsənov müharibə ANONSU edib
Qaxda 17 yaşlı oğlan bıcaqlanıb
Zakir Həsənov MİQ-29 qəzasından danışdı
"Kasıblamış" Vidadi Zeynalovun Türkiyədəki əmlaklarının SİYAHISI
Tünisdə prezident seçkilərində səsvermə bitib
Əli Həsənov Nuru paşadan yazdı - "Fateh komandan.."
Eynşteynin nisbilik nəzəriyyəsi sübut olundu
Təəssüf ki, axmaqlıq onu gəzdirənə əzab vermir…
Bakı erməni-bolşevik işğalından necə azad edildi
"15 sentyabr PAYTAXT günü elan olunmalıdır!" - Qulu Məhərrəmli

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.32867] initstartout [0.00025] initstartin [0.00122] calstart [0.01494] calend [0.00060] topnewsend [0.00634] rsssend [0.00000] ehgend [0.00692] tagsstart [0.00099] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.29735]