Parlamentin işinin dayandırılması Britaniya demokratiyasına ləkədir

  • 28 avq 2019, 17:29

Böyük Britaniya parlamentinin işinin dayandırılması ölkə demokratiyasının tarixində qara ləkə kimi qalacaq. AZƏRTAC BBC telekanalına istinadla xəbər verir ki, bu sözləri avqustun 28-də Şotlandiyanın birinci naziri Nikola Stercen özünün Twitter səhifəsində yazıb.

Şotlandiya hökumətinin başçısı əlavə edib: "Mənə elə gəlir ki, Böyük Britaniyanın Baş Naziri Boris Conson sazişsiz Brexiti zorla qəbul etdirmək üçün parlamentin fəaliyyətini dayandırıb. Parlament üzvləri gələn həftə ona mane olmaq üçün birləşməsələr, bu hadisə Britaniya demokratiyasının tarixində qara gün olaraq qalacaq”.

Məlum olduğu kimi, Baş Nazir Boris Conson avqustun 28-də ölkə parlamentinin fəaliyyətini oktyabrın 14-dək dayandırdığını elan edib. Beləliklə, deputatlar sentyabrın 3-də tətilə çıxdıqdan sonra Böyük Britaniyanın sazişsiz Avropa İttifaqını tərk etməsinə mane olmaq üçün çox az vaxta malik olacaqlar.

Oxşar xəbərlər