Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

09:16 - 22.08.2019  
“Stalin mükafatı” – rəhbər öləndən sonra Xruşov onu ləğv edib
Tarix: 14-08-2019, 14:51 | Bölmə: Xəbərlər » Dünyada

“Stalin mükafatı” – rəhbər öləndən sonra Xruşov onu ləğv edib Adətən İosif Stalinin iş günü köməkçisi və şəxsi katibi Aleksandr Poskrebışevin məruzələri və təqdim etdiyi sənədlərlə başlayıb. 1939-cu ilin əvvəllərində adi iş günlərinin birində də Poskrebışev sənədlərlə kabinetə daxil olub, keçiriləcək görüşlər və tədbirlər haqqında məlumat verib, imza atılacaq sənədləri qovluqda təqdim edib və əlindəki heç də kiçik olmayan zərfi kabinetin sağ tərəfində olan şkafın siyirməsinə qoyub. Diqqətini qarşısındakı qovluqdan ayırmayan Stalin Poskrebışevdən soruşub:

- Aleksandr Nikolayeviç, siyirməyə qoyduğunuz nədir?

- Yoldaş Stalin, bu nəşriyyatdan və redaksiyadan göndərilən pullardır. Yazdıqlarınızın qonorarıdır.

Stalin iş masasının arxasından qalxıb şkafa yaxınlaşıb, siyirməyə nəzər yetirib və orada çoxsaylı qalın, bağlı zərflər görüb:

- Demək, bunlar hamısı qonorardır? Hə, çox səxavətlidirlər, deməli, bizim narkomlar (nazirlər), katiblər də yazdıqlarından kifayət qədər pul alırlar. Aleksandr Nikolayeviç, bu pulları maliyyə komissarlığına köçürün...

Bu hadisədən sonra Stalin nəşriyyat və redaksiya rəhbərlərinə bir az qənaətcil olmağı tövsiyə edib. Sözsüz ki, bu hadisədən Mərkəzi Komitənin yüksək vəzifəliləri də xəbərdar olublar.

Həmin ilin noyabrında o dövrdə SSRİ Xalq Komissarları Sovetinin sədri (baş nazir) olan Vyaçeslav Molotov Siyasi Büroda Stalinin 60 illik yubileyi ilə bağlı Stalin mükafatının təsis olunmasını təklif edib. Təklifdə qeyd olunub ki, elm, ədəbiyyat, incəsənət, sahəsində, hərbi və ixtiraçılıq fəaliyyətində xüsusi fərqlənənlər bu mükafata layiq görülsün və mükafat fondu Stalinin yazdığı əsərlərdən aldığı qonorardan maliyyələşsin.

Beləliklə, 20 dekabr 1939-cu ildə SSRİ Xalq Komissarları Sovetinin qərarı ilə Stalin mükafatı təsis edilib.

Mükafat ilk olaraq 16 nominasiya - fizika-riyaziyyat, texnika, kimya, biologiya, kənd təsərrüfatı, tibb, fəlsəfə, iqtisadiyyat, tarix və filologiya, hüquq, musiqi, rəssamlıq, heykəltəraşlıq, arxitektura, teatr, kinematoqrafiya sahələri - üzrə müəyyənləşdirilib. Laureatların pul mükafatı 100 min rubl təşkil edib. Sonralar bu məbləğ dəyişib.

1949-cu ildə Stalin mükafatına daha bir nominasiya əlavə edilib. "Xalqlar arasında sülhü möhkəmləndirməyə görə” mükafatı beynəlxalq status daşıyıb.

“Stalin mükafatı” – rəhbər öləndən sonra Xruşov onu ləğv edib

Mükafatın verilməsi üçün xüsusi komisiya yaradılıb. Laureatlar komissiyanın ümumi rəyinə əsasən seçilib. Laureatlara pul mükafatı ilə yanaşı, orden də təqdim olunub.

Stalin mükafatına layiq görülənlər xüsusi imtiyazlara da cahib olublar. Laureatlar ictimai nəqliyyatdan pulsuz istifadə ediblər, ildə bir dəfə dövlət hesabına ölkənin sanatoriya və pansionatlarına göndəriş əldə ediblər, onların övladları ödənişli ali təhsil ocaqlarında ödənişdən azad olunublar və s.

Bəzi hallarda mükafat komissiysının müdaxiləsi olmadan Stalin özü mükafatın kimə verilməsi barədə göstəriş verib. Məsələn, Siyasi Büronun iclasında Stalin qövluğundan hansısa bir jurnalda çap olunmuş bir rəsm əsərini büro üzvlərinə göstərərk müəllifin mükafata layiq görülməsini tövsiyə edib. Yaxud o, oxuduğu yeni bir əsərin üzərinə dərkənar qoyub: "Müəllif mənim adıma olan mükafata layiq görülsün”.

Stalin mükafatının təqdim olunma mərasimi Kremldə keçirilib. Təntənəli tədbirdə Stalin şəxsən özü iştirak edib.

Stalin mükafatının təxminən 5 minə yaxın laureatı olub. Aviakonstruktor İlyuşin 7 dəfə bu mükafatı alaraq rekorda imza atıb. Kinorejissor Pıryev, Rayzman, Kopalin, aktyor Oxlopkov, yazışı Simonov, bəstəkar Prokofyev, aviakonstruktorlar Yakovlev, Mikoyan və Quryeviç Stalin mükafatının altıqat laureatları olub.

Qeyd edək ki, Üzeyir Hacıbəyov, Bülbül, Sənəd Vurğun, Süleyman Rüstəm, Mehdi Hüseyn, Kərim Kərimov, Sabit Orucov, Tahir Salahov, İsmayıl Dağıstanlı, Rəşid Behbudov, Lütfəli Abdullayev, Mustafa Topçubaçov, Niyazi və s. tanınmış azərbaycanlılar da Stalin mükafatının laureatları olublar.

“Stalin mükafatı” – rəhbər öləndən sonra Xruşov onu ləğv edib

1953-cü ildə Stalinin vəfatından sonra mükafat komissiyası fəaliyyətini dayandırıb. 1954-cü ildə Nikita Xruşovun təklif və təşəbbüsü ilə Stalin mükaftı rəsmi olaraq ləğv edilib.

1955-ci ildə SSRİ Dövlət Mükafatı təsis edilib. Nikita Xruşov Mərkəzi Komitədə keçirilən iclasda yeni təsis edilən mükafatla bağlı fikirlərini belə bölüşüb:

- Kim istəyirsə, cibində gəzdirdiyi Stalin mükafatı vəsiqəsini Dövlət mükafatı vəsiqəsi ilə əvəz edə bilər. Amma onu da nəzərə alın ki, yeni vəsiqədə Stalinin şəkli yoxdur...

İlham Cəmiloğlu, Musavat.com

Xəbər 473 dəfə oxunub






Oxşar xəbərlər

Fransa prezidenti İran rəsmilərilə görüşəcək
"Qarabağ" Avropa Liqasında mübarizəyə başlayır
İqbal Məmmədovun deputat mandatı alına bilər
Hüseyn Abdullayev şərti cəza ilə azad oluna bilər
Vergi Məcəlləsində dəyişiklik edilib
2020-də Azərbaycanda aqrar sığorta tətbiq olunacaq
Beynəlxalq Bankdan oğurlanan pullar necə qaytarılacaq?
Müxalifət “su pulu” ilə maliyyələşə bilərmi?
GEOPOLİTİKA - Üç ABŞ bazası Gürcüstana yerləşir
Mərhum pilotumuzla vida mərasimi keçirilir - FOTO
Ərdoğanla Merkel arasında telefon danışığı olub
“Xalq diplomatiyası" - Ermənilər Bakıya niyə gəlir?
Məktəblərdə telefon qadağası gündəmdədir
Qubad İbadoğlu da “Relax" olayına sərt mövqe sərgilədi
“RELAX ƏMƏLİYYATI” – Mikayıl Cabbarovun gücü kimlərə çatırmış?…
Hüseynli onlara çağırış etdi: Dəfn mərasiminə gəlməyin
ŞOK - Bəzi zənginlərin toyunda şimpanze əti yeyilir
Gülnarə Kərimovaya qarşı yeni cinayət işi açılıb
Putini təhqir edən jurnalist işdən qovuldu
Mətanət Əsədova məşhur falçı yanında belə muğam oxudu
Mixail Saakaşvili: "Qarabağ Azərbaycandır!"
Qabil Hüseynli: “Rəşadın ayağının biri axtarışların ilk günü tapılmışdı”
“Rejim odla oynamasın” - Çavuşoğludan Suriya açıqlaması
35 milyon illik meteoritin hissələri tapıldı
Azərbaycanda “o əjdaha” universitetdən niyə yoxdur?
Nazirlik "DOST İş Mərkəzi" ilə bağlı korrupsiya ittihamlarına cavab verdi
Ramiz Mehdiyev: “Ermənistan, əslində, qalib gəlməyib, uduzub”
Bakı metrosundan istifadə edən sərnişinlərin sayı azalıb
Havanın temperaturu 42 dərəcəyə yüksələcək
Deputatın oğlunun həbsinin pərdəarxası - ilginc faktlar
Mir Şahin Gəncə teraktı ilə bağlı şok görüntülər yayımladı - VİDEO
Göygöl polisinə yeni rəis təyin olundu
“Relax”ın aylıq vergi ödənişi 7 manatdan az olub - Açıqlama
Qəzaya uğrayan MiQ-29 təyyarəsinin pilotunun cəsədi tapılıb
Gəncənin sabiq polis rəisinin rütbəsi endirilərək bölmə rəisi oldu -TƏYİNAT
“Relax”ın rəhbəri qardaşımdır” - İqbal Məmmədov
“Lotu Quli”nin imzasını erməniyə görə saxtalaşdırıblar – skandal
Goranboyda "SU DİVİ" peyda olub? - Qaçqınlara qənim kəsilib - ŞİKAYƏT
"ATENA"-da iranlı qovğası dolaşır - MÜƏMMALAR
Deputatın oğlu və 5 qohumu saxlanıldı
MTN SABİQ NAZİRİ NECƏ HƏBS EDİB?
Parkinqə görə pul ödəyən sürücü cərimələndi – VİDEO
Sakit Okeanda 5,9 bal gücündə zəlzələ olub ₽
Danimarkanın baş naziri: “Qrenlandiya satılmır”
Yezidi kürdlərin lideri: “Azərbaycan nə istəyir Qarabağdan?”
Deputat İqbal Məmmədov obyektinə gələn vergi işçilərini döydürdü – “Basın bayıra ə…” – ŞOK VİDEO
Mehriban Əliyeva: Azərbaycanın layiqli övladları, əsgər və zabitləri ilə fəxr edirəm
BDU BP ilə əməkdaşlıq sazişi imzaladı
"İranlı Mühacirlər Cəmiyyəti" mərhum Valeh Quluzadədən NEKROLOQ yazdı
Qusarda turisti taksi sürücüsü soyubmuş
Deputat İqbal Məmmədovla bağlı heyrətamiz və şok iddialar
Sərkar bələdiyyəsi torpaqları "EMMA"-ya necə satıb? - ŞİKAYƏT
Vilayət Eyvazovdan yeni təyinatlar
ABŞ-a məxsus PUA Rusiya sərhədlərinə gəldi
“Paşinyan Ermənistanı müharibəyə sürükləyir...”
Nyu-Yorkda təyyarə yaşayış evinin üstünə düşüb
Rəsulzadə gəmisi ilə bağlı qalmaqal davam edir
Putin hakimiyyətini itirir? - ŞƏRH
Əvəz Zeynallı və Vüqar Məmmədov media barədə
ADAU-da yay semestrinin imtahanları keçirilir
Qadınların pir bilib, bez bağladığı ziyarətgah qladiatorun qəbri imiş
Dövlət Yol Polisi ləğv edilir? – AÇIQLAMA
Fazil Mustafa: “FETO-çu olan namussuzdur, nakişidir!”
Xaçmaz polisi naməlum qadın aşkar edib
Rəsulzadənin adını daşıyan "GƏMİ OLAYI" böyüyür - Qəsd yoxsa təsadüf ?
Meksika sahillərində güclü zəlzələ qeydə alınıb
Tramp "Twitter"dən Çin liderinə görüş təklif edib
Əli Həziquliyev müxalifətin "payız planı"ndan yazdı
Azərbaycan manatının dövriyyəyə buraxılmasından 27 il keçir
Elçin Alıoğlu medianın aqibətindən danışdı - VİDEO

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.12341] initstartout [0.00013] initstartin [0.00059] calstart [0.00746] calend [0.00045] topnewsend [0.00304] rsssend [0.00000] ehgend [0.01547] tagsstart [0.00051] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.09573]