Ebola virusuna qarşı 2 effektiv preparat hazırlanıb

  • 13 avq 2019, 07:10

Ebola virusuna yoluxmuş xəstələr üçün nəzərdə tutulmuş və təcrübə mərhələsində olan iki dərman preparatının daha effektiv təsirə malik olduğu müəyyən edilib. İndi onlar Konqo Demokratik Respublikasında bu xəstəlikdən əziyyət çəkənlər üçün təklif edilə bilər.

APA xəbər verir ki, bu barədə "The New York Times” "REGN-EB3” və "mAb-114” preparatlarının təcrübə nəticələrinə əsasən məlumat yayıb. Preparatlar venadaxili qəbul edilir və orqanizmdə virusun yayılmasının qarşısını alır.

Allergiyalarla və infeksion xəstəliklərlə mübarizə üzrə Milli İnstitutun (National Institute of Allergy and Infectious Diseases) rəhbəri Entoni Fauçinin sözlərinə görə, preparatları istehsal edən şirkət bütün xəstələrin müalicə olunması üçün kifayət qədər doza hazırlamağı öz üzərinə götürüb. Dünya Səhiyyə Təşkilatının hesablamaları göstərir ki, Ebola virusuna yoluxmuş insanların sayı ümumilikdə 2,8 minə çatır və təxminən 1,8 min insan bu ölümcül xəstəliyin qurbanına çevrilib.

Oxşar xəbərlər