Tramp Əfqanıstan müharibəsini bitirir - Pompeo

  • 30 iyul 2019, 12:34

Tramp ABŞ hərbçilərini Əfqanıstandan 2020-ci ilin noyabrına qədər çıxarmaq niyyətindədir.

Axar.az xəbər verir ki, bunu Vaşinqtonda çıxışı zamanı ABŞ Dövlət katibi Mayk Pompeo deyib. Onun sözlərinə görə, Tramp Əfqanıstanda davam edən sonsuz müharibəni bitirmək istəyir.

Qeyd edək ki, ABŞ ordusu Əfqanıstana 2001-ci ildə yeridilib. Hazırda bu ölkədə ABŞ-ın 14 minlik hərbi kontingenti var.


Oxşar xəbərlər