Tramp Türkiyənin S-400 almasında Obamanı günahlandırıb

  • 27 iyul 2019, 08:59

Amerika lideri Donald Tramp Türkiyənin Rusiyadan S-400 zenit-raket kompleksləri almasına münasibət bildirib.

"Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, o bunu "çətin vəziyyət" adlandırıb.

"Onlar S-400 alırlar... Mən Türkiyəni günahlandırmıram, çünki Obama administrasiyası dövründə yaranmış bir çox vəziyyətlər və digər problemlər var", — deyə Tramp bildirib.

Bununla yanaşı o qeyd edib ki, Vaşinqton Ankara üçün təklif etdiyi F-35 qırıcılarını asanlıqla başqa ölkələrə sata bilər.

Oxşar xəbərlər