Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

19:11 - 17.07.2019  
Dubaydan qaçan şeyx arvadı barədə 15 fakt – FOTO
Tarix: 6-07-2019, 22:04 | Bölmə: Xəbərlər » Dünyada

Dubaydan qaçan şeyx arvadı barədə 15 fakt – FOTOÖtən həftəsonu dünya mətbuatında Şahzadə Həyya bint əl-Hüseynin iki uşağı ilə öncə Almaniyaya, oradan isə İngiltərəyə qaçması barədə məlumatlar yayıldı. Şahzadə 39,3 milyon dollar götürərək, həyat yoldaşı, Birləşmiş Ərəb Əmirliklərinin Baş naziri və Dubay Şeyxi Məhəmməd ibn Rəşid əl-Maktumu tərk etdi. 

Şahzadə Həyya bint əl-Hüseyn haqqında 15 faktı təqdim edirik:

1. Həyya bint əl-Hüseyn 3 may 1974-cü ildə İordaniyanın paytaxtı Amman şəhərində anadan olub.

2. O, mərhum İordaniya Kralı Hüseyn İbn Talalın və onun üçüncü həyat yoldaşı Kraliça Aliyə əl-Hüseynin 11 uşağından biridir. Həyyanın ögey qardaşı İordaniyanın hazırkı Kralı II Abdullahdır.

Şahzadə Həyyanın valideynləri Kral Hüseyn və Kraliça Aliyə

Həyya qardaşı Əli ilə birlikdə

3. Şahzadə Həyya Məhəmməd peyğəmbərin 43-cü nəslindəndir.

4. Həyya üç yaşında ikən anasını itirib. Kraliça Aliyə hərbi helikopter qəzasında öləndə 28 yaşı var idi. Qəzanın səbəbi pis hava şəraiti idi. Həyya müsahibə zamanı anasından bəhs edərək bu sözləri söyləyib:

"Mən o insanlardanam ki, ağrılı-acılı xatirələrimi xüsusi bir "qutu”ya yerləşdirib, onu başqalarının görməyəcəyi yerə qoyuram. 40 il müddətində bu vəziyyətdən çıxdığıma özümü inandırmağa çalışmışam. Qızımı dünyaya gətirdikdən sonra onu bağrıma basıb düşündüm: "Tanrım, anam məni nə qədər sevirdi!” Əvvəllər bu hissi təsəvvür etmir, hətta bu barədə heç düşünmürdüm. Birinin mənə qarşı belə hissləri olduğunu anlayanda dəhşətə gəldim. Bu anlayış ruhuma sakitlik gətirdi, amma söylədiyim o "qutu” hələ də bağlıdır”.

Şahzadə anası ilə

Kraliça Aliyə

5. İordaniyada ibtidai təhsil alan Həyya Böyük Britaniyaya köçüb. O, burada qızlar üçün nəzərdə tutulan Bristoldakı "Badminton School” internat məktəbində oxuyub. Daha sonra Həyya təhsilini Dorsetdəki Bryanston Məktəbində davam etdirib. O, Oksford Universitetinin St.Hilda Kollecinə daxil olub, burada fəlsəfə, siyasət və iqtisadiyyat üzrə bakalavr təhsili alıb.

Şahzadə atası ilə 

6. Həyya İordaniyada yük maşını idarə edən və bunun üçün müvafiq sürücülük vəsiqəsi olan ilk qadındır. O, müsahibələrin birində yüksək sürətlə avtomobil idarə etməkdən böyük həzz aldığını etiraf edib. Həyyanın sevimli avtomobil markası isə "Aston Martin”dir.

7. Şahzadənin sevdiyi hobbiləri sırasında şahin ovu, atıcılıq və hər cür su idman növü var.

8. Şahzadənin hobbiləri sırasında uşaq yaşlarından peşəkar şəkildə məşğul olduğu atıcılıq idman növü xüsusi yer tutur. Həyya 13 yaşında ikən İordaniyanı nüfuzlu və beynəlxalq müsabiqələrdə təmsil edib. 18 yaşında iştirak etdiyi Pan-Ərəb Oyunlarında bürünc medala sahib olan Şahzadə adını tarixə yazdırıb. O, yarışmanın tarixi boyunca qalib gələn yeganə qız olub.

2000-ci ildə Avstraliyada keçirilən Olimpiya Oyunlarında Həyya İordaniya heyətində bayraqdar rolunda çıxış edib. İki il sonra Şahzadə İspaniyanın Heres şəhərində keçirilən atçılıq üzrə dünya çempionatında iştirak edən ilk ərəb qadın olaraq yenidən adını tarixə yazdırıb.

9. Həyya ispan, ingilis, fransız, italyan, portuqal dildə sərbəst danışır. Rus dilində isə fikirlərini ifadə edə bilir.

10. Həyyanın Dubay Şeyxi və BƏƏ Baş naziri Şeyx Məhəmmədlə tanışlığı hələ də müəmmalıdır.

İctimaiyyət onların sevgi hekayəsindən 2004-cü ilin aprel ayında Amman şəhərində, əl-Barakın kral sarayında keçirilmiş nikahdan sonra xəbərdar olub. Dəbdəbəli nikah mərasimdə iştirak edənlər arasındaq hər iki ailəyə yaxın bir neçə cütlük, o cümlədən, Həyyanın qardaşı Kral Abdullah və Kraliça Raniya var idi. O zaman gəlin 29, bəy isə 56 yaşında idi. Həyya Şeyxin sayca altıncı həyat yoldaşı oldu.

Verdiyi ilk müsahibələrinin birində şahzadənin etirafları diqqət çəkmişdi:

"Karyera olmadan xoşbəxt ola biləcəyimi düşünmürəm. Gücüm və enerjim var. Bu səbəbdən daim evdə oturmaqdan çox sıxılacağam. Əgər heç bir yerə getməsəm, həyat yoldaşım əlimdən dəli olacaq”.

11. Belə də oldu. Həyya Avropa monarxları kimi tez-tez olmasa da, aktiv şəkildə xeyriyyə fəaliyyəti ilə məşğul olurdu. Onun səyləri sayəsində İordaniyadakı aclıq probleminə qarşı mübarizə məqsədilə Ərəb təşkilatı "Tikyet Um Ali” ("Yaşamaq üçün yemək”) yaradıldı.

2005-ci ildə Həyya Dünya Qida Proqramının xoşməramlı səfiri seçildi. 2007-ci ildə isə o, BMT-nin sülh elçisi oldu.

12. Şeyx Məhəmmədin altıncı həyat yoldaşı Həyya müsahibələrində onun barəsində danışarkən, xasiyyətinə hədsiz dərəcədə aşiq olduğunu dilə gətirib.

13. Həyyanın Şeyxdən iki övladı var. Cütlüyün 2007-ci ilin dekabr ayında Şeyx Cəlil bin Məhəmməd bin Rəşid əl-Maktum adlı bir qızı və 2012-ci ilin yanvar ayında Şeyx Zayed bin Məhəmməd bin Rəşid əl-Maktum adlı oğlu dünyaya gəlib.

14. Həyyanın sevimli müğənnisi Pink, qrupu isə "Guns N ‘Roses”dir.

15. Müsahibələrdən birində Şahzadəyə ünvanlanan "Qadınlara hansı məsləhət verərsiniz?” sualına belə cavab verib:

"İmanınızdan və ya prinsiplərindən əsla imtina etməyin. Heç vaxt güzəştə getməyin. Eyni zamanda, tolerant olun. Başqalarını mühakimə etməyin və həmişə hörmət nümayiş etdirin.

Sevin, özünüz və dünya ilə dürüst olun. Unutmayın ki, hər birimiz azad bir insan olaraq dünyaya gəlmişik və heç kimin sizi bir qəfəsə qoymağa haqqı yoxdur. Bunu yalnız özünüz özünüzə edə bilərsiniz”.

Xəbər 1545 dəfə oxunub






Oxşar xəbərlər

Elçibəyin təsis etdiyi “Şah İsmayıl” ordeni – Niyə indiyədək heç kimə verilməyib? – AÇIQLAMA
Ramaldanov: “Keşikçidağda sərhədçilərimiz çox doğru hərəkət ediblər”
Baş mühasib 2 il sonra DİN-i niyə ittiham edir? – Rəsmi
Əli Əhmədov BMT-də çıxış edib
Həbsxanada işgəncə: yeni şok kadrlar - VİDEO 18+
FİFA referisi Azərbaycandan gedir
Ərdoğana məktub: Zakir Fərəcovun qardaşını Türkiyədə aldadıblar
Sosial şəbəkələr çökdü
Vahid Mustafayev “Galenvagen”lə qayda pozdu
Rəşid Mahmudov Keşikçidağa görə XİN-i sərt tənqid etdi - VİDEO
Azərbaycan əhalisinin sayı açıqlanıb
1 nömrəli "qanuni oğru"nun həbsinin “Quli”yə nə dəxli?
Türkiyənin taleyi üç il öncə dəyişsəydi - VERSİYALAR
Eldar Mahmudovun gəlini Azərbaycandan pul tələb edir
“Google” casusluq iddialarına cavab verdi
Aİ Komissiyasında ilk qadın prezident
Cavad Zərif ABŞ-la danışıqların şərtlərini açıqladı
İlin ikinci Ay tutulması başlayıb
“Qaynar Qazan”da Mirşahin Ağayev: “Dövlət İlham Əliyevdir…
Şəki Xan Sarayındakı qəzada ölən müəllimə (FOTO)
Əli Həsənov “Keşikçi qala” olayına münasibət bildirib
Dilqəm Əsgərov sağdırmı? – Oğlundan həyəcanlı MƏKTUB
“Sərhəddi keçən güllələnməlidir” - ÇAĞIRIŞ
Dolların sabaha MƏZƏNNƏSİ
Metroda siqaret çəkən tapıldı və cərimələndi - FOTO
ƏSABƏLİ MUSTAFAYEV: “Avropa Məhkəməsinə göndərdiyim sənədlər “Azərpoçt”da oğurlanır”
Keşikçidağa giriş qadağan edildi - Gürcüstandan mühüm və zəruri addım
Mübariz Məsimov – Azərbaycanı evi sayan adam
Xalq Cəbhəsini kimlər və necə yaradıb?
Qüdrət Həsənquliyevlə şahmat arxasında MÜSAHİBƏ
AVRO-2020: Bilet sifarişində rekord qeydə alındı - 19,3 milyon
Saakaşvili gürcü və Azərbaycan xalqlarına müraciət etdi
Fazil Məmmədovun qohumu rəis təyin edildi
Gürcüstanla sərhəddə nə baş verir? - PROVAKASİYA
Almaniyanın müdafiə naziri istefa verəcəyini açıqlayıb
Polis Akademiyasının builki məzunlarıyla görüş keçirilib
"Huawei" ABŞ-da yüzlərlə işçisini ixtisar etmək niyyətindədir
Putinin müəllimi vertolyot qəzasında öldü
Şəki Xan Sarayında xəsarət alanların vəziyyəti açıqlanıb
İsrail Türkiyəyə gələn S-400-ləri izləyir - Foto
Yalçın Rzazadə Türkiyəyə aparıldı
MN: Cəbhə xəttində nisbi sakitlik müşahidə olunub
Göygöldə ANARXİYA - Arif Seyidov bələdiyyələrin əli ilə torpaqları talayıb
Şəki sakini sosial yardım ala bilmir - şikayət
ATV prezidentinin bank hesabından külli məbləğdə pul yoxa çıxıb
Göygöldə kasıbları aldadan "TORPAQ BARONLARI" bələdiyyədə torpaq qoymadı - VİDEOŞİKAYƏT + FOTOLAR
Mətbuat Şurasının sədri Baş Prokurora müraciət etdi
Baş Prokurorluq deputata CAVAB verdi
Nəriman Nərimanovun qardaşı oğlu gömrükçülər tərəfindən aldadıldı ?
Qubada qəbiristanlıqda top mərmiləri tapılıb
Eldar Əzizov keçmiş müavininə vəzifə verdi
Zahid Oruc "Gəncə hadisələri"ndən danışdı, spiker isə...VİDEO
Ekspertdən dollarla bağlı vacib açıqlama
Xüsusi notariuslar bu hallarda 500 manat cərimələnəck
“Bandotdel”ə yeni rəis təyin edildi
Məhkəmə-Hüquq Şurasının iclası keçirilib
Rəsulzadənin nəvəsi də "Cümhuriyyət 100" medalını aldı
8 nəfəri öldürən sürücü: “Az qalıb, 240-la gedəcəm"
Azərbaycanlı oliqarx 14.6 milyard pulu yola yox, depozitə yatırıb?
Qarabağ qazisinin oğlu Qarabağ qazilərini təhqir etdi (FOTO)
Vilayət Eyvazov rəisləri topladı
Lotu Quli gözlənilmədən Azərbaycana gəldi
GMO məhsullar süfrələrimizdə: yeyək, yeməyək?
Paşinyanın “Qarabağ klanı” ilə mübarizəsi həlledici mərhələdə
Azərbaycana nə qədər tursit səyahət edib?
Prezidentdən sərəncam: Yeni mərkəz yaradıldı
Bakıda "BMW X5" markalı avtomobil qəza törədib
Zahid Oruc yoxlamalara başladı
Bakıda polis rəisinin oğlu intihar etdi
Rusiyada azərbaycanlı vitse-admiralın büstü qoyulacaq

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    İyul 2019    »
BeÇaÇCaCŞB
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.14521] initstartout [0.00016] initstartin [0.00095] calstart [0.01032] calend [0.00060] topnewsend [0.00418] rsssend [0.00000] ehgend [0.02688] tagsstart [0.00067] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.10141]