Türkiyədə gün ərzində ikinci terror aktı olub

  • 05 iyul 2019, 20:37

PKK terrorçuları Türkiyənin Siirt vilayətinin Pervari rayonu ərazisində terror aktı törədiblər. Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, hərbi maşının keçdiyi yolda əvvəlcədən basdırılmış bombanın işə salınması nəticəsində iki əsgər yaralanıb. Yaralılar bölgədəki dövlət xəstəxanasına yerləşdirilib.

Bundan əvvəl isə Hatay vilayətinin Reyhanlı rayonunda bomba yüklü avtomobilin partladılması 3 nəfərin həlak olması ilə nəticələnib.

Digər bir məlumata görə, Türkiyə Silahlı Qüvvələrinin qırıcı təyyarələri İraqın şimalında yerləşən Qəndil və Hakurk bölgələrindəki terror düşərgələrinə dəqiq zərbələr endiriblər. Bombalanan yerlərdə təlim düşərgələrinin, mağara və anbarların məhv edildiyi bildirilir.

Oxşar xəbərlər