Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

12:34 - 22.07.2019  
İran generalları ABŞ-a "ağıl" verdi: “ABŞ HÜCUM ETSƏ.."
Tarix: 4-07-2019, 21:53 | Bölmə: Xəbərlər » Dünyada

İran xarici işlər naziri Məhəmməd Cavad Zərif təsdiqləyib ki, Tehran ABŞ-ın basqısına tabe olmayacaq. О, Vaşinqtonu iranlıları heç vaxt hədələməməyə və İrana sayğı göstərməyə çağırıb.

İran generalları ABŞ-a "ağıl" verdi: “ABŞ HÜCUM ETSƏ.."İranın "Tasnim” informasiya agentliyi məlumatlı qaynaqlara istinadən xəbər verib ki, Tehran İranın nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planı (BHFP) çərçivəsindəki öhdəliklərin icrasını azaltmağı davam etdirəcək, çünki Avropa ölkələri öz öhdəliklərinin bir bölümünü yerinə yetirməyib.

İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) Xatəm əl-Ənbiyadakı qərargahnın rəisi, general-mayor Qulaməli Rəşid bildirib ki, İran silahlı gücləri düşmənin İran adaları, dəniz, quru və hava sərhədlərinə qarşı istənilən təcavüzünə sarsıdıcı zərbə vurmağa hazırdır.

İran xarici işlər naziri Tehranda bazar ertəsi Milli sənaye və faydalı qazıntılar Günü münasibətilə mərasimdə bəyan edib: "Amerikalıların İrana basqısı ABŞ-ın bölgəsəl və kürəsəl səviyyədə ardıcıl məğlubiyyətlərindən doğur”. Məhəmməd Cavad Zərif qeyd edib ki, İran nüvə sazişi sayəsində Amerika sanksiyalarından qurtulub və bölgədə və dünyada önəmli rol oynamağa başlayıb ki, bu da Vaşinqtonu acıqlandırıb. Bu haqda İranın "ISNA” agentliyi xəbər verib.

Zərif vurğulayıb ki, İran ABŞ administrasiyası tərəfdən basqıya tabe olmayacaq. O, düşməni Tehranın ünvanına hədələr yağdırmaq əvəzinə "sayğı göstərməyə çağırıb”. XİN başçısı bildirib: "İran son illərdə göstərib ki, sayğının cavabında o da sayğı göstərir və basqıya qarşı hərəkət edir. Biz dünya dövlətlərini bizimlə sayğı dilində danışmağa və bu zaman İrana heç vaxt hədə gəlməməyə vadar edərik”.

Zərif ABŞ sanksiyalarından yan keçməklə Tehranla ticari hesablaşmalar üçün Böyük Britaniya, Almaniya və Fransa tərəfindən mexanizm yaradılmasını alqışlayıb. Bu mexanizm INSTEX ("Ticari mübadilələrə dəstək üçün alət”) adlanır. Bu haqda Tehranın nüvə proqramı üzrə Vyanada İran təmsilçiləri və "1+4 qrupu” arasında keçirilən danışıqlar başa çatandan sonra bildirilib. İran diplomatı deyib ki, INSTEX-in strateji mənası var, çünki indi ABŞ-ın ən yaxın müttəfiqləri (Avropa) beynəlxalq ticari münasibətlərdə ondan aralanmağa başlayırlar. İran xarici işlər naziri əlavə edib:""INSTEX” avropalıların öhdəlikləri yerinə yetirmək üzrə İranın gözləntilərinə yetərli cavab deyil”.

Zərifin sözlərinə görə, Vaşinqton Amerika dollarının diktatından yararlanaraq İrana çoxdan iqtisadi basqı göstərməyə çalışır, Tehran buna görə də başqa ölkələrlə qarşılıqlı ticari əməliyyatlar keçirərkən Amerika valyutasından əl çəkmək niyyətindədir.

O, qeyd edib: "Ötən il Türkiyə ilə ticarət əməliyyatlarımızın 35%-i dollarsız aparılıb. Rusiya və Çin bu yaxınlarda Amerika valyutası olmadan ötüşmək qərarına gəlib. ABŞ dollarının beynəlxalq sövdələşmələrdəki rolu azalır”.

İran xarici işlər naziri Məhəmməd Cavad Zərif Tehranla ticari hesablaşmalar üçün Avropa mexanizminin yaradılmasını alqışlayıb, amma İran tərəfindən son günlər səsləndirilən rəsmi bəyanatlar xəbər verir ki, atılan addımlar yetərli deyil. Tehran nüvə sazişi üzrə öz öhdəliklərini azaltmağı davam etdirmək qərarına gəlib.

İranın "Tasnim” agentliyi məlumatlı qaynaqlara istinadən xəbər verir ki, İran 2019-cu il iyulun 7-dən sonra BHFP çərçivəsində öhdəlikləri azaltmağın ikinci mərhələsinə başlayır.

Qaynaqların fikrincə, BHFP üzrə İranın şərtləri yerinə yetirilməyib, Avropanın INSTEX mexanizminin yaradılması isə İranın gözləntilərinə gərəkli cavab deyil.

İranın bəyanatları BHFP-i yerinə yetirməyə nəzarət üzrə Birgə Komissiyanın xarici işlər nazirləri səviyyəsində qarşıdakı toplantısı və Fransa prezidenti Emmanuel Makronun İrana mümkün səfərinə yaxın ərəfədə səslənir. ABŞ prezidenti Donald Tramp bu haqda Yaponiyanın Osaka şəhərində "Böyük iyirmilik” görüşü zamanı mətbuat konfransında bildirib.

İran Ali Milli Təhlükəsizlik Şurası amerikalılar tərəfindən iqtisadi basqının cavabında 2019-cu il mayın 8-də BHFP üzrə iki öhdəliyini dayandırıb, Böyük Britaniya, Fransa və Almaniyanın simasında "Avropa üçlüyü”nə, habelə Çin və Rusiyaya bildirib.

İran keçən ay elan edib ki, zənginləşdirilmiş uran və ağır suyun saxlanması sahəsində məhdudiyyətlərə əməl etməyəcək. BHFP iştirakçıları Amerika sanksiyalarının tətbiqinin nəticələrini yumşaltmaq üçün öhdəlikləri yerinə yetirməsələr ,Tehran uranı zənginləşdirmək və Əraqdakı nüvə reaktorunu modernləşdirmək üzrə işi təzələyəcək.

Avropa Birliyi xarici siyasət idarəsinin başçısı Frederika Moqerini bazar ertəsi bildirib ki, Avropanın daha yeddi ölkəsi ən yaxın vaxtlarda INSTEX-ə qoşulmağa hazırdır.

İran iki həftə əvvəl Hörmüz boğazı üzərində ABŞ pilotsuzunu vurandan sonra Vaşinqton və Tehran arasında kəskinləşən münaqişə fonunda İİKK-in Xatəm əl-Ənbiyadakı qərargahının rəisi, general-mayor Qulaməli Rəşid bildirib ki, İran silahlı gücləri düşmənin İran adaları, dəniz, quru və hava sərhədlərinə qarşı istənilən təcavüzünə sarsıdıcı zərbə vurmağa hazırdır.

Onun sözlərinə görə, savaş başlanarsa, onun sürəkliliyi və ya miqyası haqda heç kim proqnoz verə bilməz. ABŞ prezidenti Donald Tramp çərşənbə günü "Fox News”-a müsahibədə bildirib ki, ABŞ və İran arasında savaş başlansa, qısa olacaq.

General-mayor Qulaməli Rəşid bildirib: "ABŞ İraq və Əfqanıstana qarşı 7 trilyon dollar xərcə vadar edən təcavüzdən dərs götürməlidir. Amerikalılar İrana hücum qərarına gəlsələr, yüksək bədəl ödəməli olacaqlar”.

İran parlamentinin milli təhlükəsizlik və xarici siyasət üzrə Komissiyasının sədri Mohtab Zunnur qeyd edib ki, ABŞ prezidenti Donad Trampın İrana hərbi zərbəni cəmi on dəqiqəyə durdurduğu haqda bəyanatı "siyasi uydurma” idi. О deyib ki, "onlar (amerikalılar) hücumun uğurlu olacağını əvvəlcədən görsəydilər, bunu ləğv erməzdilər və bu, şübhəsiz baş verərdi”.

Mohtab Zunnur Trampı savaş adamı kimi deyil, ancaq pulun həyəcanlandırdığı biznesmen kimi səciyyələndirib. Zunnur "əl-Ələm” telekanalına müsahibədə söz verib:"ABŞ bizə hücum etsə, onda İsrailin yarım saat ömrü qalar”.

İran siyasətçisi bildirib: "Amerikalılar öz hücumlarının uğurlu olacağını bilsəydilər, onu ləğv etməzdilər. Amma ABŞ prezidentinin müşavirləri iflası qabaqcadan görüblər, İranın gücü isə Amerika təcavüzünün dayanmağına səbəb olub. Qeyd etmək gərəkdir ki, ABŞ-ın Yaxın Şərq bölgəsindəki 36 hərbi bazasının hamısı İranın müşahidəsi altındadır”.

Al Araby Al Jadeed (Böyük Britaniya), 01.07.2019

Tərcümə Strateq.az-ındır.

Xəbər 903 dəfə oxunub






Oxşar xəbərlər

Cəbhədə vəziyyət gərginləşib
Rüfət Aslanlı İstanbulda 30 milyonluq sarayda yaşayır
Daha bir güləşçimiz qızıl medal əldə edib
“ELÇİBƏY KQB AGENTİ OLA BİLMƏZDİ…” - Rəsul Quliyev
Bu gün Milli Mətbuat Günüdür
Fəttah Heydərov Milli Mətbuat günü münasibətilə jurnalistləri təbrik edib
Çeju - Dünyanın 7 təbiət möcüzəsindən biri - VİDEO
"SOCAR"ın sabiq əməkdaşı NZS-də torpaq qalmaqalı yaşayır - GİLEY
ADAU 2-ci Beynəlxalq Yay Məktəbi uğurla başa çatıb
Asif Mərzili: “Hesab edin ki, jurnalistikamız da torpaqlarımız kimi müvəqqəti işğal olunub…”
Bakı-2019: Azərbaycan yığması paraddan keçib
“Qocaltma” proqramında geriyə yol yoxdur!
Leyla Yunus anormallığına CAVAB - VİDEO
Elçibəyi müdafiə etməyən Əli Kərimovun susqunluğunun ÜÇ SƏBƏBİ
Gəncə Dəmiryolu vağzalında yanğın olub
Oğrular həmkəndlisi çıxdı - Qusarda
Davudoğlu gizlinləri açdı - Ərdoğana açıq İTTİHAMLAR
“Jurnalist təmənnalıdırsa, yaltaqdırsa, simasızdırsa,.” Qulu Məhərrəmli
Masazırda "BMW" 5 maşını vurdu, bir sürücü isə vəhşicəsinə döyüldü + VİDEO
Hamı Aprel döyüşlərindəki mayorun atasından danışır
Rusiya Avropanı gözlənilmədən vura bilər - ŞOK İDDİA
Prezident İlham Əliyev Belçika Kralını təbrik edib
Keşikçidağdakı “atışma”nı ermənilər planlayıb – Şok
Ermənilərin Naxçıvan panikası – İrəvan strateqləri odla oynayır
İnsanlar yüksək maaş və pensiyalar almağa macal tapmamış...
“Türk axını” Cənub Qaz Dəhlizinə rəqib, yoxsa...
Akif Nağı Avropada keçiriləcək mitinqə qatılacaq
Qulu Məhərrəmli "Cümhuriyyət - 100" medallarından yazır
“KİVDF ləğv olunmalıdır” – Mehman Əliyev
Elçibəydən oğurlanan 200 min dollar üzə çıxdı - ŞOK VİDEO
Aİ-dən Türkiyəyə 1,41 milyardlıq yardım
“S-400”ləri yaradan azərbaycanlı (FOTOLAR)
Aqil Abbas Oqtay Şirəliyevi “yıxıb-sürüdü”
AXH-nin yürüş müraciəti rədd edildi
Leyla Yunusdan Elçibəyə ağır ittihamlar - Əli Kərimli niyə susur?
Bəşər Əsədin qardaşına məxsus qüvvələrə hücum olub
Okean dibində üzən ÜNO-lar barədə - VİDEO
Azərbaycanda əmək haqqı artırıldı
Mələk Çakmak ADAU-da mühazirə söyləydi
AQTA-nın MÜƏMMALI TENDERİ – Heyvan kəsimi üçün çadıra 1 milyon manata yaxın pul verilib
XƏYANƏTİN QURBANI HÜSEYN CAVİD – Tarix heç kimi unutmur!
ANS "Gelandevagen" xəbərinə cavab verdi
Rusiyada 10 gizli silah emalatxanası aşkar edilib
Əflatun Amaşov da Keşikçidağ BARƏDƏ
Ermənilər Göygöldə traktora atəş açdı
Elçibəyin təsis etdiyi “Şah İsmayıl” ordeni – Niyə indiyədək heç kimə verilməyib? – AÇIQLAMA
Ramaldanov: “Keşikçidağda sərhədçilərimiz çox doğru hərəkət ediblər”
Baş mühasib 2 il sonra DİN-i niyə ittiham edir? – Rəsmi
Əli Əhmədov BMT-də çıxış edib
Həbsxanada işgəncə: yeni şok kadrlar - VİDEO 18+
FİFA referisi Azərbaycandan gedir
Ərdoğana məktub: Zakir Fərəcovun qardaşını Türkiyədə aldadıblar
Sosial şəbəkələr çökdü
Vahid Mustafayev “Galenvagen”lə qayda pozdu
Bu gün Şah İsmayıl Xətainin doğum günüdür
Rəşid Mahmudov Keşikçidağa görə XİN-i sərt tənqid etdi - VİDEO
Azərbaycan əhalisinin sayı açıqlanıb
1 nömrəli "qanuni oğru"nun həbsinin “Quli”yə nə dəxli?
Türkiyənin taleyi üç il öncə dəyişsəydi - VERSİYALAR
Eldar Mahmudovun gəlini Azərbaycandan pul tələb edir
“Google” casusluq iddialarına cavab verdi
Aİ Komissiyasında ilk qadın prezident
Cavad Zərif ABŞ-la danışıqların şərtlərini açıqladı
İlin ikinci Ay tutulması başlayıb
“Qaynar Qazan”da Mirşahin Ağayev: “Dövlət İlham Əliyevdir…
Şəki Xan Sarayındakı qəzada ölən müəllimə (FOTO)
Əli Həsənov “Keşikçi qala” olayına münasibət bildirib
Dilqəm Əsgərov sağdırmı? – Oğlundan həyəcanlı MƏKTUB
“Sərhəddi keçən güllələnməlidir” - ÇAĞIRIŞ
Dolların sabaha MƏZƏNNƏSİ

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    İyul 2019    »
BeÇaÇCaCŞB
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.10987] initstartout [0.00012] initstartin [0.00054] calstart [0.00626] calend [0.00037] topnewsend [0.00267] rsssend [0.00000] ehgend [0.00519] tagsstart [0.00040] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.09428]