İran ABŞ-ın sanksiyalarından XİLAS OLDU VƏ..

  • 29 iyun 2019, 11:16

ABŞ-ın İrana tətbiq etdiyi maliyyə sanksiyalarından yan keçməklə İran-Avropa ticarətinin davamlılığını qoruyan INSTEX xüsusi ödəniş mexanizmi işə düşüb.

Bu barədə İran Daxili işlər nazirinin köməkçisi Abbas Araqçı bildirib.

Onun sözlərinə görə, artıq ilk ödənişlər aparılıb: "INSTEX fəaliyyət başladı və ilk transfer gerçəkləşdirildi. Avropa İttifaqı, Fransa, Almaniya, İngiltərənin qurduğu INSTEX Avropadan kənardakı üçüncü ölkələrin istifadəsinə də açıla bilər”.

Avropa İttifaqı Diplomatik Xidmətinin baş katibi Helqa Şmid də məlumatı təsdiqləyib. Şmid bildirib ki, INSTEX artıq işləyir, ilk köçürmələr hazırlanır və daha çox Aİ-yə üzv ölkə bu mexanizmə qoşulacaq.

Oxşar xəbərlər