İmamoğlunun görəcəyi ilk işlər bunlar olacaq

  • 28 iyun 2019, 20:01

İstanbulun bələdiyyə sədri vəsiqəsini təhvil alan Əkrəm İmamoğlu bu gündən vəzifəsinin icrasına başlayıb.

Open.az xəbər verir ki, İmamoğlu görəcəyi ilk işlər haqqında "Facebook" hesabında məlumat yayıb. 

"İstanbulun zəlzələ, yol, qaçqın kimi məsələləri başda olmaqla bütün problemləri üçün sürətli işə başlayırıq. İlk iş günümüzün xeyirli olmasını arzulayıram", - deyə İstanbulun bələdiyyə sədri bildirib. 

Qeyd edək ki, Əkrəm İmamaoğlu 54,21 faiz səs toplayaraq qalib olub.

Oxşar xəbərlər