Açıqlama: "Tankerləri ABŞ və İsrail partladıb"

  • 14 iyun 2019, 19:19
İranın nüfuzlu din xadimlərindən olan Ərdəbilin imam-cüməsi Ayətullah Seyyid Həsən Amuli, cümə xütbəsi zamanı Oman dənizində partladılan tankerlər barədə açıqlama verib.   Bu barədə "Mehr" agentliyi məlumat yayıb.   Məlumata görə, İranın ali rəhbəri Ayətullah Seyyid Əli Xameneyinin Ərdəbil vilayəti üzrə nümayəndəsi Seyyid Həsən Amuli cümə xütbəsi zamanı bildirib ki, , Oman dənizindəki iki Yapon gəmisinin bombalanması mütləq ABŞ və İsrail rejiminin işidir:   "Bu hadisə onların özləri tərəfindən planlaşdırılıb. Yaponiy Baş naziri Abe İranda olarkən yüksək səslə dedi ki, bu cinayət İranın işi deyil. Amerika kimi düşməndən xilas olmağın yeganə yolu Ali Rəhbərin getdiyi yoldur. Bu hökumət böyük bir terror dövlətidir. Bütün dünyaya İsrailin gözü ilə baxır. Və həyasızcasına deyirlər ki, biz b ütün dünya ilə əlaqələrimizi İsrailin mənfətlərinə görə qururuq".   Xatırladaq ki, may ayında Əl-Füceyrə yaxınlığında BƏƏ-yə məxsus 4 ticarət gəmisi müəmmalı şəkildə partladılmışdı. İyunun 13-də də Oman körfəzində iki partlayış baş verib, iki neft tankerinə hücum olub. Tankerlərə hücumdan sonra İran tərəfi yanan gəmilərdən 44 dənizçini xilas edərək, Bəndər Jask limanına aparıb. Hər iki halda Amerika tərəfi İranı ittiham edib. İran XİN rəhbəri Məhəmməd Cavad Zərif isə bi hadisələrin çox şübhəli olduğunu deyərək  bunu İrana qarşı sabotaj adlandırıb. /Eastnews.org/
Oxşar xəbərlər