Saakaşvili seçkilərə öz partiyası ilə qatılacaq

  • 08 iyun 2019, 20:57

Gürcüstanın sabiq prezidenti və Ukraynanın Odessa vilayətinin keçmiş meri Mixeil Saakaşvili özünün "Yeni güclərin hərəkatı” partiyası ilə Ukraynada keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak edəcəyini açıqlayıb.

APA-nın xəbərinə görə, bu barədə M.Saakaşvili rəsmi "Facebook” səhifəsində paylaşdığı videoda bildirib.

Qeyd edək ki, bundan əvvəl Kiyev şəhərinin meri Vitali Kliçko Saakaşviliyə özünün "Udar” partiyasına rəhbərlik etməyi təklif edib. M.Saakaşvili V.Kliçkonun təklifini qəbul etməyib.

Oxşar xəbərlər