Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

22:53 - 16.07.2019  
PUTİNİN GİZLİ HƏYATI – “Əkizləri olmuş Kabayeva yoxa çıxıb”
Tarix: 30-05-2019, 13:55 | Bölmə: Xəbərlər » Dünyada

Adətən, əkiz övladların dünyaya gəlişi böyük sevinclə qarşılanır və əgər valideynlərdən biri hökumət başçısı, digəri isə tanınmış ictimai fiqurdursa, o zaman, bir qayda olaraq, körpələrin fotoları mətbuat səhifələrini doldurur.

PUTİNİN GİZLİ HƏYATI – “Əkizləri olmuş Kabayeva yoxa çıxıb”Lakin Vladimir Putinin idarə etdiyi Rusiyada, belə görünür, vəziyyət fəqrlidir: ölkədə Putinin şəxsi həyatının mediada müzakirəsi qadağandır.

Artıq bir müddətdir, Moskvada Rusiya liderinin 36 yaşlı sevgilisi, gimnastika üzrə Olimpiya çempionu Alina Kabayevanın bu ayın əvvəli Moksvada dünyaya əkiz körpələr gətirdiyi haqda şayiələr dolaşır.

Putin və "gizli birinci xanım” ləqəbi almış Kabayeva haqda şayiələr ilk dəfə 2008-ci ildə – Kabayevanın İsveçrədə, deyilənə görə, İtaliyanın keçmiş baş naziri Silvio Berluskinin məsləhət gördüyü özəl klinikada dünyaya övlad gətirdiyi zaman dolaşmağa başlamışdı.

Kreml o vaxt da, indi olduğu kimi, Kabayevanın doğuşu haqda məlumatları gizlətməyə çalışırdı. Özəl həyatını məxfi saxlayan Putin (bu, onun Dövlət Təhlükəsizlik Komitəsi –KQB-də işlədiyi vaxtlar yaranan bir vərdiş ola bilər) Kabayeva ilə münasibətləri olduğunu uzun vaxtdır inkar edir.

Mümkün romantik münasibətlər haqda bir dəfə sualı cavablandırarkın Putin deyib: "Mən həmişə xəstə burunları və erotik fantaziyaları ilə insanların şəxsi həyatına qarışan adamlar haqda mənfi fikirdə olmuşam.”

Putin 2013-cü ildə həyat yoldaşı Lyudmila Şkrebnevadan boşandığını elan etmişdi. Onların bu 30 illik evlilikdən iki qızları var. Putin "Aeroflot” hava yollarının keçmiş bələdçisi və rus dili müəllimi olmuş həyat yoldaşından ayrıldığını Kremldə balet tamaşasının fasiləsi zamanı ictimaiyyətə açıqlayaraq, bunun qarşılıqlı razılaşma əsasında əldə edilmiş qərar olduğunu demişdi.

Putinlə boşandıqdan sonra Lyudmila Şkrebneva yenidən ailə qurub və ictimaiyyət arasında az-az görünür.

Rusiya kütləvi informasiya vasitələrindəki mənbələrə əsasən, Kreml bu dəfə də əkizlərin doğulması haqda xəbərlərə operativ şəkildə reaksiya verərək, Putinin şəxsi həyatı haqda məlumatlar verən qəzet və xəbər saytlarına münasibətdə qəti mövqeyini bir daha nümayiş etdirib. 2016-cı ildə Rusiyanın RBK telekanalının üç redaktoru Putinin sərvəti haqda materiallara görə işdən çıxarılıb.

İlk dəfə Rusiya liderinin yaxın çevrəsinə daxil olan oliqarx Arkadi Rotenberqin sahibi olduğu "Moskovskiy Komsomolets” veb saytı Alina Kabayevanın əkizləri dünyaya gətirdiyi haqda məlumat verib. Lakin material dərhal səhifədən çıxarılıb. Rusiya rəsmiləri bununla bağlı şərh verməkdən imtina edir.

Lakin bundan sonra Kabayeva haqda digər xəbər səhifələrində də məlumatlar verilməyə başlayıb. Bunlardan biri "dni.ru” saytında "Əkizləri olmuş Kabayeva yox olub” başlığı altında çıxan məqalədir.

Putinin yaxın çevrəsinə aid olan daha bir oliqarx-Aleksandr Karmanova məxsus "Dom2Life” şoubiznes veb saytında Kabayeva haqda ilk dəfə məlumat onun mayın 12-də 36 yaşının tamam olduğu gün verilib.

Rusiyada araşdırmaçı jurnalist Sergey Kanevə əsasən, Kabayeva əkiz oğlanları Kulakov adına klinikada qeysər kəsiyi cərrahiyyə əməliyyatı vasitəsilə dünyaya gətirib. Kabayeva üçün klinikada əvvəlcədən bir mərtəbənin hazırlandığı deyilir. Britaniyanın "Daily Mail” qəzetinə müsahibə verən Kanev deyib ki, əməliyyat italiyalı həkimin iştirakı ilə keçib.

Alina Kabayeva böyük idmandan getdikdən sonra model kimi çalışıb və 2014-cü ilə qədər Rusiya parlamentinin qanunuvericisi olub. O, hazırda Milli Media Qrupunun rəhbəridir.

Kabayeva haqqında xəbərlərin belə gizli saxlanması Rusiyada mətbuat azadlığının daha məhdudlaşdırıldığı və Kremlin xəbərlərin təqdimatına nəzarətini gücləndirdiyi vaxta təsadüf edir.

Bu ayın gündəlik "Kommersant” qəzetinin ondan çox jurnalisti tanınmış muxbirlər İvan Afronov və Maksim İvanovun işdən çıxarılmasına etiraz olaraq qəzetdə fəaliyyətlərini dayandırdıqlarını elan edib. Jurnalistlər Afronov və İvanovun müəllifləri olduğu məqalənin Kreml tərəfindən bəyənilmədiyini bildirib.

Qəzetin sahibi Putinlə yaxın əlaqələrə malik milyarder oliqarx Alişer Usmanovdur.

Mart ayında "Kommersant” qəzetinin daha bir jurnalisti Mariya Karpenko Sank Peterburqda siyasi hadisələrlə bağlı məqalələrinə görə işdən çıxarılıb.

Müstəqil "The Bell” xəbər agentliyinə əsasən, "Kommersant” digər rəqib media qurumları arasında Kremldən müstəqilliyini saxlaya bilsə də, siyasi mövzularda senzuraya məruz qalırdı, lakin jurnalistliərin kütləvi şəkildə qəzeti tərk etməsi bu müstəqilliyi sual altına altına almış olur.

Rusiya jurnalistləri hökumətin xəbər redaksiyalarının müstəqilliyini daha da çox məhdudlaşdırmağa çalışacağından ehtiyat edir. Mart ayında Putin "saxta xəbərlər”in yayılması və "hökumətə hörmətsizlik” haqda qanunlara imza atıb. Bu qanunları pozanlara qarşı cərimələr və həbs cəzaları tətbiq ediləcək. Müşahidəçilər qanunların qeyri-məyyən yazılışının azad mətbuatın bundan sonra daha da çox sıxışdırılması üçün istifadə edilə biləcəyi ilə bağlı xəbərdarlıq edirlər.

Amerikanın Səsi

Xəbər 1311 dəfə oxunub






Oxşar xəbərlər

Dolların sabaha MƏZƏNNƏSİ
Metroda siqaret çəkən tapıldı və cərimələndi - FOTO
ƏSABƏLİ MUSTAFAYEV: “Avropa Məhkəməsinə göndərdiyim sənədlər “Azərpoçt”da oğurlanır”
Keşikçidağa giriş qadağan edildi - Gürcüstandan mühüm və zəruri addım
Mübariz Məsimov – Azərbaycanı evi sayan adam
Xalq Cəbhəsini kimlər və necə yaradıb?
Qüdrət Həsənquliyevlə şahmat arxasında MÜSAHİBƏ
AVRO-2020: Bilet sifarişində rekord qeydə alındı - 19,3 milyon
Saakaşvili gürcü və Azərbaycan xalqlarına müraciət etdi
Fazil Məmmədovun qohumu rəis təyin edildi
Gürcüstanla sərhəddə nə baş verir? - PROVAKASİYA
Almaniyanın müdafiə naziri istefa verəcəyini açıqlayıb
Polis Akademiyasının builki məzunlarıyla görüş keçirilib
"Huawei" ABŞ-da yüzlərlə işçisini ixtisar etmək niyyətindədir
Putinin müəllimi vertolyot qəzasında öldü
Şəki Xan Sarayında xəsarət alanların vəziyyəti açıqlanıb
İsrail Türkiyəyə gələn S-400-ləri izləyir - Foto
Yalçın Rzazadə Türkiyəyə aparıldı
MN: Cəbhə xəttində nisbi sakitlik müşahidə olunub
Göygöldə ANARXİYA - Arif Seyidov bələdiyyələrin əli ilə torpaqları talayıb
Şəki sakini sosial yardım ala bilmir - şikayət
ATV prezidentinin bank hesabından külli məbləğdə pul yoxa çıxıb
Göygöldə kasıbları aldadan "TORPAQ BARONLARI" bələdiyyədə torpaq qoymadı - VİDEOŞİKAYƏT + FOTOLAR
Mətbuat Şurasının sədri Baş Prokurora müraciət etdi
Baş Prokurorluq deputata CAVAB verdi
Nəriman Nərimanovun qardaşı oğlu gömrükçülər tərəfindən aldadıldı ?
Qubada qəbiristanlıqda top mərmiləri tapılıb
Eldar Əzizov keçmiş müavininə vəzifə verdi
Zahid Oruc "Gəncə hadisələri"ndən danışdı, spiker isə...VİDEO
Ekspertdən dollarla bağlı vacib açıqlama
Xüsusi notariuslar bu hallarda 500 manat cərimələnəck
“Bandotdel”ə yeni rəis təyin edildi
Məhkəmə-Hüquq Şurasının iclası keçirilib
Rəsulzadənin nəvəsi də "Cümhuriyyət 100" medalını aldı
8 nəfəri öldürən sürücü: “Az qalıb, 240-la gedəcəm"
Azərbaycanlı oliqarx 14.6 milyard pulu yola yox, depozitə yatırıb?
Qarabağ qazisinin oğlu Qarabağ qazilərini təhqir etdi (FOTO)
Vilayət Eyvazov rəisləri topladı
Lotu Quli gözlənilmədən Azərbaycana gəldi
GMO məhsullar süfrələrimizdə: yeyək, yeməyək?
Paşinyanın “Qarabağ klanı” ilə mübarizəsi həlledici mərhələdə
Azərbaycana nə qədər tursit səyahət edib?
Prezidentdən sərəncam: Yeni mərkəz yaradıldı
Bakıda "BMW X5" markalı avtomobil qəza törədib
Zahid Oruc yoxlamalara başladı
Bakıda polis rəisinin oğlu intihar etdi
Rusiyada azərbaycanlı vitse-admiralın büstü qoyulacaq
Fətullah Gülənin “Azərsu“ ASC-dəki “imamı” kimdir? – FOTO
Mehriban Əliyevadan Yalçın Rzazadə ilə bağlı TAPŞIRIQ
Kılıcdaroğluna Elçibəyin kitabı hədiyyə edildi (FOTOLAR)
Ermənilər Kəlbəcərdə partizan mərkəzi yaradıb
İrəvan metrosunun fəaliyyəti dayandırılıb
Azərbaycanın iqtisadi inkişafı sürətlə gedir
Nazir danışdı, müsahibəsi tərs yozuldu - Açıqlama
Sürət Hüseynov: "Mənə niyə demirdiniz, gədələr!" - VİDEO
Gəncədə 3 saylı Peşə Liseyi necə KORRUPSİYALAŞIB ?
Cinsi zəifliyin əlacı -ağ turp yeyin!
ŞİKAYƏT - Mirdamət Sadıqovun müavininin təhlükəli "qaz zapravka"sı
Şəhid xanımının bölməyə hücumunun görüntüsü yayıldı – VİDEO
Mədət Quliyev kadr islahatı aparır
Abel Məhərrəmovun Nabrandakı beş ulduzlu obyekti - FOTO
Abşeronda şəhid anasının evini başına uçurdular – VİDEO
Vilayət Eyvazovdan ilk TƏYİNAT
Dördqat Avropa çempionumuz intihar etdi
“Gedin, Etibar Məmmədovun fəaliyyətini təftiş edin”
Bakı-Ağstafa sürət qatarı ləğv edilir
Deputatdan Xəzəri hasarlayanlara sərt İTTİHAMLAR
Dövlət qulluğuna növbəti qəbul imtahanı keçiriləcək
Gürcüstan prezidenti Rusiya rəhbərliyinə müraciət edib
Cahangir Hacıyevin siyasi məhbus elan olunmasına SƏRT TƏPKİ

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    İyul 2019    »
BeÇaÇCaCŞB
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.13480] initstartout [0.00015] initstartin [0.00089] calstart [0.00907] calend [0.00039] topnewsend [0.00283] rsssend [0.00000] ehgend [0.00533] tagsstart [0.00045] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.11565]