Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

23:23 - 16.07.2019  
İSTANBUL YENƏ “İMAMOĞLU” DEYİR!
Tarix: 29-05-2019, 07:53 | Bölmə: Xəbərlər » Dünyada

İSTANBUL YENƏ “İMAMOĞLU” DEYİR!Təəssüf ki, Türkiyənin siyasi gündəmində çox böyük gərginliyə səbəb olan təkrar seçki mövzusu ölkənin maliyyə və iqtisadi problemlərinin həlli kimi çox əhəmiyyətli məsələləri kölgədə qoymaqdadır. Bu səbəbdən əksər tanınmış siyasətçilər və siyasi müşahidəçilər öz çıxışlarında bu məsələnin bir an öncə bitməsini və Türkiyə hakimiyyətinin, nəhayət, normal həyata qayıdaraq, ölkənin sosial-iqtisadi problemlərinin həllilə məşğul olmasını istədiklərini bildirirlər.

Məsələ o yerə çatıb ki, bəzi müxalif siyasətçilər hakim partiyanı İstanbulda yaşayan kürdlərin səsini qazanmaq üçün hətta Abdulla Öcalana və Səlahəddin Dəmirtaşa yönəlik siyasi jestlərə əl atmaqda ittiham edirlər. Eyni ittihamlar qarşı tərəfdən də səsləndirilir. Belə ki, 31 martda keçirilən seçkidə kürd əsilli seçicilərin böyük əksəriyyəti məhz Əkrəm İmamoğluna səs vermişdilər. İndi isə görünən odur ki, AKP vəziyyəti dəyişməyə çalışır, partiyanın bu istiqamətdə atdığı addımlar isə heç də birmənalı qarşılanmır. Ancaq hər iki tərəf etiraf edir ki, kürd əsilli seçicilərin səsləri qalibin müəyyən edilməsində olduqca əhəmiyyətli rol oynayacaq.

AKP-yə yaxın sorğu mərkəzi də "İmamoğlu” deyir

Bununla yanaşı, nəticəyə təsir edən digər əhəmiyyətli məsələlər də var. Sosioloqlar bildirirlər ki, namizədlərin şəxsi keyfiyyətləri, kütləyə müraciəti, insanlarla ünsiyyət formaları və digər məqamlar həlledici olacaq. Çünki İstanbulda AKP və müxalifət partiyalarının elektoratının sayı demək olar ki, bəllidir. Lakin namizədlərin şəxsi keyfiyyətləri seçicilərin öz partiyalarının deyil, rəqib partiyanın namizədinə səs verəcək qədər təsirli ola bilər. Elə 31 martda keçirilən və sonradan qalmaqallı şəkildə nəticələri ləğv olunan seçki də bunu isbat etdi.

İstanbulun bələdiyyə başçısının müəyyən edilməsinə bir aydan da az vaxt qaldığı indiki dönəmdə Türkiyənin ən məşhur sosial sorğu mərkəzləri öz araşdırmalarının və keçirdikləri sorğuların nəticələrini açıqlayıbar. "AzPolitika.info”nun Türkiyə KİV-lərinə istinadla verdiyi məlumata görə, nəticələrdə şəxsi keyfiyyətləri və seçici simpatiyası məsələsində CHP-nin namizədi Əkrəm İmamoğlunun AKP-nin "ağır topu” olan Binəli Yıldırımı qabaqladığı müşahidə olunur. Hətta AKP-yə yaxınlığı ilə tanınan bəzi məşhur reytinq şirkətləri belə, İmamoğlunun Yıldırımı üstələdiyini bildirirlər. Doğrudur, müstəqil sorğu şirkətləri İmamoğlunun sabiq baş naziri 4-5 faizlik səs fərqi ilə qabaqladığını bildirirlərsə, məsələn, hakim partiyaya yaxın olduğu deyilən "MAK Danışmanlık Araştırma”-ya görə, CHP-nin namizədi cəmi 2 faizlik üstünlüklə öndədir.

"MAK”-ın açıqladığı sorğu nəticələrinə görə, seçicilərin 50.3 faizi İmamoğluna, 48.2 faizi isə Binəli Yıldırıma səs verməyə hazırlaşır. Ancaq məsələn, digər nüfuzlu sorğu şirkəti olan "Optimar” İmamoğluna 52, Yıldırıma isə 48 faiz səs veriləcəyini proqnozlaşdırır. Onu da qeyd edək ki, həmin bu şirkətlər birinci turdan, yəni 31 mart seçkisindən əvvəl Yıldırımın qalib gələcəyini proqnozlaşdırırdılar.

"MAK”-ın sorğusu təkcə seçicilərin birbaşa olaraq İstanbulda hansı namizədə səs verəcəklərilə bağlı olmayıb. Məsələn, partiyalarla əlaqədar sorğunun nəticələrinə görə, İstanbulda seçicilərin 40 faizi AKP-yə, 28 faizi isə CHP-yə səs verməyə hazır olduqlarını bildiriblər. MHP və İYİ Partiyalarının hərəsinə 8, HDP-yə isə 11 faiz seçici səs verməyə hazırdır. Göründüyü kimi, partiya olaraq AKP CHP-ni üstələsə də, bələdiyyə başçısına namizəd sarıdan ortaya fərqli nəticə çıxır. Bu o deməkdir ki, İmamoğluna səs verənlər arasında AKP elektoratı da var. Hətta MHP-lilərin də bir qisminin İmamoğlunu dəstəklədiyi bildirilir.

Seçicilərin 13 faizi fikrini dəyişib

istanbul-secim

Sorğu digər bir maraqlı məqamı da ortaya çıxarıb. Nəticələr göstərir ki, birinci turda səs verənlərin 13 faizi ikinci turda artıq digər namizədə səs verməyə hazırlaşır. Bu, vəziyyəti bir qədər də qarışdırır və müşahidəçilər fikrini dəyişən seçicilərin məhz Yıldırıma səs vermiş AKP-lilər olduğu qənaətindədirlər. Belə ki, paralel olaraq, Türkiyə MSK-sının 31 mart seçkisinin nəticələrinin ləğvinə dair qərarına münasibət bildirən seçicilərin böyük əksəriyyəti bu qərarı ədalətsiz hesab ediblər. Rəyi soruşulanların yalnız 43 faizi qərara haqq qazandırıblar.

Bir daha xatırladaq ki, barəsində söz açdığımız sorğunu aparan şirkət AKP-yə yaxın biri kimi tanınır. Həmin mərkəzin namizədlərin imicilə bağlı sorğusuna cavab olaraq isə seçicilərin 45 faizi İmamoğlunu, yalnız 38 faizi Yıldırımı bəyəndiklərini bildiriblər.

Müstəqil müşahidəçilər isə qeyd edirlər ki, iyunun 23-də keçiriləcək seçkidə birinci turda seçki məntəqələrinə getməyən vətəndaşların verəcəyi səslər böyük önəm daşıyacaq.Hansı namizəd həmin seçiciləri "sandıq başına” gətirə bilsə, seçkini də o qazanacaq. Qeyd olunur ki, birinci turda iştirak etməyən seçicinin təxminən yarısı AKP yönlü olsa da, bu adamlar əsasən hakimiyyətin sosial-iqtisadi siyasətindən incik düşənlərdir. Bu səbəbdən onların seçkiyə qatılacağı təqdirdə belə, Yıldırıma səs verəcəyi inandırıcı görünmür.

Digər əhəmiyyətli məqam isə kütlə psixologiyasının oynayacağı rolla bağlıdır. Belə ki, sosioloqlar xüsusilə Türkiyə kimi cəmiyyətlərdə insanların hər zaman haqqı tapdananın yanında olmağa çalışdığını bildirirlər. Bu məsələdə isə 31 martda faktiki olaraq, bütün yenidən hesablamalara və müdaxilələrə rəğmən 13 min səslik üstünlüklə qalib gələn İmamoğlu haqqı tapdanmış sayılır. Ona görə də, hətta birinci turda Yıldırıma səs verənlərin belə bir qisminin İmamoğlunu seçəcəyi gözlənilir. Bütün bunları nəzərə alan müşahidəçilər ikinci turda İmamoğlunun öz rəqibini artıq 13 min deyil, bundan 10 dəfələrlə artıq fərqlə üstələyəcəyini düşünürlər.

Anadolu türkcəsində vəzifə sözü "məqam” olaraq da işlədilir. Görünən odur ki, İmamoğlunun şəxsi keyfiyyətləri və imici təmsil olunduğu CHP-nin xeyli üzərindədir və özünə məxsus olan "Hər şey gözəl olacaq” şüarı doğrudan da onu İstanbulun bələdiyyə başçısı "məqamına” və hətta daha irəlilərə apara biləcək…

Xəbər 685 dəfə oxunub






Oxşar xəbərlər

Əli Həsənov “Keşikçi qala” olayına münasibət bildirib
Dilqəm Əsgərov sağdırmı? – Oğlundan həyəcanlı MƏKTUB
“Sərhəddi keçən güllələnməlidir” - ÇAĞIRIŞ
Dolların sabaha MƏZƏNNƏSİ
Metroda siqaret çəkən tapıldı və cərimələndi - FOTO
ƏSABƏLİ MUSTAFAYEV: “Avropa Məhkəməsinə göndərdiyim sənədlər “Azərpoçt”da oğurlanır”
Keşikçidağa giriş qadağan edildi - Gürcüstandan mühüm və zəruri addım
Mübariz Məsimov – Azərbaycanı evi sayan adam
Xalq Cəbhəsini kimlər və necə yaradıb?
Qüdrət Həsənquliyevlə şahmat arxasında MÜSAHİBƏ
AVRO-2020: Bilet sifarişində rekord qeydə alındı - 19,3 milyon
Saakaşvili gürcü və Azərbaycan xalqlarına müraciət etdi
Fazil Məmmədovun qohumu rəis təyin edildi
Gürcüstanla sərhəddə nə baş verir? - PROVAKASİYA
Almaniyanın müdafiə naziri istefa verəcəyini açıqlayıb
Polis Akademiyasının builki məzunlarıyla görüş keçirilib
"Huawei" ABŞ-da yüzlərlə işçisini ixtisar etmək niyyətindədir
Putinin müəllimi vertolyot qəzasında öldü
Şəki Xan Sarayında xəsarət alanların vəziyyəti açıqlanıb
İsrail Türkiyəyə gələn S-400-ləri izləyir - Foto
Yalçın Rzazadə Türkiyəyə aparıldı
MN: Cəbhə xəttində nisbi sakitlik müşahidə olunub
Göygöldə ANARXİYA - Arif Seyidov bələdiyyələrin əli ilə torpaqları talayıb
Şəki sakini sosial yardım ala bilmir - şikayət
ATV prezidentinin bank hesabından külli məbləğdə pul yoxa çıxıb
Göygöldə kasıbları aldadan "TORPAQ BARONLARI" bələdiyyədə torpaq qoymadı - VİDEOŞİKAYƏT + FOTOLAR
Mətbuat Şurasının sədri Baş Prokurora müraciət etdi
Baş Prokurorluq deputata CAVAB verdi
Nəriman Nərimanovun qardaşı oğlu gömrükçülər tərəfindən aldadıldı ?
Qubada qəbiristanlıqda top mərmiləri tapılıb
Eldar Əzizov keçmiş müavininə vəzifə verdi
Zahid Oruc "Gəncə hadisələri"ndən danışdı, spiker isə...VİDEO
Ekspertdən dollarla bağlı vacib açıqlama
Xüsusi notariuslar bu hallarda 500 manat cərimələnəck
“Bandotdel”ə yeni rəis təyin edildi
Məhkəmə-Hüquq Şurasının iclası keçirilib
Rəsulzadənin nəvəsi də "Cümhuriyyət 100" medalını aldı
8 nəfəri öldürən sürücü: “Az qalıb, 240-la gedəcəm"
Azərbaycanlı oliqarx 14.6 milyard pulu yola yox, depozitə yatırıb?
Qarabağ qazisinin oğlu Qarabağ qazilərini təhqir etdi (FOTO)
Vilayət Eyvazov rəisləri topladı
Lotu Quli gözlənilmədən Azərbaycana gəldi
GMO məhsullar süfrələrimizdə: yeyək, yeməyək?
Paşinyanın “Qarabağ klanı” ilə mübarizəsi həlledici mərhələdə
Azərbaycana nə qədər tursit səyahət edib?
Prezidentdən sərəncam: Yeni mərkəz yaradıldı
Bakıda "BMW X5" markalı avtomobil qəza törədib
Zahid Oruc yoxlamalara başladı
Bakıda polis rəisinin oğlu intihar etdi
Rusiyada azərbaycanlı vitse-admiralın büstü qoyulacaq
Fətullah Gülənin “Azərsu“ ASC-dəki “imamı” kimdir? – FOTO
Mehriban Əliyevadan Yalçın Rzazadə ilə bağlı TAPŞIRIQ
Kılıcdaroğluna Elçibəyin kitabı hədiyyə edildi (FOTOLAR)
Ermənilər Kəlbəcərdə partizan mərkəzi yaradıb
İrəvan metrosunun fəaliyyəti dayandırılıb
Azərbaycanın iqtisadi inkişafı sürətlə gedir
Nazir danışdı, müsahibəsi tərs yozuldu - Açıqlama
Sürət Hüseynov: "Mənə niyə demirdiniz, gədələr!" - VİDEO
Gəncədə 3 saylı Peşə Liseyi necə KORRUPSİYALAŞIB ?
Cinsi zəifliyin əlacı -ağ turp yeyin!
ŞİKAYƏT - Mirdamət Sadıqovun müavininin təhlükəli "qaz zapravka"sı
Şəhid xanımının bölməyə hücumunun görüntüsü yayıldı – VİDEO
Mədət Quliyev kadr islahatı aparır
Abel Məhərrəmovun Nabrandakı beş ulduzlu obyekti - FOTO
Abşeronda şəhid anasının evini başına uçurdular – VİDEO
Vilayət Eyvazovdan ilk TƏYİNAT
Dördqat Avropa çempionumuz intihar etdi
“Gedin, Etibar Məmmədovun fəaliyyətini təftiş edin”
Bakı-Ağstafa sürət qatarı ləğv edilir
Deputatdan Xəzəri hasarlayanlara sərt İTTİHAMLAR

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    İyul 2019    »
BeÇaÇCaCŞB
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.12669] initstartout [0.00012] initstartin [0.00055] calstart [0.00755] calend [0.00041] topnewsend [0.00259] rsssend [0.00000] ehgend [0.00565] tagsstart [0.00046] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.10933]