Rusiya ukraynalı dənizçiləri azad etmək istəmir

  • 27 may 2019, 22:17
"Kremlin Ukrayna dənizçilərinin azad edilməsinə dair mövqeyi dəyişilməz olaraq qalır”.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Birləşmiş Millətlər Təşkilatının (BMT) dəniz hüququ üzrə Beynəlxalq Məhkəməsinin ukraynalı dənizçilərin azad edilməsi ilə bağlı qərarına münasibət bildirərkən deyib.

D.Peskovun sözlərinə görə, sərhəd pozuntusu ilə əlaqədar istintaq tamamlanmalı, məhkəmə həyata keçirilməlidir.

Qeyd edəki, BMT-nin Beynəlxalq Məhkəməsi Ukrayna dənizçilərinin və üç hərbi gəminin qaytarılması ilə bağlı qərar verib. Rəsmi Moskva isə öz növbəsində ötən ilin noyabrında Rusiyanın ərazi sularında baş vermiş hadisənin beynəlxalq arbitrajın səlahiyyətinə daxil olmadığını bəyan edib.

Oxşar xəbərlər