Suriyada iki raket mərmisi partlayıb

  • 22 may 2019, 07:05

Ölkənin şimalında yerləşən Hələb şəhərində iki raket mərmisi partlayıb.

Trend-in məlumatına görə, bunu öz "Tvitter" səhifəsində "Al Ekhbariya" telekanalı bildirib.

Məlumata əsasən, hər iki mərmi bu şəhərin istiqamətində atılıb.

Hadisə yeri təhlükəsizlik qüvvələri tərəfindən mühasirəyə alınıb. Buraya bir neçə təcili tibbi avtomobilləri də gəlib.

Hələbdəki hücum haqqında daha ətraflı məlumat verilməyib.

Oxşar xəbərlər