«İranla nüvə sazişlərinə əməl edilməlidir» – Çin çağırış edib

  • 09 may 2019, 09:06

Çin Xalq Rspublikası (ÇXR) Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Gen Şuan bəyan edib ki, bütün tərəflər İranla nüvə sazişinin öhdəliklərini yerinə yetirmə yetirməyə borcludur.

O, Tehranın Birgə hərtərəfli fəaliyyət planı (BHFP) ilə nəzərdə tutulmuş iki bəndin fəaliyyətini dayandırmaq barədə qərarını şərh edərkən bildirib. Məlum olduğu kimi sazişin iştirakçıları aşağıdakı dövlətlərdir: Çin, Rusiya, Britaniya, Fransa və Almaniya. Amerika Birləşmiş Ştatları (ABŞ) tam bir il əvvəl sözügedən sazişdən birtərəfli qaydada çıxıb.

Şuan bütün tərəflərlə təmasları dəstəkləyəcəklərini və sazişə əməl olunması üçün bütün səyləri göstərəcəklərini vəd edib.

«BHFP-nın müdafiəsi və yerinə yetirilməsi bütün tərəflərin məsuliyyətidir. Biz, hamını buna çağırırıq. Biz, həm də bütün tərəfləri təmkini saxlamağa, dialoqu möhkəmlətməyə çağırırıq ki, vəziyyətin gərginləşməsindən qaça bilək» – deyə, çinli diplomat bəyan edib.

Bundan başqa, Çin ABŞ-ın İrana qarşı birtərəfli sanksiyalarına qarşı çıxıb və onun fəaliyyətindən təəssüfləndiyini bildirib. Xüsusilə vurğulanıb ki, ABŞ-ın bu istiqamətdəki fəaliyyəti İranın nüvə proqramı ətrafında vəziyyəti gərginləşdirməyə aparır.

AzPolitika.info

Oxşar xəbərlər