Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

12:59 - 19.05.2019  
İstanbulda yeni seçki ölkə iqtisadiyyatını silkələyir
Tarix: 9-05-2019, 08:58 | Bölmə: Xəbərlər » Dünyada

İstanbulda ali seçki qurumu YSK-nın bələdiyyə sədri seçkilərinin təkrar keçirilməsi barədə qərarından dərhal sonra Türkiyə milli valyutası olan lirə sürətlə dəyərsizləşməyə başlayıb. Bir ABŞ dolları 6 lirədən baha satılmağa başlayıb.

İstanbulda yeni seçki ölkə iqtisadiyyatını silkələyirYSK-nın qərarı iqtisadi və siyasi baxımdan Türkiyə üçün nə deməkdir?

İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramovun "Yeni Müsavat”a dediyinə görə, qərar Türkiyə iqtisadiyyatına təsirsiz ötüşməyəcək: "Bu qərar Türkiyə iqtisadiyyatı üçün yaxşı heç nə vəd etmir. Türkiyə lirəsinin dollara nisbətən məzənnəsində azalmaların davam edəcəyi proqnozlaşdırılır. Qərardan əvvəl dolların qiyməti 6 lirənin altındaydı, indi 6,2 lirəyə çatıb. Seçki tərəfləri arasındakı münasibətlər gərginləşərsə, bu halda yaxın zamanlarda Türkiyə pulu ”1 dollar 7 lirə" məzənnəsinədək ucuzlaşa bilər".

Ekspert bildirir ki, qərarın valyuta bazarına ciddi psixoloji təsirləri də var: "Psixoloji olaraq dollara tələbatın artması müşahidə olunur. Yalnız investirlar deyil, əhalidə də psixoloji qorxu yaranıb. Gözlənilir ki, qardaş ölkədə dollara tələb kəskin artacaq. Həm investorlar, həm də əhali tərəfindən xarici valyuta alışının çoxalacağı gözlənilir. Qərar Türkiyə iqtisadiyyatı, eləcə də İstanbula sərmayə qoyuluşu baxımından da arzuolunan deyil. Təxminən beş ilə yaxındır ki, Türkiyə iqtisadiyyatına investisiyaların axını kəskin şəkildə azalır. Əvvəl Avropa ölkələri ilə siyasi gərginlik, daha sonra ABŞ-la münasibətlərin soyuqlaşması ölkədən investisiya axınını gücləndirib. Bu baxımdan, seçkinin nəticələrinin ləğvi bu axını daha da gücləndirəcək”.

V.Bayramov hesab edir ki, Türkiyə iqtisadiyyatındakı proseslər seçki tərəfləri arasındakı münasibətlərdən çox asılı olacaq: "Tərəflər gərginliyə gedəcəksə, bu, iqtisadiyyatdakı neqativ prosesləri daha da gücləndirəcək. Yox, seçkinin nəticələri hamı tərəfindən qəbul edilib, gərginlik yaranmayacaqsa, iqtisadiyyatda müəyyən stabilləşmə müşahidə oluna bilər”.

Politoloq Şahin Cəfərlinin fikrincə, İstanbulda seçkilərin təkrarlanmasının ölkədəki siyasi və iqtisadi duruma müsbət təsir etmədiyi ortadadır: "Ali seçki qurumu - YSK-nın bu qərarının tamamilə qanunsuz, məntiqsiz, hətta gülünc olduğu və siyasi tapşırıqla verildiyi şübhə doğurmur. Bunu YSK-nın qərarının mətnindən də görmək mümkündür. Qərar səsvermənin nəticələrinin saxtalaşdırılması, namizədlərdən birinin səslərinin oğurlanması, yaxud səsvermənin gedişində yol verilən və Azərbaycan vətəndaşları olaraq, bizim çox yaxşı bildiyimiz digər tipik seçki pozuntuları ilə əlaqəli deyil. Qərar bəzi məntəqə seçki komissiyaları sədrlərinin dövlət məmuru olmaması ilə əsaslandırılıb. Qanuna görə, bütün komissiya sədrləri məmur olmalıdır. Lakin komissiya sədrlərinin təyinatını müxalifət və ya başqa qeyri-rəsmi çevrələr deyil, dövlət orqanları həyata keçirir. Bu prosesdə vilayət seçki komissiyaları və onların tabe olduqları YSK-nın, valilik və onların tabe olduqları Daxili İşlər Nazirliyinin iştirakı var. Əgər səhv olubsa, burada müxalifətin və seçkiyə qatılıb səsini verən vətəndaşların günahı nədir? Digər tərəfdən, seçki komissiyaları təşkil olunduqdan sonra siyasi partiyalara 1 həftə vaxt verilir ki, komissiyaların tərkibini araşdırıb, qeyri-qanuni saydıqları məsələlərlə bağlı şikayət etsinlər. Əgər qanunsuzluq var idisə, iqtidar partiyası AKP və onun müttəfiqi MHP seçkidən əvvəl niyə etiraz etməmişdi”?

Ş.Cəfərli bildirir ki, seçicilər 31 martda 4 seçkili orqan (böyükşəhər bələdiyyə başqanlığı, şəhərin rayonları üzrə bələdiyyə başqanlığı, bələdiyyə məclisləri və muxtarlıqlar) üzrə səs veriblər və 4 bülleten eyni zərfin içinə qoyularaq qutulara atılıb: "YSK-nın qərarına görə rayon (ilçə) bələdiyyə başqanlığı, bələdiyyə məclisləri və muxtarlıqlar üzrə seçkilərdə problem olmayıb, təkcə böyükşəhər bələdiyyə başqanlığı seçkisində problem var. Bu, necə ola bilər? Axı bütün seçkiləri eyni komissiyalar təşkil edib? Qanunsuzluq varsa, hamısına aiddir, yoxdursa yenə hamısına aid olmalıdır”.

Politoloqun sözlərinə görə, qərar iqtisadi böhrana paralel olaraq siyasi böhranın da başladığını göstərir: "Belə çıxır ki, seçki yolu ilə iqtidara gəlmiş qüvvə 1950-ci ildə ölkə demokratik sistemə keçdikdən bəri ilk dəfə olaraq seçki yolu ilə iqtidarı təhvil verməyəcək və hakimiyyəti uzurpasiya edəcək. Çünki bələdiyyə seçkisindəki məğlubiyyəti ilə barışmayan iqtidar prezident seçkilərini uduzduqdan sonra hakimiyyəti təhvil verməyi heç istəməz. YSK qərarı Türkiyədə məhkəmə hakimiyyətinin də tamamilə siyasi iqtidardan asılı olduğunu sübut etdi”.

YSK qərarından sonra lirənin ucuzlaşmağa davam etməsinə gəldikdə isə, Ş.Cəfərlinin sözlərinə görə, bu tendensiyanın seçkilərlə birbaşa bağlılığı yoxdur: "Lirənin vəziyyəti ölkədəki iqtisadi böhrandan, hökumətin böhrandan çıxış üçün ciddi proqram ortaya qoymamasından, Mərkəzi Bankın valyuta ehtiyatının ciddi şəkildə azalmasından qaynaqlanır. Amma şübhəsiz ki, iqtisadi böhran ölkədəki siyasi proseslərlə də əlaqəlidir. Yəni siyasətin iqtisadiyyata, iqtisadiyyatın isə siyasətə təsirləri var. İqtisadi böhranın səbəblərindən biri Türkiyənin demokratiyadan, hüquq dövləti prinsiplərindən uzaqlaşması ilə bağlıdır. YSK-nın son qərarı ölkədə məhkəmə müstəqilliyinin olmadığını bir daha göstərdi. Ənənəvi media iqtidarın nəzarəti altındadır və müxalifətə qarşı müntəzəm olaraq qarayaxma kampaniyası aparır. Belə bir ölkəyə kənardan investisiya gəlməz, daxildəki kapital isə qaçar. Necə ki, qaçır. Əcnəbilər bir yana, türk milli burjuaziyası da son illər öz kapitalını ölkədən çıxarmağa başlayıb. Təkcə ötən il Türkiyə vətəndaşı olan 4 min nəfər dollar milyoneri ölkəni tərk edərək ABŞ və Avropaya gedib. Ölkədən beyin köçü də var. Bu neqativ tendensiyanı dayandırmağın yeganə çıxış yolu ölkənin yenidən normallaşması, hüquq və azadlıqların, məhkəmə müstəqilliyinin, söz azadlığının bərqərar olmasıdır”.

Xəbər 156 dəfə oxunub






Oxşar xəbərlər

İranda qum fırtınası başlayıb
Oqtay Əsədov Zelenskinin andiçmə mərasimində iştirak edəcək
Şəmkirin icra başçısı Dilqəm Əsgərovun oğlunun torpağını əlindən alır ?
Trampın gəlirləri və borcları açıqlandı
Ərdoğanın yaşlı qadınla söhbəti rekord qırdı - VİDEO
Gürcüstanın sabiq prezidenti qaynaqçılıq edir
ADAU-da Gəncə-Startap günləri başldı
Gədəbəydə aptek talayanlar Gəncədə tutuldu
İran raketləri Fars körfəzindəki Amerika gəmilərini hədəfə alıb
"Azərbaycan ABŞ-a 8,2 mlrd dollar investisiya qoyub"
Ceyhun Osmanlıya Avropada vəzifə verildi
Afaq Bəşirqızı məmurlara çağırış etdi: “Siz də ayılın...”
AVF-nin baş katibi dəyişib
Çin TV Azərbaycan haqqında 8 seriyalı film çəkib
Cavid Qurbanovun "İSPAN TAPMACASI" - 22 işçisi olan şirkət tenderin qalibinə necə çevrildi?
Abşeron İHB daha bir jurnalistə qarşı - Məhkəmə İŞİ
Gəncədə körpülər əsaslı təmir olunacaq
Adnan Oktarın həbsxanadan - FOTOLARI
"Emin 444"ün "morqda" çəkilən görüntüləri yayıldı
Atəşkəs rejimi 26 dəfə pozulub
Musabəyovun bağlatdığı popkorn satışı yenidən açıldı
ABŞ hərbi gəmiləri Fars körfəzinə daxil olub
ABŞ-ın İrəvana son ismarışı, köhnələn “Rusiya kartı”...
İquain "Yuventus"a qayıdır
Vidadi Rzayevdən ŞOK açıqlamalar: ..hamısı aftafalardı, yaltaq və sümsüklərdi"
İlan mələyən çöllərimizdəki “ilan zəhəri”adlı böyük xəzinə
"AĞ PARTİYA" başqanı "Yeni Müsavat"-a MÜSAHİBƏ verdi
AYB 8000 manat qarşılığında seks-striptizə göz yumur -VİDEO
Müxalifətdən Pənah Hüseynin seçki blokuna reaksiya
Brüssel zirvəsi başa çatdı – nəticələr...
ABŞ “Huawei” şirkətini qara siyahıya salıb
“Donald Tramp, hanı azadlıq?” – MADURO
“Bu fərman müstəsna rol oynayacaq…” – Ali Məhkəmənin sədri ilə MÜSAHİBƏ
Orta ixtisas təhsili müəssisələri publik hüquqi şəxslərə çevriləcək
“Zakir Fərəcov Sumqayıtda boş yer qoymadı…” – “Kristal Abşeron”la birlikdə…
Azərbaycan Avropanın sənədinə niyə imza atmadı?
Gəncə Avtomobil Zavodu ELEKTROBUS istehsal edir
“Avroviziya”da terror təhlükəsi var?..
Ermənilərin qənimi olan Bakı qoçuları…
“Elçibəyin ruhundan üzr istəyirəm” – Emin Milli
Ölümdə adı keçən həndbol hakimi həbsdən necə qurtuldu? - Nazirin yazdığı məktub üzə çıxdı
Tovuzda mağazadan oğurluq edən şəxs saxlanılıb
Bakının mərkəzində atışma - Generalın qohumu tutuldu -
Macarıstan Səfirliyinin diplomatı ADAU-da olub
Abşeron "kraliçası"nın "Demokratik.Az"-a qarşı şikayəti rədd edildi
Elmar Vəliyevin nömrəsini əlindən aldılar(?) — FOTO
"Sona qədər savaşarıq" - Çin ABŞ-ı hədələdi
“HƏDƏ və GƏDƏ qarşısındakı AZƏRBAYCAN!” – Deputat yazır...
Abşeron İHB niyə “Mediafobiya”ya tutulub? İradə Gülməmmədovanın tənqidə münasibəti xaotikdir
Mir Şahin "Brüssel olayı"ndan sərt danışdı - "Ağrınızı yenə vətən çəkir " / VİDEO
Emin Milli Prezident İlham Əliyevdən ÜZR istədi
Günəşdə güclü maqnit qasırğası olub
Bakıda “bomj”u öldürən şəxsə hökm oxunub
İlham Əliyev və Nikol Paşinyan görüşdü
Tramp Putinlə görüşəcək
Dişləri möhkəmləndirən qidalar – SİYAHI
“Bu fırıldaq sxemlə “OTKAT” alıblar…” – Sabiq nazir müavini həbs edilə bilər
Ramazanın 9-cu gününün duası – İmsak və iftar vaxtı
"Çinlə bağlı 325 milyardlıq qərarı verməmişəm"
Mənsimov Əli İnsanovla əməkdaşlığa MÜMKÜNSÜZ dedi
Bu gündən 72-ci Kann Festivalına start verilir
Paşinyan: “İlham Əliyevlə qısa danışığımız oldu”
Aygünün qızı tanınmaz halda - FOTO
Sumqayıtda FHN əməkdaşını qətlə yetirən şəxs KİM imiş?
Putin: “Bu silah birinci bizdə olmalıdır”
Rusiya təyyarələri İbliddə sivilləri yaraladı - İddia
“İki ildir hər yerdə sənə “zibil” deyir, susursan…” – “Lotu Quli”
Bitkoinin qiyməti 7 min dolları keçib
Xalidə Bayramova cinayət məsuliyyətinə cəlb edilir?
Vüsal Rzazadə ilə bağlı vitse prezidentə MÜRACİƏT olundu

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    May 2019    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.21854] initstartout [0.00015] initstartin [0.00089] calstart [0.01173] calend [0.00067] topnewsend [0.00423] rsssend [0.00000] ehgend [0.03260] tagsstart [0.00083] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.16740]