Dünya mətbuatı İmamoğlunun MANDATININ ALINMASINDAN yazdı

  • 07 may 2019, 23:31

ABŞ-da dərc edilən "Nyu York Tayms” (New York Times) qəzeti Türkiyənin Ali Seçki Şurasının İstanbulda seçkilərin nəticəsini ləğv eləmək qərarının "Prezident Rəcəb Tayyib Ərdoğan üçün əzici bir məğlubiyyəti ləğv elədiyini, lakin, sosial qarışıqlıq və yeni bir iqtisadi böhran ehtimalını artırdığı” olduğu fikrini irəli sürüb. Karlotta Qallın müəllifi olduğu yazıda deyilir: "Ölkənin ən böyük şəhəri və ticarət mərkəzi üçün misli görünməmiş mübarizə, Ərdoğan və partiyası üçün itkinin nə qədər dərin bir yara açdığını vurğulayır”.

AKP-nin paytaxt Ankara ilə yanaşı, Türkiyənin cənubundakı bəzi sənaye şəhərlərini də itirdiyini xatırladan məqalədə bu ifadələr də var: "Lakin siyasi bazası və arxa bağçası olması ilə yanaşı, ailəsi və yaxın əhatəsi üçün zənginlik və nüfuz mənbəyi olan İstanbulun itkisi xüsusilə acı idi”. Müxalifətin Ali Seçki Şurasının Ərdoğanın seçkiləri yenidən keçirmək tələbini rədd eləyəcəyinə ümidvar olduğu bildirilən yazıda deyilir: "Ali Seçki Şurasının qərarı təşkilatın üzvlərinin vəzifələrini Ərdoğanın partiyasına borclu olduqları və təzyiqə qarşı müdafiəsiz qaldıqları şübhəsini möhkəmləndirdi”. Qəzetə müsahibə verən və adlarının açıqlanmasını istəməyən türk analitiklər Ərdoğanın İstanbuldakı seçkilərindəki məğlubiyyətə görə çox qəzəbləndiyini söyləyirlər. Xəbərdə bu mənbələrdən birinə istinadən Ərdoğanın seçki gecəsi hiddət içərisində olduğunu bildirirlər. Başqa bir mənbə isə AKP-nin namizədi Binəli Yıldırımın seçkilərdə məğlubiyyəti qəbul eləməyə hazır olduğunu, lakin "yəqin ki, Ərdoğan tərəfindən” son dəqiqədə seçkilərdə qalib olduğunu elan eləməsinin tələb olunduğunu yazıb.

"Vaşinqton post” qəzetində dərc edilən Kərim Fəhim imzalı yazıda bəzi analitiklərin mövqeləri işıqlandırılıb, Ərdoğanın yeni seçkini öz liderliyi naminə referenduma çevirdiyi bildirilib.

"Uoll Strit Cornal” (WSJ) nəşrində Ali Seçki Şurasının son qərarı ilə bağlı dərc edilən yazıda iqtisadi ekspertlərin fikirlərinə yer ayrılıb, seçkiləri təkrarlamaq cəhdinin hökumətin iqtisadiyyatı düzəltmək prosesinə mənfi təsir göstərəcəyi bildirilib.

Hurriyyet.org

Oxşar xəbərlər