ABŞ Rusiya ilə Çinə qarşı necə birləşir

  • 29 apr 2019, 09:55

ABŞ münasibətləri normallaşdırmaq üçün Rusiya ilə müvəqqəti müqavilə imzalaya bilər.

Axar.az xəbər verir ki, bu barədə "Nəşnl İnterest” nəşrində yayımlanan məqalədə deyilib.

Bildirilib ki, "Modus Vivendi” adlandırılacaq müqavilədə Pekinə qarşı koalisiya yaradılması nəzərdə tutulub:

"Moskva Avropa, yaxud ABŞ-la münaqişə aparmaqda maraqlı deyil. Rusiya tarixi baxımdan Çinlə müqayisədə Qərblə yaxınlaşmağa daha meyillidir”.

Məqalədə o da qeyd edilir ki, Krımın statusunun tanınması və NATO-nun regionda təsir dairəsinin məhdudlaşdırılması nəticəsində Rusiya Donbasa dəstəyini dayandıra bilər.

Oxşar xəbərlər