Kraliça II Elizabet Trampı Britaniyaya dəvət edib

  • 23 apr 2019, 17:46

Böyük Britaniyanın kraliçası II Elizabet ABŞ Prezidenti Donald Trampın Krallığa dövlət səfəri etmək dəvətini qəbul etdiyini bildirib.

"Report" xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

Bukingem Sarayından verilən məlumata görə, kraliça prezident və həyat yoldaşını iyunun 3-dən 5-dək Böyük Britaniyaya dəvət edib və ABŞ lideri dəvəti qəbul edib.

Saray Trampın Britaniyaya üçgünlük səfər edəcəyini təsdiqləyib.

Səfərin detalları və onun proqramı barədə digər detallar barədə sonra məlumat veriləcək.

Oxşar xəbərlər