Suriyada PKK tərkibində yeni erməni terror qrupu yaradılır

  • 22 apr 2019, 20:30
Suriyada PKK terror təşkilatının tərkibində ermənilərdən ibarət yeni terror qrupu yaradılıb.
Bu haqda "Avropa.info”-ya Böyük Britaniyanın məşhur "İndependent” qəzetinin Türkyə bürosunun azərbaycanlı müxbiri Ceyhun Aşirov məlumat verib.
Məlumata görə, qrupun tərkibində Ermənistandan Suriyaya gedən daşnak-ermənilər və Suriya ərazisində yaşayan bəzi erməni qruplar qoşulub.
PKK-nın tərkibində qurulan bu erməni qruplaşma terror təşkilatının Suriya qolu olan YPG-yə tabe olacaq.
Qeyd edək ki, PKK-nın Suriya qolu olan YPG ABŞ tərəfindən Türkiyəyə qarşı qurulub. Suriya torpaqlarının 1/3-ni işğal edən PKK/YPG-yə qarşı ötən il Türkiyə Silahlı Qüvvələri tərəfindən "Zeytun budağı” adlı əməliyyat həyata keçirilib. Nəticədə Afrin bölgəsi terrorçulardan azad olunub.
Bundan başqa, Suriyadakı vətəndaş müharibəsi başlandığı andan etibarən 13 mindən artıq suriyalı erməninin Azərbaycanın işğal olunmuş Qarabağ ərazisinə gətirildiyi də məlumdur. Eyni zamanda, terror təşkilatı PKK-nın işğal olunmuş Qarabağ ərazisində təlim düşərgələrinin olduğu haqda məlumatlar da dünya mətbuatında yayılmaqdadır.
Ehtimal etmək olar ki, Suriya ərazisində qurulan PKK/YPG-nin nəzarətində olan erməni qruplaşması gələcəkdə qeyri-qanuni yollarla Qarabağa gətirilə bilər.
Oxşar xəbərlər