"Traktor" azarkeşi Azərbaycan bayrağına görə şallaqlandı - İranda

  • 15 apr 2019, 08:13

Güney Azərbaycanın "Traktor” futbol komandasının azarkeşi oyunu izləməyə gələrkən şiddətə məruz qalıb.

Axar.az xəbər verir ki, buna səbəb onun stadiona Azərbaycan Respublikasının üçrəngli bayrağı ilə girmək istəməsi olub.

 

 

O, stadiona bayraq gәtirdiyi üçün polislәr tәrәfindәn tutulub və şallaqlanıb.

Zərərçəkənin bu gün sosial şəbəkədə yayılan fotosunun "Səhənd” stadionunda baş tutan oyun zamanı çəkildiyi bildirilib.

Oxşar xəbərlər