Belçikada terror aktının qarşısı alınıb

  • 15 apr 2019, 07:38

Belçika polisi Brüsseldə terrorizmlə əlaqədar iş çərçivəsində 22 yaşlı şübhəli şəxsi saxlayıb.

Trend-in məlumatına görə, polis tərəfindən saxlanılan Vavr şəhərinin sakini şənbə və ya bazar günü terror aktının hazırlanmasında şübhəli bilinir.

Saxlanılan şəxs tezliklə cəzanı müəyyən edəcək məhkəmə müstəntiqi qarşısında duracaq

Keçirilən baxış zamanı şübhəli şəxsin telefonu və noutbuku götürülüb.

Qeyd edək ki, Vavr şəhərində böyük atraksionlar parkı yerləşib.

Oxşar xəbərlər