Kadırova “İslam qəhrəmanı” titulu verildi

  • 01 apr 2019, 19:35

Çeçenistan Respublikasının başçısı "İslam qəhrəmanı” adını qazanıb. O, "İslam sülh və mərhəmət carçısıdır” adlı beynəlxalq dini konfransın iştirakçıları üçün keçirilən qəbul zamanı "Qüds ulduzu” ordeni ilə təltif olunub.

Oxu.az xəbər verir ki, bu barədə TASS Çeçenistan Respublikası hökuməti və hökumət başçısının mətbuat xidmətinə istinadən məlumat yayıb.

Ümumdünya İslam Liqasının baş katibi Məhəmməd Əbdülkərim əl-İssanın sözlərinə görə, simpozium nümayəndə heyətlərinin qərarı əsasında Çeçenistan liderinə "İslam qəhrəmanı” titulu verilib.

Fələstin prezidenti Mahmud Abbas isə Kadırovu "Qüds ulduzu” ordeni ilə təltif edib. Mükafatı M.Abbasın müşaviri Mahmu Habbaş təqim edib.

Qeyd edək ki, "İslam sülh və mərhəmət carçısıdır” beynəlxalq dini konfransı Rusiya qəhrəmanı Əhməd Kadırovun adına Regional Beynəlxalq Fond və İslam mədəniyyəti, elmi və təhsilinə dəstək fondu tərəfindən təşkil olunub və 28-30 mart tarixlərində Moskva və Qroznıda keçirilib.

Forumda dünyanın 43 ölkəsindən nümayəndə heyətləri və qonaqlar iştirak edib.

Xatırladaq ki, Qroznıda keçirilən tədbirə Qafqaz müsəlmanları idarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə də qatılmışdı.

Oxşar xəbərlər