Makron Breksit məsələsində nöqtəni qoydu

  • 22 mart 2019, 11:17

İngiltərədəki səsvermə mənfi nəticələnərsə, razılaşma olmadan AB-dən ayrılığa doğru gediləcək.

Axar.az xəbər verir ki, bu sözləri Fransa Prezidenti Emmanuel Makron bugünkü Avropa Birliyinin zirvə toplantısından əvvəl jurnalistlərə açıqlamasında deyib. O, səsvermənin nəticəsinin əhəmiyyətindən danışıb:

"Hamımız bunu bilirik. Bu günlərdə və bu anlarda konkret olmaq çox vacibdir. Əgər Breksit təxirə salınacaqsa, bu, sadəcə texniki bir məsələ ola bilər. Texniki təxirə salınmadan əlavə bir şey olması üçün ciddi siyasi dəyişiklik lazımdır”.

Qeyd edək ki, AB liderləri Breksitin 30 iyuna qədər təxirə salınmasını müzakirə edir.

Breksitin təxirə salınması ilə bağlı İngiltərə hökuməti petisiya başladıb.

Oxşar xəbərlər