İsraildə fahişəlik sürətlə artır – Hesabat

  • 19 mart 2019, 00:33

Ötən həftə Yerusəlimdəki Şexter adına Yəhudi Araşdırma İnstitutunda qadınların vəziyyətinə dair illik konfrans zamanı İsraildə qadınların cinsi istismarı ilə bağlı hesabat təqdim edilib.

Teleqraf.com xəbər verir ki, bu barədə "The Jerusalem Post” qəzeti məlumat yayıb.

 

 

Hesabata görə, hazırda İsraildə fahişəliyə 14 min nəfər cəlb olunub ki, bunlardan 95 faizi qadındır. Onların arasında təxminən 3000 nəfəri yetkinlik yaşına çatmamış şəxs var.

Tədqiqatçılar bu qənaətə gəliblər ki, bir çox fahişələr ilk dəfə 13 yaşında bu işlə məşğul olmağa başlayıblar. Digər tədqiqatlarda olduğu kimi bu araşdırmada da bir çox fahişənin uşaqlıqda cinsi istismara məruz qaldığı qeyd olunur.

"Hesabatda əksini tapan məlumatlara inansaq, deməliyik ki, son iki-üç il ərzində İsraildə fahişəlik 14 faiz artıb”, – yazıda bildirilir.

Fahişələrin 43 faizi İsraildə doğulub, 52 faizi keçmiş SSRİ əsillidir.

Oxşar xəbərlər