Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

23:04 - 20.04.2019  
Qərb mediası 49 müsəlmanın öldüyü hadisəyə niyə “terror” demədi?
Tarix: 18-03-2019, 09:48 | Bölmə: Xəbərlər » Dünyada

Arzu Nağıyev: "Türkiyədə terror aktlarının yenidən  baş verməsi gözlənilmir”

Yeni Zelandiyanın Kraystçerç şəhərində müsəlmanların ibadət etdiyi məsciddə törədilən  terror hazırda dünya gündəminin ən çox müzakirə edilən məsələsidir. Belə ki, törədilən terror aktı 49 nəfərin ölümü, 40-a yaxın insanın yaralanması ilə nəticələnib. Hadisə zamanı məsciddə təxminən 300 nəfər ibadət edirmiş.

Qərb mediası 49 müsəlmanın öldüyü hadisəyə niyə “terror” demədi?Terrorçu 28 yaşlı Brenton Tarrant hadisəni sosial şəbəkədə canlı yayımlayıb, bu qan donduran görüntülər qısa zamanda dünya  mediasında yayılıb.  Həm Yeni Zelandiya hökuməti, həm də beynəlxalq təşkilatlar, lider dövlətlər hələ ki, hadisəyə siyasi-hüquqi qiymət verməkdə çətinlik çəkir, bunun terror aktı deyil, silahlı hücum olduğunu sübut etməyə çalışırlar.

Hadisədən sonra Yeni Zelandiyanın baş naziri Jacinda Ardern qanlı hücumdan sonra ölkədəki silah əldəetmə qanunlarının dəyişəcəyini bildirib. Baş nazir Ardern qeyd edib ki, Kraystçerç şəhərində məscidə hücumu həyata keçirən terrorçu 2017-ci ilin dekabrında silah lisenziyası alıb  və qətliamda 2-si yarı avtomatik, 2-si ov tüfəng olmaqla, ümumilikdə 5 silahdan  istifadə edib: "Silah lisenziyalarının verilməsi və bu silahların saxlanılmasından dolayı baş verən hadisə üzərində iş aparılarkən hazırda silah qanunlarımızın dəyişəcəyini deyə bilərəm”.

Yeni Zelandiya qanunlarına görə, silah rüsxəti hər hansı bir cinayətkar keçmişi olmayan, 16 yaşından böyük və əsaslı səbəbi olanlara verilir. Terror hadisəsinin baş verdiyi şəhərə gedib, Al Nur və Linwood Məscidlərində və regionda araşdırmalar edəcəyini deyən baş nazir Ardern xəstəxanalarda 2-sinin vəziyyəti kritik, 40 yaralının olduğunu qeyd edib.

Ölkəsinin yasda olduğunu deyən baş nazir regiona kəşfiyyat əməkdaşlarının da yer aldığı, əlavə təhlükəsizlik qruplarının sövq edildiyini diqqətə çatdırıb. Lakin nə o, nə də digər bir siyasi lider hadisəni terror aktı adlandırmayıb. Bunun yalnız saxlanılan şəxslərin verdiyi ifadədən sonra açıqlanacağı vurğulanıb.

Bu hadisədən fərqli olaraq Qərb ölkələrində baş verən istənilən kiçik partlayışın, silahlı atışmanın terror olması ehtimalı dərhal önə çəkilir. Hətta buna görə, dünyanın ən böyük dövlətlərinin liderləri açıqlama verirlər. Sözügedən hadisəyə isə bu həssaslıq nəzərə çarpmır. Yalnız Türkiyə ilk addımı atıb. Türkiyə prezidentinin köməkçisi Fuad Oqtay və ölkənin xarici işlər naziri Mövlud Çavuşoğlu heyətlə birlikdə qorxunc terror hücumunun yaşandığı Yeni Zelandiyaya gedib. F.Oqtay yola düşməzdən öncə İstanbul Atatürk Hava Limanında açıqlama verərək bildirib ki, bu vəhşilik iki ildir planlaşdırılıbmış: "Terrorçular Rəcəb Tayyib Ərdoğanı, türk millətini, Türkiyəni və tariximizi də hədəf alıb. Uzun illər terrorla mübarizədə böyük itkilər vermiş və terrorun hər növünə qarşı çıxmış bir ölkə olaraq Türkiyə Yeni Zelandiyanın terrorla mübarizəsində və atacağı addımlarda yanında olacaq. Yaşanan bu terror aktı İslam düşmənliyinin həddi olmadığını yenə göstərdi. Buradan bütün dünyanı İslam düşmənliyinə, xarici basqılara, radikallığa və irqçiliyə qarşı ayağa qalxmağa çağırırıq.”

Onu da qeyd edək ki, Yeni Zelandiyada iki məsciddə dəhşətli qətliam törədən avstraliyalı terrorçu Brenton Tarrantın hücumdan öncə yayılan 37 səhifəlik manifesti ilə bağlı yeni detallar ortaya çıxıb. Orada əsas məqam onun tərəfdarlarına Almaniya kansleri Angela Merkel, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı və Londonun meri Sadiq Xanı öldürməyi əmr etməsidir.

Terrorçu yazısında Merkel qədər Avropaya zərər verən bir insanın olmadığını bəyan edir. Onu Avropa irqinin düşməni adlandırır. Daha sonra Tarrant Ərdoğanı xristianların ən qədim düşməni adlandırır. O bildirir ki, Avropa türklərin işğalı altındadır.

Bəs görəsən bütün bunlar Türkiyə üçün də bir terror təhdidi formalaşdıra bilərmi? Qeyd olunan hadisələrdən sonra Qərbin hələ də hadisəni terror adlandırmaması ikili  standartların göstəricisidirmi?

Mövzunu "Yeni Müsavat” üçün şərh edən politoloq Arzu Nağıyev də təsdiqlədi ki, burada ikili yanaşma var: "Yeni Zelandiya özünü ən demokratik dövlətlərdən biri hesab edir. Hadisə ilə bağlı aparılan istintaq işində iki nəfər həbs olunub. Onlar çalışırlar bu saxlanılan şəxslərin sorğusu bitdikdən sonra hadisəyə hüquqi qiymət versinlər. Təbii ki, burada ”ikili yanaşma" da var. Çünki bu müsəlman icmasına qarşı olan hadisədir. Əvvəllər onlar belə düşünürdülər ki, burada terror hadisələri yoxdur. Çünki özlərini multikultural dəyərlərə, tolerantlığa malik dövlət kimi nümayiş etdirirdilər. Lakin terroru törədən birinci şəxsin həbsi və onun Merkelə, Ərdoğana qarşı nifrəti ilə, onları məhv etməyə çalışması ilə bağlı verdiyi bəyanatlardan sonra artıq məsələyə diqqət artırıldı. Qərb təkcə bu hadisədə deyil, daha öncə də müsəlmanlara qarşı törədilən qırğınları terror aktı adlandırmadı. Lakin sonradan məcbur oldular ki, bunu terror hadisəsi kimi dəyərləndirsinlər. Əsas məsələ bundan ibarətdir. Yəqin ki, ilkin ifadələr alındıqdan sonra qərar veriləcək və bunun həqiqətən terror kimi təsbit olunması inkar olunmazdır. İkili standart ondan ibarətdir ki, Yeni Zelandiya dövləti belə bir hadisənin baş verməsini gözləmirdi. Bu, böyük Britaniyaya  bağlı dövlətdir. Və çalışırlar ki, bu hadisələri "demokratiyanın beşiyi”ndə baş verən hadisə kimi qiymətləndirsinlər. Lakin paralel olaraq dünən Böyük Britaniyada məscidə ibadət etməyə gələn şəxsin avtomobilinə hücum edilməsi bir daha göstərdi ki, bu iki hadisənin bir mərkəzdən idarə edilməsi ehtimalı var".

Politoloqun sözlərinə görə, Türkiyədə terror aktlarının yenidən  baş verməsi və bu qruplaşmanın qardaş ölkə üçün  təhdid doğurması gözlənilmir: "Bu inandırıcı görünmür. Bu gün Türkiyə ilə Qərb arasında elə böyük bir problem yoxdur. Türkiyə  elə bir dövlətdir ki, bir çox məsələlərdə mövqeyi Qərblə üst-üstə düşür. Son hadisələrdən sonra artıq həm terrora qarşı mübarizə  gücləndirilib, eyni zamanda əməliyyat şəraitinə nəzarət olunur. Türkiyədə belə  hadisələrin baş verməsi inandırıcı görünmür. Ancaq onu da qeyd etmək lazımdır ki, heç bir dövlət terrordan sığortalanmayıb. Bütün dövlətlər bu hadisədən nəticə çıxartmalıdır”.

Xəbər 537 dəfə oxunub






Oxşar xəbərlər

Əhmədzadələri və quda Rüstəmovu "erməni izi" də vurdu...
2-ci dünya savaşında jurnalist kimi çalışan agent qadın – Fotolar
Bakıda dəhşət – Dayı azyaşlı bacısı qızını zorladı
Nazir müavini Qubada vətəndaşları qəbul edib
Rusiyada işləyən vətəndaşlarımıza ŞAD XƏBƏR
AXH Qarabağ forumu keçirir
“Gənc qızları rayonlardan Bakıya gətirib fahişəliyə cəlb edirlər” - Deputat
Ucqar rayonlara sulu qar və qar yağıb
ADAU-da 4 xarici dildə konfrans keçirilib
İsmayıllıda narkotik satan şəxslər saxlanılıb
“Valideyn daim müəllim, sinif rəhbəri ilə ünsiyyətdə olmalıdır” – Nazir
Gürcüstan PA-nın rəhbəri istefa verib
Qadın sürücünü təhqir edən Zakir Fərəcovun əmisi oğludur (VİDEO)
Makron PKK/PYD terrorçularını Yelisey sarayında qəbul etdi
Vəhşi it körpəni beşikdən oğurladı - VİDEO
İmamoğlu Ərdoğanı hava limanında qarşıladı- VİDEO
Sənay Qəhrəmanlıya hücum edənə 15 sutka verildi
MKİ direktoru: “İran və Rusiyaya qarşı daha çox pul və vaxt ayırmışıq”
İcra başçısı prezidentə niyə yalan məlumat verdi? – “Su problemi yoxdur…”
Binəli Yıldırımdan İmamoğlunun qələbəsi ilə bağlı tvit
“O qız qardaşımın gənclik səhvidir” — Nazpəri
Fuad Abbasova ağır ittihamlar: "Sən Azərbaycan vətəndaşlığı olan erməni terrorçususan"
Fuad Qəhrəmanlının qızına hücum edən saxlanıldı
"Mən də bilirəm, Amerikanın paytaxtı Nyu-Yorkdur" — Şəbnəm yenə “gül vurdu”
“Demokratik.Az”-a qarşı sifarişli Qətnamə - “Ə + Ə = 2000” DÜSTURU
"İmişlidə Prezidentin layihəsinə ciddi təhlükə var"
Əli İnsanova... zəng çatmır; o müxalifətçiləri umsuq etdi
Sumqayıtda kürəkən qayınanasını döyüb
BMT TŞ Liviya üzrə növbədənkənar qapalı iclas keçirəcək
Alimlər ölmüş beyni diriltməyi bacardılar
Eynulla Fətullayevdən çağırış: "bu abidələri qoruyaq.."
Xaçmazda 14 yaşlı qızı tualetə salıb zorladılar, sonra da...
Dilqəmin oğlu Şuşaya getmək istəyir - atası ilə görüşə
DTX-ya yeni səlahiyyət verilib
Azərbaycanlı polkovnikə ABŞ-da yüksək vəzifə verildi
Prezident Qusarda yol tikintisinə pul ayırdı
Pənah Hüseyn DTX-ya çağrıldı
Nazirlər Kabinetinə yeni mətbuat katibi təyin edilib
Azər Həsrət rusdillilərdən üzr istədi
Xınalığa və Şahdağa qar yağır
Rövşən Rzayev BMT nümayəndəsi ilə görüşdü
“Jurnalistlərin fəaliyyətinə mane olmaq düzgün deyil”
"Azərsu"ya 4 milyon manat ayrıldı
AQTA adından rüşvət alanın görüntüləri yayıldı
“Fahişələrin 80 faizi siğə ilə ərə gedən qadınlardır” – Fikirlər haçalanır
Çingiz Qənizadəyə ŞOK İTTİHAM: - "Ayaqları olmayan əlilin obyektini əlindən alıb" ?
"ADY"-də ŞOK - Cavid Qurbanov 15 min işçini ixtisar edəcək
Telman İsmayılov barəsində cinayət işi başlayıb
Azər Həsrət "rusca" da düşünə bilmirmiş..
Sosial media Azər Həsrətdən üzr tələb edir
Ramiz Rzayev problemli kreditlərdən danışdı
Deputat "SOCAR"ı müdafiə etdi - Mənsimova cavab verdi
Prezidentin son fərmanları 600 min nəfəri sevindirdi
Moskva görüşünün pərdəarxası: indi də “Medvedyev planı”...
Mənsimovdan "SOCAR"-a ağır sözlər: -"nə zamana qədər..?
AXH-ni parçalamaq istəyən Milli Şuradır? - Açıqlama
Müsavat da çalxalanır: Sədrə qarşı İTTİHAMLAR var
Kəmaləddin Heydərov müşavirə keçirdi
"Rufo Gəncinski"yə ad günü düzənləndi - VİDEO
Rüfət Axundov “Space”dəki qalmaqala görə üzr istədi
Ukrayna: prezidentliyə namizədlər insan haqlarından nə deyir?
Elmar Məmmədyarov Polşaya rəsmi səfər edib
Abşeron İHB-də ara qarışdı - Zakir Fərəcov "KRALİÇA"-nı niyə danladı?
Naxçıvanda müşavirə keçirilib
Ceyhun Bayramov ifşa oldu: “Qulaqardı elədiniz, “donos” yazdırdınız”
Azərbaycan Xalq Hərəkatı dağıla bilər
Müharibə veteranlarına Prezident təqaüdü veriləcək — SƏRƏNCAM
Varşava Universitetində Azərbaycan tarixi tədris edilir — FOTOLAR
Ziyafət Əsgorovun qızının toyundan - VİDEOLAR
Türkmənistan Rusiyaya qaz nəqlini bərpa edib

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Aprel 2019    »
BeÇaÇCaCŞB
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.16285] initstartout [0.00014] initstartin [0.00066] calstart [0.00844] calend [0.00048] topnewsend [0.00359] rsssend [0.00000] ehgend [0.00624] tagsstart [0.00081] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.14246]