Məsciddə müsəlmanları qətl edən terrorçu MƏHKƏMƏDƏ

  • 17 mart 2019, 14:42
Yeni Zelandiyanın Kraysçörç şəhərindəki Ən-Nur və Linvud məscidlərinə dünən islamofob terror hücumu edən avstraliyalı Brenton Harrison Tarrant məhkəmə qarşısına çıxarılıb. Sıx təhlükəsizlik tədbirləri altında çıxarıldığı məhkəmədə girov tələb etməyən terrorçu Tarrantın 5 aprelə qədər nəzarətdə saxlanılmasına hökm verilib.

Onun məhkəmə qarşısına çıxdığı zaman gülümsəməsi və əliylə irqçi "White Power", yəni ağ güc işarəsi göstərməsi diqqət çəkib. Xatırladaq ki, Yeni Zelandiyanın Kraysçörç şəhərindəki Ən-Nur və Linvud məscidlərinə dünən cümə namazı vaxtı terror hücumu təşkil edən avstraliyalı Brenton Harrison Tarrant 49 nəfəri qətlə yetirib, 40 nəfəri yaralamışdı.

Demokratik.Az

Oxşar xəbərlər