Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

23:00 - 20.04.2019  
İrəvanın Qarabağla bağlı “dəvəquşu” siyasəti
Tarix: 15-03-2019, 09:41 | Bölmə: Xəbərlər » Dünyada

Ermənistan rəhbərliyi populist, riyakar və ikibaşlı bəyanatlarla konflikt ətrafında gerçəyi öz xeyrinə dəyişdirə bilməyəcək; rusiyalı siyasi yazar: "Nikol Paşinyanın cəsarəti çatırsa...”

İrəvanın Qarabağla bağlı “dəvəquşu” siyasətiErmənistanın baş naziri Nikol Paşinyan Dağlıq Qarabağ məsələsində "dəvəquşu” siyasətini davam etdirir. Paralel surətdə o, ikibaşlı, avantürist bəyanatlar verməklə açıq-aşkar vaxt udmağa, atəşkəs və işğal rejimini süni surətdə uzatmağa cəhd edir.

Paşinyanın işğal altındakı Dağlıq Qarabağa, qanunsuz yolla, "arxa qapı”dan keçərək, orada Ermənistanın Təhlükəsizlik Şurasının iclasını keçirməsi, Azərbaycanla yanaşı, ATƏT-in Minsk Qrupu həmsədrlərinə də həqarət sayılmalıdır. O həmsədrlər ki, bu günlərdə rəsmi Bakı ilə həmrəylik nümayiş etdirərək, sülh danışıqlarına dair formatı birtərəfli qaydada işğalçı ölkənin xeyrinə dəyişmək istəyən N.Paşinyanı məyus, onun təklifini rədd eləmişdilər.

Erməni baş nazir isə sanki heç nə olmayıbmış kimi, Xankəndində də özünün sərsəm mövqeyini davam etdirdi. Dünyada mövcud olmayan "Dağlıq Qarabağ xalqı”nın "pozulmuş hüquqları”ndan dəm vurdu, növbəti dəfə "Qarabağ erməniləri mənə səs verməyib, mən yalnız Ermənistanın adından danışa bilərəm” bəyanatını səsləndirdi.

Yaxud onun belə bir ikibaşlı və hiyləgər açıqlamasına diqqət edək: "Azərbaycan cəmiyyətinin sülhə hazırlanması təkcə Azərbaycan hakimiyyətinin deyil, həm də Ermənistan hakimiyyətinin iştirakı ilə aparılmalıdır... Mən təkcə Azərbaycan prezidenti ilə deyil, Azərbaycan xalqı ilə də dialoq aparmağa hazıram. Ona görə ki, Ermənistan xalqı və ”Dağlıq Qarabağ xalqı" kimi (dırnaqlar bizimdir - "YM”) Azərbaycan xalqının da sülhpərvər xalq olduğuna əminəm".

*****

Paşinyanın bu kimi riyakar bəyanatları müstəqil siyasi ekspertlərin də sərt tənqidinə tuş gəlib.

"Dünyada hamı başa düşür ki, Dağlıq Qarabağda Ermənistan silahlı qüvvələrinin nizami hissələri yerləşib. Həmçinin orada xidmət keçən çağırışçı-əsgərlərin 80%-i Ermənistandan vətəndaşlarıdır. Eləcə də Dağlıq Qarabağın büdcəsi Ermənistan dövlətinin büdcəsindən birbaşa transfertlər hesabına formalaşır. O zaman hansı ”dövlət" və "xalq”dan söhbət gedə bilər?"

Bunu rusiyalı siyasi yazar Mixail Belyayey "Vestnik Kavkaza” portalındakı növbəti təhlili məqaləsində yazıb.

Müəllif daha sonra bildirir: "İkincisi, erməni baş nazir tərəfindən Minsk Qrupunun 3 prinsipi və 6 bəndinin başa düşülməməsi qəribə görünür. Məsələn, bəndlərdən biri (Paşinyan üçün, demək olar, ən problemli olanı) Dağlıq Qarabağ ətrafındakı ərazilərdən erməni qoşunlarının çıxarılmasını nəzərdə tutur. Əvəzində Dağlıq Qarabağ təhlükəsizlik zəmanəti və aralıq status alır. Bu, həmin mütləq minimumdur ki, konfliktin həll olunmayacağı təqdirdə Qarabağda gec-tez qızışacaq yeni qanlı qətliamı önləmək üçün vacib sayılır. Ancaq məgər Nikol Paşinyan deyil ki, ucadan bəyan edib ”sülh əvəzinə torpaq" formulunu rədd edən? Yaxud məgər Ermənistan Xüsusi Xidmətinin rəhbəri Artur Vanesyan Füzulidən vəd edir ki, "Bir santimetr də torpaq verilməyəcək” və separatçılarla Füzulinin, Dağlıq Qarabağ ətrafında işğal edilmiş digər rayonların məskunlaşmasını müzakirə edir - haralardan ki, bütün azərbaycanlılar qovulublar və haralarda ki, ermənilər heç tarixən də yaşamayıblar (hərçənd tarix də qanunsuz ərazi iddiası üçün əsas ola bilməz - müəllif)".

Rusiyalı analitikə görə, ilk növbədə Nikol Paşinyanın özü və onun hökuməti Minsk Qrupunun prinsipləri və bəndələrini interpretasiya eləməsini izah eləməlidir, nəinki sırf vasitəçi struktur olan Minsk Qrupundan nəsə tələb eləməlidir. İrəvandan verilən bəyanatlardan isə belə çıxır ki, bu günə erməni interpretasiyası belədir: "Hər şey Ermənistana - Azərbaycana heç nə!” Bütün bunların ardınca Paşinyanın Azərbaycan xalqı ilə birbaşa dialoqa çıxmaq istəyinin səmimiliyi gülünc görünür. Təkrar edirik, heç bir "Dağlıq Qarabağ xalqı” mövcud deyil. Yalnız iki icma - Azərbaycan və erməni icması var. Azərbaycan icması Ermənistan və onun nəzarətindəki silahlı qüvvələr tərəfindən oradan sıxışdırılıb çıxarılıb, ondan sonra orada yalnız bir icma qalıb. Bu da sizə bütün "xalq”. Üstəlik, əgər Nikol Paşinyan humanizm oyunu oynamaq və özünün dediyi kimi, guya sülhpərvər azərbaycanlılarla ünsiyyətdə olmaq istəyirsə, o zaman danışıq üçün mövzular yetərincədir. Məsələn, o, nifrət elədiyi və türməyə saldırdığı general Manvel Qriqoryanın cinayətlərinə görə azərbaycanlılar qarşısında üzr istəyə bilər. Axı bu, bir faktdır ki, Manvelyan vaxtilə KİV-ə müsahibəsində fəxrlə demişdi ki, müharibədən sonrakı uzun illər ərzində azərbaycanlıları qul kimi saxlayıb. Biz daha Xocalıda, Qaradağlıda, Azərbaycanın digər yaşayış məntəqələrində törədilmiş kütləvi qətliamları demirik, çünki başa düşürük ki, bunlara görə üzr istəməyə Nikol Paşinyanın cəsarəti çatmaz. Ancaq heç olmasa, Qriqoryanın cinayətlərinə görə üzrxahlıqdan başlamaq olar - kimin ki, mənəvi siması Paşinyanın özünə də yaxşı məlumdur".

Rusiyalı siyasi şərhçiyə görə, belə bir addım parlamentdə durub "Konfliktin həlli hamı üçün, o cümlədən azərbaycanlılar üçün məqbul olmalıdır” bəyanatı verməkdən fərqli olaraq, Paşinyan tərəfindən "görünməmiş” addım olardı. "Bəs əgər həll variantı azərbaycanlılar üçün məqbul olmasa, o zaman Ermənistan işğalı dayandıracaq? Sual əlbəttə ki, ritorikdir”, - deyə Belyayev məqaləsinin sonunda qeyd edib.

*****

Rusiyalı təhlilçinin fikir və arqumentləri ilə razılaşmamaq mümkünsüzdür. Əfsus ki, bütün dünyanın Qarabağla bağlı bildiyi ən sadə həqiqətləri erməni tərəfi, onun siyasi rəhbərləri illərdir görməzlikdən gəlir, özlərini başını kola soxmuş "dəvəquşu” kimi aparırlar. Bu isə "dəvəquşu”na yaxşı heç nə vəd eləmir.

O da təəssüf doğurur ki, Qarabağ müharibəsində iştirak eləməyən, əli azərbaycanlıların qanına batmayan, "müharibə partiyası”nın üzvü olmayan Nikol Paşinyan indi sələflərindən də radikal mövqe sərgiləyir, Xocalı hərbi caniləri - eks-prezidentlər Serj Sərksiyan və Robert Köçəryandan da davakar ritorika sərgiləyir. Demək, müharibə qaçılmaz olacaq. Demək, son sözü Azərbaycan ordusu deyəcək - baxmayaraq ki, böyük sülh üçün kövrək şanslar hələ tam itirilməyib... /Y.M/

Siyasət şöbəsi

Xəbər 798 dəfə oxunub






Oxşar xəbərlər

Əhmədzadələri və quda Rüstəmovu "erməni izi" də vurdu...
2-ci dünya savaşında jurnalist kimi çalışan agent qadın – Fotolar
Bakıda dəhşət – Dayı azyaşlı bacısı qızını zorladı
Nazir müavini Qubada vətəndaşları qəbul edib
Rusiyada işləyən vətəndaşlarımıza ŞAD XƏBƏR
AXH Qarabağ forumu keçirir
“Gənc qızları rayonlardan Bakıya gətirib fahişəliyə cəlb edirlər” - Deputat
Ucqar rayonlara sulu qar və qar yağıb
ADAU-da 4 xarici dildə konfrans keçirilib
İsmayıllıda narkotik satan şəxslər saxlanılıb
“Valideyn daim müəllim, sinif rəhbəri ilə ünsiyyətdə olmalıdır” – Nazir
Gürcüstan PA-nın rəhbəri istefa verib
Qadın sürücünü təhqir edən Zakir Fərəcovun əmisi oğludur (VİDEO)
Makron PKK/PYD terrorçularını Yelisey sarayında qəbul etdi
Vəhşi it körpəni beşikdən oğurladı - VİDEO
İmamoğlu Ərdoğanı hava limanında qarşıladı- VİDEO
Sənay Qəhrəmanlıya hücum edənə 15 sutka verildi
MKİ direktoru: “İran və Rusiyaya qarşı daha çox pul və vaxt ayırmışıq”
İcra başçısı prezidentə niyə yalan məlumat verdi? – “Su problemi yoxdur…”
Binəli Yıldırımdan İmamoğlunun qələbəsi ilə bağlı tvit
“O qız qardaşımın gənclik səhvidir” — Nazpəri
Fuad Abbasova ağır ittihamlar: "Sən Azərbaycan vətəndaşlığı olan erməni terrorçususan"
Fuad Qəhrəmanlının qızına hücum edən saxlanıldı
"Mən də bilirəm, Amerikanın paytaxtı Nyu-Yorkdur" — Şəbnəm yenə “gül vurdu”
“Demokratik.Az”-a qarşı sifarişli Qətnamə - “Ə + Ə = 2000” DÜSTURU
"İmişlidə Prezidentin layihəsinə ciddi təhlükə var"
Əli İnsanova... zəng çatmır; o müxalifətçiləri umsuq etdi
Sumqayıtda kürəkən qayınanasını döyüb
BMT TŞ Liviya üzrə növbədənkənar qapalı iclas keçirəcək
Alimlər ölmüş beyni diriltməyi bacardılar
Eynulla Fətullayevdən çağırış: "bu abidələri qoruyaq.."
Xaçmazda 14 yaşlı qızı tualetə salıb zorladılar, sonra da...
Dilqəmin oğlu Şuşaya getmək istəyir - atası ilə görüşə
DTX-ya yeni səlahiyyət verilib
Azərbaycanlı polkovnikə ABŞ-da yüksək vəzifə verildi
Prezident Qusarda yol tikintisinə pul ayırdı
Pənah Hüseyn DTX-ya çağrıldı
Nazirlər Kabinetinə yeni mətbuat katibi təyin edilib
Azər Həsrət rusdillilərdən üzr istədi
Xınalığa və Şahdağa qar yağır
Rövşən Rzayev BMT nümayəndəsi ilə görüşdü
“Jurnalistlərin fəaliyyətinə mane olmaq düzgün deyil”
"Azərsu"ya 4 milyon manat ayrıldı
AQTA adından rüşvət alanın görüntüləri yayıldı
“Fahişələrin 80 faizi siğə ilə ərə gedən qadınlardır” – Fikirlər haçalanır
Çingiz Qənizadəyə ŞOK İTTİHAM: - "Ayaqları olmayan əlilin obyektini əlindən alıb" ?
"ADY"-də ŞOK - Cavid Qurbanov 15 min işçini ixtisar edəcək
Telman İsmayılov barəsində cinayət işi başlayıb
Azər Həsrət "rusca" da düşünə bilmirmiş..
Sosial media Azər Həsrətdən üzr tələb edir
Ramiz Rzayev problemli kreditlərdən danışdı
Deputat "SOCAR"ı müdafiə etdi - Mənsimova cavab verdi
Prezidentin son fərmanları 600 min nəfəri sevindirdi
Moskva görüşünün pərdəarxası: indi də “Medvedyev planı”...
Mənsimovdan "SOCAR"-a ağır sözlər: -"nə zamana qədər..?
AXH-ni parçalamaq istəyən Milli Şuradır? - Açıqlama
Müsavat da çalxalanır: Sədrə qarşı İTTİHAMLAR var
Kəmaləddin Heydərov müşavirə keçirdi
"Rufo Gəncinski"yə ad günü düzənləndi - VİDEO
Rüfət Axundov “Space”dəki qalmaqala görə üzr istədi
Ukrayna: prezidentliyə namizədlər insan haqlarından nə deyir?
Elmar Məmmədyarov Polşaya rəsmi səfər edib
Abşeron İHB-də ara qarışdı - Zakir Fərəcov "KRALİÇA"-nı niyə danladı?
Naxçıvanda müşavirə keçirilib
Ceyhun Bayramov ifşa oldu: “Qulaqardı elədiniz, “donos” yazdırdınız”
Azərbaycan Xalq Hərəkatı dağıla bilər
Müharibə veteranlarına Prezident təqaüdü veriləcək — SƏRƏNCAM
Varşava Universitetində Azərbaycan tarixi tədris edilir — FOTOLAR
Ziyafət Əsgorovun qızının toyundan - VİDEOLAR
Türkmənistan Rusiyaya qaz nəqlini bərpa edib

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Aprel 2019    »
BeÇaÇCaCŞB
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.35652] initstartout [0.00018] initstartin [0.00096] calstart [0.01876] calend [0.00068] topnewsend [0.00474] rsssend [0.00000] ehgend [0.06897] tagsstart [0.00082] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.26135]