İran prezidenti İraqa yollanıb

  • 11 mart 2019, 09:33

Prezident Həsən Ruhanin İraqa səfəri zamanı iki ölkə viza rejiminin ləğvi və ya qiymətlərin minimuma endirilməsi haqqında razılıq əldə edəcək.

ONA-nın Tehran bürosunun məlumatına görə, H.Ruhaninin İraqa səfəri bu gün baş tutacaq və 3 gün davam edəcək.

Səfər zamanı H.Ruhani İraq rəsmiləri ilə iki tərəfli əlaqələrin inkişafına dair müzakirələrin aparaılması ilə yanaşı İraqda olan İmamların qəbrlərini ziyarət edəcək, İraq müctəhidləri o cümlədən tanınmış müctəhid Ayətullah Sistani ilə görüşəcək.

İranın İraqdakı səfiri İrəc Məscidi ötən gün prezident H.Ruhaninin İraq səfəri zamanı viza rejiminin ləğvi, Xurrəmşəhr-Bəsrə dəmir yolu xətti layihəsinin icrası, Ərvənd çayının dibinin təmizlənməsi, müştərək sənaye zonalarının yaradılması, texniki və mühəndislik sahədə əməkdaşlığın inkişaf etdirilməsi kimi məsələləri müzakirə edəcəyini qeyd edib.

İ.Məscidi bildirib ki, iki ölkə neft, qaz və elektrik sahəsində də əməkdaşlığını artıracaq, bank mübadiləsi və ticarət dövriyyəsinin 10 milyard dollara çatdırılması haqda bir sıra razılaşmalar əldə edəcək.

Oxşar xəbərlər