Latviya bütün Avropanı Rusiyaya qarşı mübarizəyə çağırıb

  • 10 mart 2019, 11:30

Latviya prezidenti Raymonds Veyonis Avropa dövlətlərini Rusiyanın aqressiyasına qarşı birləşməyə çağırıb.

Latviya lideri bu çağırışını Almaniyanın "Der Spiegel” qəzetində vurğulayıb.

"Bizim bir gün Rusyanın Ukraynada törətdiyi kimi, hər hansı Avropa ölkəsinə hücum etməsi halında onu durduracaq etibarlı faktorlara ehtiyacımız var. Avropa bu məsələdə vahid olmalıdır”, - deyə R.Veyonus bildirib.

Prezident rəsmi Moskvanın Latviya əhalisi üzərindəki təsirinin görməzdən gəlinməyəcəyini vurğulayıb. Ona görə ki, Latviyada çoxlu sayda ruslar yaşayır və onlar əsasən Rusiyanın dövlət kanallarına baxmağa üstünlük verirlər.

Onun fikrincə, məhz bu cür vətəndaşlar Kremlin qara təbliğat vasitələrinin təsirinə daha tez düşürlər. Bundan başqa onlar ölkədə latış dilində təhsilə qarşı sərt çıxışlar edirlər.

Veyonis ölkəsində yerləşən NATO bazasının onlar üçün sakitləşdirici və özünə əminlik effekti törətdiyini bildirib. O, Avropa Birliyi və NATO-nun münaqişə halında Latviyanı dəstəkləyəcəyinə əmin olduğunu ifadə edib.

Bütün bunlara rəğmən prezident Rusiya və Latviya arasında iqtisadi bağların sıxlığına diqqət çəkib.

Latviya lideri Kremlin Avropa Parlamentində rusiyapərəst qüvvələri yerləşdirməyə və bununla Avropanı parçalamağa cəhd göstərəcəyini bildlirib.

Bu səbəbdən o, Birlik ölkələrini Avropa Parlamentinə keçiriləcək seçkilərə çox ciddi hazırlamağa və vəziyyətin həssaslığını dərk etməyə çağırıb. /musavat.com/

Oxşar xəbərlər