Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

06:08 - 18.11.2019  
2 milyon 200 min əhalinin faydalanacağı sosial paket
Tarix: 27-02-2019, 08:22 | Bölmə: Xəbərlər » Dünyada

Ekspertlər prezidentin əhalinin güzəranının yaxşılaşmasına yönəlik tədbirlərini dəyərləndirir

2 milyon 200 min əhalinin faydalanacağı sosial paketXəbər verdiyimiz kimi, prezident İlham Əliyev iqtisadi və sosial məsələlərlə bağlı keçirdiyi müşavirədə çıxışında Azərbaycanda geniş sosial paketin hazırlandığını bildirib. Onun verdiyi məlumatdan aydın olub ki, əhalinin güzəranının yaxşılaşmasına yönəlik tədbirlər davam etdiriləcək.

Həm banklar, həm xalq, həm iqtisadiyyat üçün mühüm addım

Ölkə prezidentinin son addımlarını dəyərləndirən Milli Məclisin İqtisadiyyat, sənaye və sahibkarlıq komitəsinin üzvü Əli Məsimlinin dediyinə görə, əhali dövlət başçısının problemli kreditlərə dair belə bir mövqeyini çoxdan gözləyirdi: "Problemli kreditlər məsələsinin həlli həm əhali, həm banklar, həm də bütövlükdə iqtisadiyyatımız, dövlət üçün mühüm əhəmiyyət kəsb edir. Yaxın vaxtlarda problemli kreditlər məsələsinin həllinə dair rəsmi sənədlərdə onun əsas məqamları məlum olacaq. Bununla belə, prezidentin çıxışının məntiqinə əsasən indidən də demək olar ki, Azərbaycanda problemli kreditlərin həlli variantı digər ölkələrlə müqayisədə daha əhatəli olacaqdır.  Problemli kreditlərin həllindən qazanan tərəf həm də bank sektoru olacaq. Banklar iqtisadiyyatın qan-damar sistemidir. Bu baxımdan, təbii ki, problemli kreditlərin və toksik aktivlər məsələsinin həll edilməsi bankların sağlamlaşdırılması üçün önəmlidir”.

İqtisadçı-ekspert Pərviz Heydərov da hesab edir ki, dövlət başçısının problemli kreditlər məsələsinin tezliklə çözüləcəyini anons etməsi mühüm hadisə oldu: "Prezident də xatırlatdı ki, bu, sadə məsələ deyil. Problemin həllinə ehtiyatla yanaşmaq tələb olunur. Belə ki, məsələni təkcə pul ayırmaqla həll etmək mümkün deyil. Bəzi ekspertlər qeyd edirlər ki, məsələni 2015-2016-cı illərdə həll etmək lazım idi. Ona görə ki, devalvasiyaya görə əhali və vətəndaşlar heç bir məsuliyyət daşımırlar və guya bu, hökumətin və dövlətin günahı sayılırdı. Əvvəla, borca girən tərəf istənilən halda riskə daxil olur. İkincisi də ki, devalvasiya normal iqtisadiyyatı olan ölkələrdə adi bir prosesdir. Və mərhələlərlə demək olar, fasiləsiz baş verir. Əslində banklar özləri də vaxtilə riskə gediblər. Yəni istənilən halda devalvasiya baş verə biləcəyini nəzərə almayaraq, dollar ilə kredit vəsaitlərini necə gəldi paylayıblar”.

Ekspertin fikrincə, nə banklar, nə iş adamları, nə də ki, əhali bu kreditlərin ödənilməsi, yaxud bağlanması işinin öhdəsindən təkbaşına gələ bilməz: "Odur ki, bu məsələnin həllində dövlətin köməyi tələb olunurdu. Ancaq dövlətin də bu qədər vəsaiti bütövlükdə üzərinə götürməsi düzgün deyil və qeyri-mümkün sayılırdı və sayılmaqda da davam edir. Hökumətin hazırladığı plan və mexanizm əslində nədən ibarətdir bilmirəm. Əsas odur ki, dövlətimiz bu məsələnin də həllində əhalinin tərəfindən çıxış edəcək”.

Aztəminatlı ailələrə uşaqpulu bərpa olunmalıdır

Ə.Məsimli bildirir ki, minimum əmək haqqının, minimum pensiyanın, tələbələrin təqaüdlərinin, sosial müavinətlərin artırılması  sosial paketin tərkib hissəsidir: "Prezident bildirdi ki, bu çox böyük proqram 500 mindən çox əhalini əhatə edəcək. Bundan əlavə, problemli kreditlərdən əziyyət çəkən vətəndaşların da sayı müəyyən edildikdən sonra təqribən 2 milyon 200 min əhali dövlətin sosial təşəbbüslərinin icrasından böyük dərəcədə faydalanacaq. Göründüyü kimi, prezidentin haqqında danışdığı sosial paket kifayət qədər əhatəli xarakter daşıyır. Bu baxımdan sosial paketdə yeni doğulan uşağa görə verilən müavinətin artırılması istiqamətində atılan addımın aztəminatlı ailələrə ”uşaq pulu" verilməsinin bərpa edilməsi ilə tamamlanmasını zəruri hesab edirik”.

Təhsil kreditlərinin əhatə dairəsi genişləndirilməlidir

Millət vəkili ikinci vacib məsələ kimi təhsil kreditlərini qeyd edir: "Təhsil sistemimizin rəqabət qabiliyyətliyini təmin etməkdən ötrü hələ çox iş görmək lazımdır. Universitetlərdə təhsil alan tələbələrin hər 3 nəfərindən 2-si (son illər bi rəqəm daha da artıb) ödənişli əsaslarla təhsil alır. Orta əmək haqqının 550 manat, xeyli insanın 200-300 manat maaş aldığı şəraitdə təhsil haqlarının yuxarı həddi 5 min manata çatır. Dövlət ali məktəblərində də ödənişli təhsil xeyli artıb. Ya dövlət ali məktəblərində təhsil pulsuz olmalı, ya da Azərbaycanda da təhsil cəmiyyətini formalaşdıran Boloniya sisteminə keçən əksər olkələrdə olduğu kimi, təhsil kreditləri mexanizminin tətbiq dairəsi genişləndirilməlidir. Təhsil Strategiyasında göstərildiyi kimi, gələn ildən təhsil kreditlərinin tətbiq dairəsinin genişləndirmək və yaxın illərdə onun əhatə dairəsini yoxsul ailələri əhatə etmə səviyyəsinə çatdırılmasını zəruri hesab edirik”.

P.Heydərov qeyd edir ki, sosial müavinətlərin artırılmasında məqsəd əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində tədbirləri davam etdirmək və əhatə dairəsini daha da genişləndirməkdir: "Müəyyən illəri çıxmaq şərtilə bu addımlar həmişə atılıb. Sadəcə olaraq, indiki kimi geniş və əhatəli xarakter daşımayıb, sistemli və kompleks təsiri bağışlamayıb. Bu da ondan irəli gəlirdi ki, iqtisadiyyatın idarə olunmasında mənfiliklər var idi, istehlak bazarı indiki kimi nəzarətdə saxlanılmırdı, dövlət büdcəsinə gəlirlilik üzrə dayanıqlıq və vergi və rüsumların yığılmasında xaos amilləri hökm sürürdü. Bəzən qeyd edirlər ki, Azərbaycan dövlətinin maliyyə vəziyyəti yaxşıdır və əhalinin sosial müdafiəsi neft pulları hesabına niyə artırılmır və təmin edilmir. Sosial ödənişləri kor-koranə artırmaq böyük mənfi iqtisadi hadisələrə zəmin yarada bilər. Kölgə iqtisadiyyatı geniş xarakter daşıyan vəziyyətdə dövlət və hökumət öz maliyyə resurslarını sosial ödənişləri ucdantutma artırmaq yolu ilə xərcləyə və əridə bilməz. Məlum olduğu kimi, bu ildən kölgə iqtisadiyyatına qarşı böyük mübarizəyə başlanıb. 300-ə yaxın vergi dəyişiklikləri olub. Real sektora yanaşma və onu idarəetmə tərzi yeni forma alıb. Və bu da imkan verir ki, əhalinin sosial müdafiəsini gücləndirmək baxımından ödənişlər inamla artırılsın. Hökumət sosial ödənişləri neft pulları hesabına deyil, iqtisadiyyatın real sektorundan əldə olunan gəlirlər sayəsində artmasını istəyir. Hansı ki, buna indi hələ ki zəif də olsa imkan yaranıbdır.... Və bu imkanın getdikcə genişlənəcəyi gözlənilməkdədir”. /Y.M/

Xəbər 923 dəfə oxunub






Oxşar xəbərlər

Rusiya ilə heç vaxt bu ittifaqı qurmayacağam - Lukaşenko
Atatürkün oxşarları mübahisə etdi: “Ən çox mən oxşayıram...”
Narkotik satmaq istəyən Şəkiyə gəlsin: MÜƏMMA
Əziz Əzizov bacıoğlusunu da Suraxanı İHB-yə apardı
Əli Həsənov yenə Əli Kərimlidən yazdı
Paşinyan da narkomandır? – Qəribə görüntülər yayıldı – (VİDEO)
Ölkənin çaylarında sululuq səviyyəsi dəyişdi
Mehriban Əliyeva Milli Dirçəliş Günü münasibətilə xalqı təbrik edib
17 Noyabr Milli Dirçəliş Günüdür!
Gürcüstan parlamentinin qarşısında növbəti aksiya
Mandatı təhvil ver, İqbal Məmmədov! - MƏKTUB
ABŞ Prezidenti Böyük Britaniyaya səfər edəcək
Nazir yeni rəis təyin etdi
Polis Akademiyasının kursantları bilik yarışına qatılıb
Abşeronda qəza: laboratoriya müdiri öldü
Gəncədə həyat yoldaşını qətlə yetirən şəxs saxlanıldı
“Prezident idarəçilik sisteminə yenilik gətirdi” - DEPUTATLARIN FİKİRLƏRİ
Natiq Cəfərli: “Ən ciddi korrupsiya büdcə vəsaitləri ilə bağlıdır”
Bu şəxslərə hər saat üçün 15 manat ödəniləcək - QƏRAR
Azərbaycanın yeni ombudsmanı kim olsun?
Almaniyada “mühacir alveri” əməliyyatı böyüyür - şok faktlar, ittihamlar...
Rəfail Piriyev deportasiya ediləcək
Gələn il ailə xərclərimiz artacaq – iki səbəb
"Türk Hava Yolları" 29 il əvvəl təyyarədə doğulmuş şəxsi işə götürüb
Yerevanda Rusiya səfirliyi qarşısında ETİRAZ
Prezident Bilal Əliyevə mənzil bağışladı
"YOL VERİN, QUDAM GƏLİR" - Azərbaycanda quda olan məmurlar - SİYAHI
Mühacir qalmaqalı Arif Hacılı ilə Mir Şahin Ağayevi üz-üzə qoydu - QALMAQAL
ADAU-da tələbələrə karyera planlamasına dair seminar keçirilib
“Fədayəyə oxumağı mən öyrətmişəm, nə danışdığını bilmir” – Tacir – VİDEO
Azərbaycanda istilik mövsümünə start verilir
Tahir Kərimli kimə ölüm hökmü çıxaracağına and içib? - Video
Baş prokuror Abşeron rayonunda vətəndaşları qəbul edib
Oqtay Şirəliyev niyə istefa vermədi? – İlginc səbəb...
Nazirlik bələdiyyə sədrini cərimələyib
ADAU-DA DEKANLIQ QALMAQALI - İnam Kərimov bu biabırçılığa nə deyəcək?
Deputat "talkuçka"lardakı anarxiyadan danışıdı: “Orada 100 milyonlarla vəsait vergidən yayındırılır”
Antikorrupsiya həbsləri başlayır - Prezidentin iradəsi..
Bakı daha bir möhtəşəm tədbirə ev sahibliyi edir
Mikayıl Cabbarov xəbərdarlıq etdi
ABŞ-da məktəbdə atışma olub, xəsarət alanlar var
Prezident İlham Əliyev Bilal Ərdoğanı qəbul edib
Aygün Kazımovanın həbsdəki qardaşı "azadlıq" istəyir - MÜRACİƏT
ADAU-da Aqrar İnkişaf Könüllüləri ilə görüş davam edir - Tədbir
Asim Mollazadə: “İcra strukturlarında yeni təfəkkürə malik gənclər lazımdır”
Erməni əsir üzr istədi: “Azərbaycanda cənnətdəyəm” – VİDEO
Bu gün Dünya dini liderlərinin II Bakı Sammiti başlayır
Rey Kərimoğlu Xətainin qazi icra başçısından danışdı
Ermənistan müharibədən də qorxulu fəlakətlə üz-üzə
Qalmaqallı iş adamı pulları götürüb ölkədən qaçdı
Məşhur aktrisa azərbaycanlı aktyorla eşq yaşayır?
Əvəz Zeynallının üzərindəki qadağa götürüldü - özü yazdı
BMT baş katibinin xüsusi nümayəndəsi Azərbaycana gəlib
Gürcüstan Azərbaycana müşahidəçilər göndərəcək
Ölkəmizdə yeni soyuducu anbarlar yaradıla bilər
"Etdiklərimə görə oğlumdan üzr istədim" - Fədayə
MTRŞ Prezidentə müraciət etdi
Mənfi ehtimal! Azərbaycanda çörək kəskin bahalaşacaq
Müsavat Partiyasının başqanı Arif Hacılı saxlanılıb
AzTV-də dövlət qurumları tənqid olundu - VİDEO
İlham Əliyev sərəncam imzaladı
Trampdan Ərdoğana 100 milyardlıq təklif
İlham Əliyev Cavid Qurbanovu qəbul edib - FOTO
Tramp İŞİD-in yeni liderini təhdid etdi
Bu il İran polisi 530 ton narkotik vasitə müsadirə edib
Göygöldə oğurluq edən şəxslər saxlanılıb
Ramiz Mehdiyev də AMEA-da islahatlara başladı – İdarə və şöbələr ləğv olunub
LÜTVƏLİ BABAYEV NİYƏ “VURULDU”?
Oqtay Gülalıyev hələ də komadadır - son durum
Ermənistan atəşkəs rejimini 22 dəfə pozub

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.26072] initstartout [0.00018] initstartin [0.00070] calstart [0.00959] calend [0.00050] topnewsend [0.00428] rsssend [0.00000] ehgend [0.00625] tagsstart [0.00060] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.23858]