ABŞ və Çin liderləri görüşüə bilər

  • 14 fev 2019, 09:02

ABŞ prezidenti Donald Tramp və Çin prezidenti Siz Cinpinq arasında gələn ay görüş keçiriləcək.

"Report” "RİA Novosti”yə istinadən xəbər verir ki, bunu ABŞ kənd təsərrüfatı nazirinin müavini Stiven Senski işgüzar forumdakı nitqi zamanı bildirib.

Qeyd edək ki, ABŞ prezidenti Tramp bu həftə dünyanın iki ən böyük iqtisadiyyatını təmsil edən ticarət heyətləri arasında danışıqların bu həftə son mərhələsinin nikbinlik doğurduğunu deyərək iki ölkə arasındakı "ticarət müharibəsinin başa çatması şərəfinə” çinli həmkarı ilə tezliklə görüşmək arzuzusu ifadə edib. Bunu Ağ Evin müşaviri Kellian Konvay "Fox News”a bazar ertəsi günü bildirib.

Oxşar xəbərlər