Belçikada tətilə görə bütün hava limanları bağlanıb

  • 13 fev 2019, 07:31

Belçikanın hava məkanında təyyarələrin hərəkətinə cavabdeh olan "Skeyes" şirkəti ümumi tətillə əlaqədar olaraq ölkənin bütün hava limanlarının bağlandığını elan edib.

Bu barədə "Report" "Figaro" qəzetinə istinadən xəbər verir.

Bildirilir ki, məhdudiyyətlər çərşənbə axşamı yerli vaxtla saat 22:00-da qüvvəyə minib və çərşənbə günü saat 22:00-dək qüvvədə olacaq. Belçikanın hava məkanının bağlanmasına ölkədəki ümumi tətil səbəb olub. Tətildə həmçinin hava limanlarının da əməkdaşları iştirak edirlər.

Tətildə iştirakı həmçinin müşayiətçi xidmətlərin nümayəndələri - dispetçerlər, xilasedici briqadaları və aeroportlara xidmət edən polis də elan edib.

Daha əvvəl Belçikada silahlı hücum nəticəsində Türkiyə vətəndaşları yaralanıb.

Oxşar xəbərlər