AB Aşqabada kredit vermədi-Xəzər üçün

  • 12 fev 2019, 08:37

Avropa Yenidənqurma və İnkişaf Bankı Türkmənistana Xəzər dənizinin şelf zonasında neft yataqlarının işlənilməsi üçün nəzərdə tutulan kreditin verilişini dayandırıb.

Bu məlumatı "Crude Accountability” hüquq müdafiə təşkilatı yayıb. Təşkilat bankın Aşqabad üçün nəzərdə tutulan kreditin ləğv edilməsini alqışlayıb.

Qeyd edək ki, Türkmənistana veriləcək kreditin miqdarı 21 milyon dollar təşkil etməli idi. Avropa Yenidənqurma və İnkişaf Bankı bu krediti Aşqabada 5 il müddətinə verməliydi. Belə ki, kredit Xəzər dənizində neft yataqlarının işlənilməsi ilə məşğul olan "CMİ Offshore Ltd.” şirkətin təqdim edilməliydi.

Oxşar xəbərlər