Türk ordusu 75 terrorçunu məhv edib

  • 05 fev 2019, 09:26

2019-cu ilin yanvar ayında Türkiyə Silahlı Qüvvələri antiterror əməliyyatları çərçivəsində PKK terror təşkilatının 75 üzvünü zərərsizləşdirib.

Bu barədə Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının hesabatında deyilir.

Bu müddət ərzində bir türk hərbçisi həlak olub, 3 nəfər isə yaralanıb.

Bundan başqa, yanvar ayı ərzində terrorçularla əlaqədə şübəhli bilinən 350 nəfər saxlanılıb. Onlardan 108-i həbs olunub.

Oxşar xəbərlər