ABŞ-ın xüsusi nümayəndəsi sabah KXDR-ə gedəcək

  • 05 fev 2019, 07:56

ABŞ-ın xüsusi nümayəndəsi Stiven Biqen Koreya Xalq Demokratik Respublikasına (KXDR) səfər edəcək.

"Report"un məlumatına görə, bu barədə TASS məlumat yayıb.

ABŞ Dövlət Departamentinə istinadən yayılan məlumatda bildirilir ki, səfər sabah – fevralın 6-da baş tutacaq. Səfərdə məqsəd ABŞ-la KXDR arasında keçiriləcək ikinci sammitə hazırlıqdır.

Daha əvvəl ABŞ-ın dövlət katibi Mayk Pompeo bildirib ki, o, Birləşmiş Ştatların prezidenti Donald Trampın Koreya Xalq Demokratik Respublikasının lideri Kim Çen Inla görüşünün fevralın sonunda baş tutacağını güman edir.

Oxşar xəbərlər