Fransada "Sarı gödəkçəlilər"in lideri polis tərəfindən vuruldu, bir gözünü itirdi - FOTO+VİDEO

  • 28 yan 2019, 18:35

"Sarı gödəkçəlilər"in güc strukturları ilə toqquşmaları səngimək bilmir.

Toqquşmalar zamanı polis etirazçılara qarşı gözyaşardıcı qazlardan və plastik mərmilərdən istifadə edib. 

Şənbə günü həyata keçirilən etirazlar zamanı "sarı gödəkçəlilər" hərəkatının rəhbərlərindən olan Jerom Rodriges gözünün birini itirib. 

Fransa polisi Rodrigesin gözünü itirməsinə səbəb olan hadisənin plastik mərmi olmadığını, bibər qazının yerdən sıçrayaraq onun gözünə xəsarət yetirdiyini iddia edir.

Jerom Rodrigesin vəkili Filip isə polisin iddialarının əsassız olduğunu, zərərçəkmişin polis tərəfindən məqsədli şəkildə nişan alınaraq vurulduğunu bildirib.

Vəkil həmiçinin "Jerom artıq yarısağlam bir insandır, o, bundan sonrakı həyatına tək gözlə davam etməli olacaq. Bunun da əsas günahkarı mövcud rejimin siyasətidir”- deyə qeyd edib.

Bazar gün "LCI” kanalının canlı yayına qatılan Rodriges "polis ayağımın altına gözyaşardıcı qaz atdı, gözümə isə plastik mərmi. Bu bilərək həyata keçirilmiş bir hadisəsir, bu işdə əli olan hər kəsdən şikayətçi olacağam”- deyə bildirib.

Qeyd edək ki, 2018-ci ilin noyabr ayından yanacağın qiymətinin artırılması ilə başlanan etiraz aksiyası hələ də davam etdirilir.

Bir qrup etirazçı tərəfindən başlanan etirazlar artıq bütün Fransanı cənginə alıb və dövlət başçısı Emmanuel Makronun istefası tələb olunur.


Oxşar xəbərlər