Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

07:31 - 25.08.2019  
Böyük “Əfqan sülhü” olacaqmı?
Tarix: 26-01-2019, 10:55 | Bölmə: Xəbərlər » Dünyada

Amerika uzun illərdən sonra əzəli düşməni Talibanla bir masaya oturdu; amma Vaşinqton tək deyil, sırada Moskva və Tehran da var...

Böyük “Əfqan sülhü” olacaqmı?Qətərdə davam edən ABŞ və Taliban danışıqları müsbət nəticə verə bilər. Hər halda ABŞ mediası bu qənaətdədir. "Amerikanınsəsi”nin məlumatında qeyd olunur ki, Qətər sülh müzakirələri Əfqanıstanda 17 illik müharibənin siyasi həllinə dair ümidləri artırıb.

Qətərdəki danışıqlarda ABŞ tərəfdən Əfqanıstan üzrə xüsusi nümayəndə Zalmay Xəlilzad iştirak edir. Həmçinin Pakistan və Qətər rəsmiləri də müzakirələrə qatılıb. Mənbələr "Amerikanın Səsi”nə bildirib ki, danışıqların dördüncü günü tərəflər qarşılıqla anlaşma sahəsində bəzi maneələri aradan qaldıra bilib.

Müzakirələrdən öncə Taliban bildirmişdi ki, ABŞ və NATO-nun rəhbərlik etdiyi koalisiya qüvvələrinin Əfqanıstandan çıxarılması məsələsinin vaxt cədvəlini müəyyən etmək istəyir. Taliban Əfqanıstanın ABŞ və ya digər ölkəyə qarşı güc müstəvisi kimi istifadə edilməyəcəyinin təminat altına alınacağını deyir.

Doha müzakirələrinin iştirakçıları ilə əlaqəsi olan mənbələrin bildirdiyinə görə, xarici qüvvələri Əfqanıstandan çıxarıldığı təqdirdə Taliban müvəqqəti atəşkəsə razılıq verə bilər. Pakistan müzakirələrin İslamabadın vasitəçiliyi təşkil edildiyini və Talibanı ABŞ-la sülh müzakirələrinə qane etdiyini bildirir. Pakistanın xarici işlər naziri Məhəmməd Feyzal İslamabadın da müzakirələrdə iştirak etdiyini təsdiq edib, lakin hər hansısa irəliləyiş olduğu barədə məlumat verməyib. Ancaq hələlik danışıqlarda Əfqanıstan hökuməti iştirak etmir. Çünki daha əvvəl ABŞ-ın belə danışıqlar çağırışını Taliban dəfələrlə rədd edib.

Böyük “Əfqan sülhü” olacaqmı?

Ancaq rəsmi Kabil bir qədər əvvəl bəyan edib ki, Pakistanın vasitəçiliyi ilə Taliban Hərəkatı ilə danışıqlar aparmağa hazırdır. Ötən ay Əfqanıstan Prezidenti Əşrəf Qəni bildirib. Onun sözlərinə görə, Əfqanıstan hökuməti Talibanın Pakistanı vasitəçi kimi görmək istəyəcəyi təqdirdə onlarla danışıqlar aparmağa hazırdır. Bu arada Türkiyə də Əfqanıstan danışıqlarına dəstək verməyə hazır olduğunu bəyan edib.

Ancaq son dövrdə yenidən fəallaşan Talibanla danışıqlar aparan təkcə amerikalılar deyil. Ötən il Taliban təmsilçiləri ilk dəfə Moskvaya səfər edib və burada Rusiya rəsmiləri ilə danışıqlar aparıb. O da bildirilir ki, son illərdə Rusiya və Taliban arasında gizli əlaqələr yaranıb. 2014-cü ildən sonra Əfqanıstanda peyda olan İŞİD bu ölkədə terror və yeni müharibənin anonsu kimi qarşılanıb. Bu səbəbdən də indi keçmiş münasibətlər yenilənir.

Hətta İranın da son dövrlərdə əzəli düşməni Talibanla danışıqlar aparmağa başladığı, İrana nümayəndə göndərdiyi bildirilir. Bir qədər əvvəl Taliban liderlərindən biri ilk dəfə olaraq mətbuata müsahibəsində İranla əməkdaşlıqdan danışıb. Əfqanıstanın özündə şiə vətəndaşlarının olduğunu, o cümlədən İranla Əfqanıstan arasındakı sərhəd-keçid məntəqələrinin bəzilərinin Talibanın nəzarəti altında fəaliyyət göstərdiyini bildirib.

Bu mənada indi Talibanı artıq region ölkələri real siyasi-hərbi güc olaraq qəbul edir. 2001-ci ilin oktyabrında ABŞ ordusu Əfqanıstanı işğal etdikdən sonra Taliban Kabili tərk edərək dağlara çəkilib. Bir müddət səssiz qalsa da, 2004-cü ildən başlayaraq Talibanın Əfqanıstanda hücumlar etməyə başlayıb. 2009-cu ildə isə yerli hökumət və ardınca isə amerikalılar Əfqanıstanda sülhün əldə olunması üçün Talibanla danışıqlara getməyin vacibliyindən danışmağa başlayıblar. Ancaq indi 10 ildən sonra ABŞ Talibanı Əfqanıstanda real güc kimi qəbul edərək onunla bir masa arxasında əyləşir və sülh sazişi imzalamağa hazırlaşır.

Məsələ ondadır ki, rəsmi olaraq Əfqanıstan 34 vilayət və 407 rayonundan 229-na hökumət, 59-na isə Taliban nəzarət edir. Qalan 119 mübahisəli ərazidə döyüşlər gedir. Yəni ölkənin mühüm bir hissəsinə Taliban nəzarət edir.

Taliban sözü puştun dilində "tələbə” deməkdir, daha çox Pakistan və Əfqanıstanda dini mədrəsələrdə təhsil alanlara verilən ümumi addır. Ancaq Talibanın yetişdiyi mədrəsələr sıradan din təlimi mərkəzi deyil, siyasi İslam fikirlərinin yayıldığı mərkəzlərdir. İlk dəfə 1866-cı ildə Hindistanda qurulan (o zaman Hindistan və Pakistan ümumi bir müstəmləkə ərazisi idi - K.R.) Diyobendi mədrəsəsi ingilis müstəmləkəçiliyinə qarşı mübarizə fikirlərinin yayıldığı mərkəz idi. Bu təxminən ümumi İslam aləmində yayılmağa başlayan oyanış dalğasının təsiri idi. Bu, cür mədrəsə və məktəblər Hindistan və Pakistan ərazilərində yayğın idi, amma bu məktəblər daha çox fikri oyanışı təbliğ edirdilər.

1980-ci ildə SSRİ silahlı qüvvələrinin Əfqanıstana yeridilməsinə qarşı xalq müqaviməti başlayır. Bu zaman təbii ki, dini mədrəsə və camaatlar cihad təbliğatına köklənir. Taliban eyni zamanda bir dini hərəkat olmaqla yanaşı, puştun tayfaları arasında çıxmış, dini və etnik xarakterlərini birləşdirən yerli şərtlərin də təsir etdiyi bir düşüncə cərəyanı idi. Əfqan savaşı bu düşüncənin genişlənərək özünə güc, özü də silahlı güc qazanmasına səbəb oldu. Nəticədə savaş zamanı böyük təcrübə toplayan, çoxlu sayda tərəfdarları olan hərəkat dövrün ən müasir silahlarına sahib idi. 1989-cu ildə sovetlər Əfqanıstanı tərk edərkən ölkədə ən böyük mütəşəkkil qüvvə Taliban silahlıları idi. Talibanı güclü edən bir neçə səbəb vardı.

Birincisi, din amilidir: Savaş dini şüarla başladılmışdı, işğalçı ruslara qarşı cihad elan olunmuşdu. Ərəb ölkələrindən dini, mənəvi, siyasi, maddi və canlı qüvvə (yüzlərlə ərəb Əfqanıstanda sovetlərə qarşı savaşırdı) dəstəyi alan Taliban hərəkatı sovetlərə qarşı savaşan ən böyük güc idi. Savaş müqəddəs savaş elan olunduğu üçün dini hərəkat olan Talibanın üzə çıxması təbii idi.

Sovetlər Əfqanıstanı tərk edəndə Əfqanıstanda bir neçə güclü silahlı birləşmələr olsa da, 1996-cı ildə Talibanın digər rəqiblərini məğlub edərək Kabili ələ keçirib. Bu dövrdə Taliban Əfqanıstanın 85 faizini ələ keçirərək "Əfqanıstan İslam Əmirliyi” elan edib.

Lakin Talibanın Əfqanıstanda xalq arasında nüfuz qazanması, nəticədə hakimiyyəti ələ keçirməsinin təbii səbəbləri vardı. Müharibədən, yoxsulluq və rüşvətxorluqdan, ən mühümü isə qeyri-sabitlik, təhlükəsizliyin qorunmadığı Əfqanıstanda sovetlərə qarşı savaşan və hər biri özünü nəzarət etdiyi bölgənin ağası sayan silahlı qruplardan fərqli olaraq nəzarət etdiyi bölgələrə sülh, sabitlik, ədalət gətirirdi. Bu isə ilk vaxtlarda əhalinin diqqətini və marağını cəlb elədi. Nəticədə bir çox bölgələrin əhalisi xaos və anarxiya qarşısında Talibanın ədalətinə və gücünə sığındı. Bir də təbii ki, etnik amildir, çünki Taliban ən böyük etnik qrup olan puştunların təmsilçisi idi.

Əlbəttə, Talibanla anlaşıb sülh bağlanması Əfqanıstanda müəyyən qədər sabitlik gətirə bilər. Ancaq o da məlumdur ki, indi Əfqanıstanda daha güclü bir qrup özünü göstərir. Bu İŞİD-dir. Ötən illərdə bir sıra silahlı qrup Talibandan ayrılaraq İŞİD liderinə biət edib. Yəni Talibanla anlaşma belə böyük sülhü gətirmək üçün yetərli olmaya bilər. Lakin istənilən halda illərdir davam edən müharibəyə son qoymaq üçün Talibanla anlaşma çox vacibdir. Çünki Əfqanıstanda yeni başlayan terrorun Orta Asiyaya yayılması riski var.

KƏNAN,

"Yeni Müsavat”
Xəbər 843 dəfə oxunub






Oxşar xəbərlər

AZAL-ın sabiq prezidenti: “Təyyarənin vurulma ehtimalı var”
Adnan Oktar türmədə də “dinc dayanmır” - şantaj, təhdid, təhrik...
Rasim Balayev: “Paşinyanın ağızını, burnunu vurub əzmək lazımdır!”
Təhsil nazirindən yeni – TƏYİNAT
Qarabağ danışıqlarında sükut nə vaxt pozulacaq?
Deputat Ağalar Vəliyevin müəmmalı sərvəti - Fabrik, otel, zavod... (FOTOLAR)
Ərdoğan Rusiyaya səfər etməyi planlaşdırır
Qabil Hüseynli danışdı - "mənə hücum edənlər..."
Günün yazısı: Jurnalistikanın prinsiplərinə necə əməl olunur?
Prezident Əli Nağıyevin qardaşına general-leytenant rütbəsi verdi
Vüqar Rəhimzadə: "Azərbaycan dövləti və xalqı əleyhinə satqınlardan ibarət “virtual terrorçular” fəaliyyət göstərir"
Möhürsüz qətnaməni Şahsuvarlıya kim ötürmüşdü? - Tam Qətnamə
Tərtərdə baş həkimin nüavini Qarabağ veteranına pul atıb? - ŞİKAYƏT
İsmayıllıda 3 uşaq anası itkin düşüb, axtarılır
YOL POLİSİ QUBADA REYD KEÇİRDİ
Zaxarovadan "Ləzginka" rəqsi - FOTO/VİDEO
Türkiyəyə ərə gedən aktrisa ana olacaq – Fotolar
Nizami Məhkəməsində RƏZALƏT - "Xüsusi ittiham" belə araşdırılır?
Arif Əsgərov və oğlu borca görə 3 il həbs edilə bilər
Məhəmmədəli Qəribliyə "cinayət işi" açıla bilər - Bakıda məhkəmə başladı
Fransa prezidenti İran rəsmilərilə görüşəcək
"Qarabağ" Avropa Liqasında mübarizəyə başlayır
İqbal Məmmədovun deputat mandatı alına bilər
Hüseyn Abdullayev şərti cəza ilə azad oluna bilər
Vergi Məcəlləsində dəyişiklik edilib
2020-də Azərbaycanda aqrar sığorta tətbiq olunacaq
Beynəlxalq Bankdan oğurlanan pullar necə qaytarılacaq?
Müxalifət “su pulu” ilə maliyyələşə bilərmi?
GEOPOLİTİKA - Üç ABŞ bazası Gürcüstana yerləşir
Mərhum pilotumuzla vida mərasimi keçirilir - FOTO
Ərdoğanla Merkel arasında telefon danışığı olub
“Xalq diplomatiyası" - Ermənilər Bakıya niyə gəlir?
Məktəblərdə telefon qadağası gündəmdədir
Qubad İbadoğlu da “Relax" olayına sərt mövqe sərgilədi
“RELAX ƏMƏLİYYATI” – Mikayıl Cabbarovun gücü kimlərə çatırmış?…
Hüseynli onlara çağırış etdi: Dəfn mərasiminə gəlməyin
ŞOK - Bəzi zənginlərin toyunda şimpanze əti yeyilir
Gülnarə Kərimovaya qarşı yeni cinayət işi açılıb
Putini təhqir edən jurnalist işdən qovuldu
Mətanət Əsədova məşhur falçı yanında belə muğam oxudu
Mixail Saakaşvili: "Qarabağ Azərbaycandır!"
Qabil Hüseynli: “Rəşadın ayağının biri axtarışların ilk günü tapılmışdı”
“Rejim odla oynamasın” - Çavuşoğludan Suriya açıqlaması
35 milyon illik meteoritin hissələri tapıldı
Azərbaycanda “o əjdaha” universitetdən niyə yoxdur?
Nazirlik "DOST İş Mərkəzi" ilə bağlı korrupsiya ittihamlarına cavab verdi
Ramiz Mehdiyev: “Ermənistan, əslində, qalib gəlməyib, uduzub”
Bakı metrosundan istifadə edən sərnişinlərin sayı azalıb
Havanın temperaturu 42 dərəcəyə yüksələcək
Deputatın oğlunun həbsinin pərdəarxası - ilginc faktlar
Mir Şahin Gəncə teraktı ilə bağlı şok görüntülər yayımladı - VİDEO
Göygöl polisinə yeni rəis təyin olundu
“Relax”ın aylıq vergi ödənişi 7 manatdan az olub - Açıqlama
Qəzaya uğrayan MiQ-29 təyyarəsinin pilotunun cəsədi tapılıb
Gəncənin sabiq polis rəisinin rütbəsi endirilərək bölmə rəisi oldu -TƏYİNAT
“Relax”ın rəhbəri qardaşımdır” - İqbal Məmmədov
“Lotu Quli”nin imzasını erməniyə görə saxtalaşdırıblar – skandal
Goranboyda "SU DİVİ" peyda olub? - Qaçqınlara qənim kəsilib - ŞİKAYƏT
"ATENA"-da iranlı qovğası dolaşır - MÜƏMMALAR
Deputatın oğlu və 5 qohumu saxlanıldı
MTN SABİQ NAZİRİ NECƏ HƏBS EDİB?
Parkinqə görə pul ödəyən sürücü cərimələndi – VİDEO
Sakit Okeanda 5,9 bal gücündə zəlzələ olub ₽
Danimarkanın baş naziri: “Qrenlandiya satılmır”
Yezidi kürdlərin lideri: “Azərbaycan nə istəyir Qarabağdan?”
Deputat İqbal Məmmədov obyektinə gələn vergi işçilərini döydürdü – “Basın bayıra ə…” – ŞOK VİDEO
Mehriban Əliyeva: Azərbaycanın layiqli övladları, əsgər və zabitləri ilə fəxr edirəm
BDU BP ilə əməkdaşlıq sazişi imzaladı
"İranlı Mühacirlər Cəmiyyəti" mərhum Valeh Quluzadədən NEKROLOQ yazdı
Qusarda turisti taksi sürücüsü soyubmuş

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.18731] initstartout [0.00015] initstartin [0.00085] calstart [0.00961] calend [0.00056] topnewsend [0.00405] rsssend [0.00000] ehgend [0.04536] tagsstart [0.00059] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.12610]