Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

06:54 - 25.08.2019  
İsrail Suriyanı yenə vurdu
Tarix: 22-01-2019, 10:35 | Bölmə: Xəbərlər » Dünyada

Netanyahunun Suriya gedişinin arxasındakı həqiqətlər, ruslar və iranlıların isə səssiz olmasının səbəbləri

İsrail ordusu növbəti dəfə Suriya ərazisini bombalayıb. İsrail tərəfi məlumat yayıb ki, zərbələr Suriyadakı İran qüvvələrinə, daha dəqiqi, "Sepah”ın Qüds briqadasının bazalarına endirilib. Suriya ordusu isə bəyan edib ki, İsrail ordusunun atdığı raketlərin bir hissəsi vurularaq salınıb.

Hava zərbələri zamanı 4 Suriya hərbçisinin öldürülməsi haqda məlumatlar yayılıb. Ancaq rəsmi Dəməşq, sadəcə, xəsarət alanların olduğunu bildirib. İsrail ordusundan isə bildirilib ki, hava zərbələri Suriya ərazisindən Colan təpələrinə hava zərbələri endirildikdən sonra başladılıb.

İran və İsrail arasında gərginlik ötən həftə yenidən yüksəlib. İsrail baş naziri Suriyadakı İran hərbi qüvvələrinin məhv ediləcəyini bildirib. Eyni zamanda İsrail analitik mərkəzləri Təl-Əvivin İranla müharibəyə hazırlaşdığı haqda xəbər yayıb. Netanyahunun İranı hədəfə alan açıqlamalarına cavab olaraq, "Sepah” komandanı Məhəmməd Əli Cəfəri İsrail hakimiyyətini qisasla təhdid edib.

Qeyd edək ki, İsrail ötən 8 ildə dəfələrlə, xüsusən də son 3-4 ildə sürəkli olaraq Suriya ərazisinə daxil olaraq, İran və Suriya hərbi bazalarını vurur. İsrail hökuməti bildirir ki, onlar İranın Suriyada qalıcı hərbi bazalar qurması və İsrailə qarşı təhdid yaratmasının qarşısını almaq üçün vaxtaşırı İran və Hizbullahın hərbi bazalarını bombalayırlar. Bu zaman təbii ki, Suriya hərbi bazaları, o cümlədən hava limanları hədəfə alınır.

İsrail Suriyanı yenə vurduXüsusən də ABŞ prezidenti Donald Trampın ordu qüvvələrini Suriyadan çıxarmaqla bağlı qərarından sonra İsrail hakimiyyəti İranın Suriyada güclənməsindən narahatlığını açıq bəyan edir. Ancaq İsrail mediasının yazdığı kimi, rəsmi Təl-Əvivin İrana birbaşa qurudan hücum edəcəyi inandırıcı deyil. Çünki birincisi, iki ölkə arasında böyük məsafə var, üstəlik, İran kimi böyük ölkədə hərbi əməliyyatlar aparmaq üçün İsrailin kifayət qədər hərbi gücü yoxdur. Daha əvvəl İsrailin İranın nüvə obyektlərini bombalayacağı iddiaları ortaya atılsa da, indiki halda bu da İsrail üçün həddən artıq riskli əməliyyat hesab olunur.

Ancaq bunun əvəzinə İsrail vaxtaşırı qonşusu olan Suriyadakı İran hərbi bazalarını hədəfə alır. Özü də bu zaman əsasən Livan ərazilərindən istifadə edir. İsrailin Suriya ərazisindəki İran hərbi güclərini vurması iki məqsədə xidmət edir. Birincisi, açıq, birbaşa hədəfə almaqdır. Yəni İsrail İranın Suriyadakı hərbi gücünü sıradan çıxarmağa çalışır. Çünki İsraildə də yaxşı bilirlər ki, Qüds briqadasının əsas hədəfi İsrailə qarşı müqavimət qüvvələri formalaşdırmaqdır. Bu məqsədlə İran inqilab keşikçiləri Suriyada qalıcı hərbi bazalar, təlim düşərgələri və sair qurur. Ehtimal ki, İsraili daha çox narahat edən bu düşərgələrin əsasında gələcəkdə Suriyada birbaşa İsraili hədəfə alan ikinci bir Hizbullah yaradılmasıdır. Çünki Suriya ilə İsrail arasında torpaq mübahisəsi var. İsrail 1967-ci ildə işğal etdiyi Colan təpələri ərazisini hələ də nəzarətində saxlayır, geri qaytarmaq istəmir. İkinci tərəfdən, son müharibə zamanı Suriya və İran, eləcə də Hizbullah arasında ciddi əlaqələr yaranıb və Bəşər Əsəd İsrailə qarşı yeni bir təşkilatın, ya da gizli ordunun qurulmasına mane olmaz. İsrail hakimiyyəti məhz belə bir gizli, müqavimət ideologiyasına əsaslanan təşkilatın Suriyada qurulmasından narahatdır. Bu səbəbdən də vaxtaşırı olaraq İran qüvvələrini hədəfə alır.

Çünki hər kəsə aydındır ki, Fələstindəki Həmas, "İslami Cihad” və ya Hizbullah, eləcə də Suriyadakı silahlı qrupları İran silahlandırır. Hazırda faktiki olaraq İsrail üçün təhlükə yaradan məhz bu qruplardır. Bu səbəbdən də Netanyahu sərhəddəki silahlı qrupları deyil, onların dəstəkçisi İranı hədəf olaraq göstərir.

Digər tərəfdən, iranlı generalın açıqlaması onu göstərir ki, Tehran bu xətdən imtina etmək fikrində deyil. Əksinə, İsrailə qarşı öz planlarını hazırlayır. Bu səbəbdən İsrail bir tərəfdən, vaxtaşırı İran qüvvələrini vurmaqla potensial təhlükə mənbələrini sıradan çıxarır, digər tərəfdən isə İranı və onun dəstəklədiyi qüvvələri qarşıdurmaya, cavab zərbəsinə təşviq etmək istəyir. Çünki bu olsa, o zaman istər-istəməz İrana qarşı beynəlxalq təzyiq koalisiyası yaradılar və nəticədə İranın Suriyadakı fəaliyyətinin məhdudlaşdırılması üçün Tehrana təzyiq edilə bilər. Yəni bu zərbələr bir mənada İranı qarşıdurmaya çəkmək cəhdidir.

İsrail Suriyanı yenə vurduDaha bir maraqlı detal isə Rusiyanın susqunluğudur. Məsələ ondadır ki, Rusiya hələ ötən ilin payızında Suriyanı İsrailin hücumundan qorumaq üçün nisbətən müasir texnika olan S-300 raket kompleksləri verib. Ancaq bundan sonra dəfələrlə İsrailin hava zərbələri olsa da S-300-lər işə salınmayıb. Rusiyanın bu davranışı bir tərəfdən, öz əhəmiyyətini Bəşər Əsəd xatırlatmaq, digər tərəfdən isə İranın zəifləməsində olan marağına işarədir. Daha bir mühüm detal isə Rusiyanın qarşıdakı seçkilərə qədər İsrail hökumətinin müharibəyə başlaması üçün arqument verməməkdir. Netanyahu isə görünən odur ki, açıq şəkildə seçkilərə qədər yeni savaşın başlamasında maraqlıdır. Müharibə tərəfdarı olan İsrail baş naziri hazırda siyasi dəstəyini xeyli dərəcədə itirib, seçkilərdə qazanması üçün müharibə böyük dəstək ola bilər. Putin isə Netanyahunu o qədər də xoşlamır və getməsində maraqlıdır. Bu səbəbdən ruslar Suriyada yeni bir İsrail savaşının olmasında maraqlı deyil. Ən azı, seçkilərə qədər sabitliyin olması lazımdır.

"Yeni Müsavat”

Xəbər 898 dəfə oxunub






Oxşar xəbərlər

AZAL-ın sabiq prezidenti: “Təyyarənin vurulma ehtimalı var”
Adnan Oktar türmədə də “dinc dayanmır” - şantaj, təhdid, təhrik...
Rasim Balayev: “Paşinyanın ağızını, burnunu vurub əzmək lazımdır!”
Təhsil nazirindən yeni – TƏYİNAT
Qarabağ danışıqlarında sükut nə vaxt pozulacaq?
Deputat Ağalar Vəliyevin müəmmalı sərvəti - Fabrik, otel, zavod... (FOTOLAR)
Ərdoğan Rusiyaya səfər etməyi planlaşdırır
Qabil Hüseynli danışdı - "mənə hücum edənlər..."
Günün yazısı: Jurnalistikanın prinsiplərinə necə əməl olunur?
Prezident Əli Nağıyevin qardaşına general-leytenant rütbəsi verdi
Vüqar Rəhimzadə: "Azərbaycan dövləti və xalqı əleyhinə satqınlardan ibarət “virtual terrorçular” fəaliyyət göstərir"
Möhürsüz qətnaməni Şahsuvarlıya kim ötürmüşdü? - Tam Qətnamə
Tərtərdə baş həkimin nüavini Qarabağ veteranına pul atıb? - ŞİKAYƏT
İsmayıllıda 3 uşaq anası itkin düşüb, axtarılır
YOL POLİSİ QUBADA REYD KEÇİRDİ
Zaxarovadan "Ləzginka" rəqsi - FOTO/VİDEO
Türkiyəyə ərə gedən aktrisa ana olacaq – Fotolar
Nizami Məhkəməsində RƏZALƏT - "Xüsusi ittiham" belə araşdırılır?
Arif Əsgərov və oğlu borca görə 3 il həbs edilə bilər
Məhəmmədəli Qəribliyə "cinayət işi" açıla bilər - Bakıda məhkəmə başladı
Fransa prezidenti İran rəsmilərilə görüşəcək
"Qarabağ" Avropa Liqasında mübarizəyə başlayır
İqbal Məmmədovun deputat mandatı alına bilər
Hüseyn Abdullayev şərti cəza ilə azad oluna bilər
Vergi Məcəlləsində dəyişiklik edilib
2020-də Azərbaycanda aqrar sığorta tətbiq olunacaq
Beynəlxalq Bankdan oğurlanan pullar necə qaytarılacaq?
Müxalifət “su pulu” ilə maliyyələşə bilərmi?
GEOPOLİTİKA - Üç ABŞ bazası Gürcüstana yerləşir
Mərhum pilotumuzla vida mərasimi keçirilir - FOTO
Ərdoğanla Merkel arasında telefon danışığı olub
“Xalq diplomatiyası" - Ermənilər Bakıya niyə gəlir?
Məktəblərdə telefon qadağası gündəmdədir
Qubad İbadoğlu da “Relax" olayına sərt mövqe sərgilədi
“RELAX ƏMƏLİYYATI” – Mikayıl Cabbarovun gücü kimlərə çatırmış?…
Hüseynli onlara çağırış etdi: Dəfn mərasiminə gəlməyin
ŞOK - Bəzi zənginlərin toyunda şimpanze əti yeyilir
Gülnarə Kərimovaya qarşı yeni cinayət işi açılıb
Putini təhqir edən jurnalist işdən qovuldu
Mətanət Əsədova məşhur falçı yanında belə muğam oxudu
Mixail Saakaşvili: "Qarabağ Azərbaycandır!"
Qabil Hüseynli: “Rəşadın ayağının biri axtarışların ilk günü tapılmışdı”
“Rejim odla oynamasın” - Çavuşoğludan Suriya açıqlaması
35 milyon illik meteoritin hissələri tapıldı
Azərbaycanda “o əjdaha” universitetdən niyə yoxdur?
Nazirlik "DOST İş Mərkəzi" ilə bağlı korrupsiya ittihamlarına cavab verdi
Ramiz Mehdiyev: “Ermənistan, əslində, qalib gəlməyib, uduzub”
Bakı metrosundan istifadə edən sərnişinlərin sayı azalıb
Havanın temperaturu 42 dərəcəyə yüksələcək
Deputatın oğlunun həbsinin pərdəarxası - ilginc faktlar
Mir Şahin Gəncə teraktı ilə bağlı şok görüntülər yayımladı - VİDEO
Göygöl polisinə yeni rəis təyin olundu
“Relax”ın aylıq vergi ödənişi 7 manatdan az olub - Açıqlama
Qəzaya uğrayan MiQ-29 təyyarəsinin pilotunun cəsədi tapılıb
Gəncənin sabiq polis rəisinin rütbəsi endirilərək bölmə rəisi oldu -TƏYİNAT
“Relax”ın rəhbəri qardaşımdır” - İqbal Məmmədov
“Lotu Quli”nin imzasını erməniyə görə saxtalaşdırıblar – skandal
Goranboyda "SU DİVİ" peyda olub? - Qaçqınlara qənim kəsilib - ŞİKAYƏT
"ATENA"-da iranlı qovğası dolaşır - MÜƏMMALAR
Deputatın oğlu və 5 qohumu saxlanıldı
MTN SABİQ NAZİRİ NECƏ HƏBS EDİB?
Parkinqə görə pul ödəyən sürücü cərimələndi – VİDEO
Sakit Okeanda 5,9 bal gücündə zəlzələ olub ₽
Danimarkanın baş naziri: “Qrenlandiya satılmır”
Yezidi kürdlərin lideri: “Azərbaycan nə istəyir Qarabağdan?”
Deputat İqbal Məmmədov obyektinə gələn vergi işçilərini döydürdü – “Basın bayıra ə…” – ŞOK VİDEO
Mehriban Əliyeva: Azərbaycanın layiqli övladları, əsgər və zabitləri ilə fəxr edirəm
BDU BP ilə əməkdaşlıq sazişi imzaladı
"İranlı Mühacirlər Cəmiyyəti" mərhum Valeh Quluzadədən NEKROLOQ yazdı
Qusarda turisti taksi sürücüsü soyubmuş

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.16529] initstartout [0.00015] initstartin [0.00083] calstart [0.00955] calend [0.00056] topnewsend [0.00340] rsssend [0.00000] ehgend [0.02989] tagsstart [0.00060] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.12026]